Son xəbərlər

Azərbaycanlı teleaparıcıya görə həyat yoldaşını boşadıSpace telekanalının aparıcı Şəbnəm Həsənova maraqlı paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, teleaparıcı paylaşımında toy məclislərinin birində başına gələn maraqlı hadisədən söz açıb:

“Toydayam, bir qadın yaxınlaşıb deyir ki, oğluma səni gəlin istəmişəm, ömür boyu da istəyəcəyəm. Elə ona görə də gəlinimi oğlumdan boşatdırmışam. Razısan, oğluma ərə gəlməyə?”,- deyə o, qeyd edib.

Image result for şəbnəm həsənova

Bu gün Rəşid Behbudovun doğum günüdür


Bu gün Azərbaycanın kariyef sənətkarı, SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.
Əslən Şuşadan olan R.Behbudov 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub.

Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Dze Dun, Cavaharlal Neru, İndira Qandi, Süleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Rəşid Behbudov həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla yadda qalıb.

Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Sənətkarın yeganə övladı olan Rəşidə Rəşid atasının yolunu davam etdirir.
“Qasımova bacıları hər ay müftə əmək haqqı almaq istəyirdilər”


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti Xuraman Qasımovanın ittihamlarına münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, teatrın mətbuat xidmətinin “Qafqazinfo”ya açıqlamasında qeyd olunur:

“Xuraman Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyildir. Qasımova bildirir ki, onu və bacısını "cavan qız ikən" Teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman F.Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), X.Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulmuşdur) var idi. Həm də onlara heç kəs Operada çıxış etməyi qadağan etməyib, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə, ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçiriliblər. Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Nigar Şabanovanın bəyanatına gəldikdə, o artıq öz cavabını alıb, ona cavab verən Xalq artistlərini heç kəs məcbur edib efirə göndərməyib, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəyiblər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu Teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün Teatr rəhbərliyi hər cür şərait yaradır. Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər, səsləri dünyanın mötəbər Teatr və konsert salonlarından eşidilir. Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, Opera və Balet Teatrının səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir.

Xuraman Qasımovanın daha bir ittihamı haqqında: "Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur". Əgər Qasımova 2005-ci ildən bu yana Teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə onlar təkrarən Teatra gələrlərmi? Fikir söyləmək üçün Teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.X.Qasımova "Koroğlu" tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. "Koroğlu" operasının hər bir tamaşası "Mədəniyyət" kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyyat dolu fikirdir. Bu at Teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür və qeyd etmək lazımdır ki, hər dəfə Teatra ən yaxşı cins atlar göndərilir.
Daha bir ağ yalan - "teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır". Qasımovaya demək istəyərdik ki, Teatr nəinki Sumqayıtdan kənara çıxmır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur. Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə - Rusiya Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet Teatrları, Fransa, Almaniya, Qətər və s. ölkələrdə çıxış etmiş və etməkdədir.

Teatrın ayrı-ayrı solistlərinin fərdi və qrup halında çıxışlarının coğrafiyası isə daha genişdir. Afaq Abbasova. Fidan Hacıyeva, Samir Cəfərov, Mənsum İbrahimov, Təyyar Bayramov və b. İtaliya, Fransa, Almaniya, Belçika, Avstriya, Çin, ABŞ, Koreya, Böyük Britaniya, Slovakiya, və onlarla başqa ölkələrdə çıxış edirlər. Bu gün Teatrın dirijorları Əyyub Quliyev, Yalçın Adıgözəlov, Orxan Həşimov dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar. Teatrın baş rejissoru Hafiz Quliyev Türkiyə, Rusiya, Çin, Belarus, Bolqarıstanda Azərbaycan klassiklərinin əsərlərini səhnəyə qoyur. Baş baletmeyster Kamila Hüseynova və dirijor Yalçın Adıgözəlov hazırda Türkiyədə F.Əmirovun "Nəsimi" baletinin quruluşu üzərində çalışırlar.

Uzun illər bundan əvvəl Azər Rzayevin Teatrda direktor olduğu zamankı qastrolların siyahısını da açıqlaya bilərik: Saratov, Voronej, Omsk, Həştərxan və s. Həm də bunlar A.Rzayevin xidmətləri olmayıb, o zamanki vahid SSRİ məkanında SSRİ Mədəniyyət Nazirliyi tərəfindən respublikalar arasında mədəni mübadilə çərçivəsində baş tutan tədbirlər idi.

X.Qasımovanın daha bir fikri: "mənim tələbəmi Teatra işə götürürlər, kağıza imza atdırırlar ki, "sən demə ki, Xuramanın tələbəsisən". Faktlarla danışmaq lazımdır, xanım. Hansı tələbə belə bir kağıza imza atıb? O nəyisə səhv salıb: Teatra işə qəbul edilərkən, işçilər əmək müqaviləsinə imza atırlar, başqa heç bir sənədə.

Ümumiyyətlə başdan başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə X.Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz.

Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri bu Teatrın daimi tamaşaçıları çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.
 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.
Hazırda “EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.

Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.
Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib. (report)

“Mühteşem Yüzyıl”ın ulduzu makiyajsız haldaBir zamanların məşhur “Mühteşem Yüzyıl” serialının ulduz aktrisası Nur Fettahoğlu makiyajsız kameralara tuş gəlib.

“Ölkə.Az” xəbər verir ki, aktrisa ticarət mərkəzindən çıxarkən paparazzilərə rast gəlib. Makiyajsız olduğuna baxmayaraq, o, kameraların qarşısında rahat davranıb. Aktrisa təbəssümlə jurnalislərin suallarını cavablandırıb.

Qeyd edək ki, Fettahoğlu “Mühteşem Yüzyıl” serialında yaratdığı Mahidevran rolu ilə tanınır.

Rahatlıkla poz verdiler

Şəbnəm Tovuzlunun FOTOSU LAĞA QOYULDUMüğənni Şəbnəm Tovuzlunun yeni paylaşımı müzakirələrə səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, ifaçı fotosunu “İnstagram” səhifəsində izləyiciləri ilə bölüşüb. Sənətçinin ağ libaslı görünüşü bir çox izləyici tərəfindən bəyənilsə də bəziləri onu tənqid edib.

Onlar Tovuzlunun qollarının çox kök olduğunu bildiriblər.

“Supersiz heyif ki, qollarınız çox kökdür”, “Qollarına bax, elə bil idmançıdır”,- deyə izləyicilər müğənniyə iradlarını bildiriblər.

Sözügedən fotoları təqdim edirik:

Heydər Əliyevin 20 il öncə rəqs etdiyi toydanÜmummilli Lider Heydər Əliyevin 1999-cu ildə toyunda iştirak etdiyi Tuqay Rzayev xatirələrini danışıb.

"Ölkə..Az" xəbər verir ki, məcburi köçkün, Qarabağ əlili T.Rzayev Unikal.org-a bildirib ki, toy Biləsuvar rayonu ərazisindəki çadır düşərgəsində keçirilib. Onun sözlərinə görə həmin gün Novruz Bayramı ərəfəsinə təsadüf edib:

"Martın 19-u günü biz tezdən toy mərasiminə hazırlaşırdıq. Dedilər ki, Heydər Əliyev yoldadır, toyda iştirak etməyə gəlir. Ulu Öndər zala daxil olanda hamı ayağa qalxdı. Onu qarşıladılar, gözəl toy keçdi. Heydər Əliyev çıxışında dedi ki, birinci toydur ki, iştirak edirəm. Məclisdə anam Süleymani havasını sifariş elədi. Ulu Öndərlə birlikdə ailəmizlə rəqs etdik. Bu tarixi heç bir zaman unutmaq olmaz".

 
Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib.

“Ölkə.Az” xəbər verir ki, Mehriban Əliyeva Ulu öndərin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.

O,  “Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”,- deyə qeyd edib.

Xatırladaq ki,  Ulu öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə 81 yaşında vəfat edib.

Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqdaSosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.

"Ölkə.Az" xəbər verir ki, oxu.az-a açıqlama verən Niyammədin Musayev yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib:

“Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.  

İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.

Aysel evlənmək arzusundan DANIŞDIARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub.

"Ölkə.Az" xəbər verir ki, müğənni ailə qurmaq arzusu ilə alışıb yandığını bildirib və hətta gələcəkdə doğulacaq uşağı üçün ad da fikirləşib:

“Ailə qurmağı düşünürəm, ailə qurmaq bütün qadınların arzusudur, ailə qurmaqdan gözəl nə var ki. Sənət bu gün var, sabah yoxdur, biznes, vəzifə bu gün var, sabah yoxdur amma ailə, övladlar onlardan daha önəmlidir. O gün olsun ki, bu ilə toy olsun, toyuma hər kəsi dəvət edim. Bəlkə də həmin insan var, bəlkə də yoxdur, bəlkə də tanış olacam hələ bilmirəm. Əsas odur imanlı, vicdanlı və insan olsun. Önəmli xarakterlər onlardır. Hələ ki, qəlbimin elə bir sakini yoxdur. Mən elə bir insanam ki, gələcəkdə mənə elə bir şərt qoymağa ehtiyac yoxdur. Gələcəkdə ailəm müğənni olmağımı istəməzsə onunla razılaşaram, uşaqlarımın gələcək atasından önəmli heç kim ola bilməz. Oğlan övladları böyütmək çətindi amma qız övladı olmaq arzulayıram, kaş 1 oğlum, iki qızım olsun.

Filmə baxıram, filmdə Lila obrazı var, düşünürəm ki, yaxşı addır, gələcəkdə qızıma qoyaram bu adı. Sonra düşünürəm ki, bilmək olmaz gələcəyi, bəlkə qayınanamın adını qoydum. Qayınanam nəyəsə qara desə oturub düşünərəm, razılaşaram onunla, başqa çarə yoxdu. Gələcəkdə qayınanamla da yaşayaram, ana əvəzidir də, niyə ona qayınana kimi baxırlar ki?”.