Son xəbərlər

Müğənni Rəqsanə İsmayılova illər əvvəl Xalq artisti Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb.

"Ölkə.Az" xəbər verir ki, "ATV maqazin onlarla" verilişinin "33 sual” rubrikasında bu mövzuya toxunan sənətçi Ağayevin onunla eyni səhnəni bölüşməkdən imtina etdiyini bildirib:
 
"Bakıda toyda idik, məclisi də Faiq bəy idarə edirdi. Toyun bitməyinə bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır. 

Ola bilsin ki, mənim haqqımda ona doğru olmayan şeylər demişdilər. Telefonla danışıb məsələni həll etdik. İndi onu çox istəyirəm".

Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edibAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

"Ölkə.Az" bildirir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"

Azərbaycan şou-biznesində ŞOK qalmaqalÖtən həftə Azərbaycan şou-biznesində bir sıra maraqlı hadisələr baş verib.

"Ölkə.Az" xəbər verir ki, həftənin ən yadda qalan hadisəsi məşhur aparıcının intim videolarının yayılması oldu. Bəs, həmin aparıcı kimdir, sözügedən görüntülər necə yayılıb.

Daha ətraflı videodan izləyin:

Məşhur azərbaycanlı şair vəfa etdiTanınmış şair İldırım Əkbəroğlu vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə məlumatı yazıçı Zaur Ustac məlumat verib.

“Bu gün tanınmış şair İldırım Əkbəroğlu vəfat edib. İldırım müəllimin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun doğmalarına, yaxınlarına və onu sevən, bu xəbərə üzülən hər kəsə başsağlığı veririk. Allah rəhmət etsin. Ruhu şad olsun”.

Yeni ildə Muradın səsini METRODA EŞİDƏCƏKSİNİZYeni il ərəfəsində metroya minən sərnişinlər xoş sürprizlə qarşılaşacaqlar.

“Ölkə.Az” xəbər verir ki, Xalq artisti Murad Dadaşov metro stansiyalarının adlarını və anonsları səsləndirəcək. O, bu barədə olan videonu “İnstagram” səhifəsində paylaşıb.

Qeyd edək ki, Bakı metropoliteni  daha əvvəldə belə maraqlı layihələrə imza atıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə stansiyaların adlarını və anonsları uşaqlar səsləndirib.

Zəlimxan Yaqubun oğluna yüksək vəzifə verildiMərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.

"Ölkə.Az" publika.az-a istinadla xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.

Nazilə Səfərli Xoşqədəm HidayətqızınaŞairə Nazilə Səfərli (Cəfərova) ilə Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) arasında davam edən məhkəmə prosesi bitib.

“Məhkəmənin qətnaməsinə görə Nazilə Səfərli və İsa Şükürlü teleaparıcıdan üzr istəməli, həm  də dediklərinə təkzib verməlidirlər”.

Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev deyib. Vəkil qeyd edib ki, bundan başqa, onlar teleaparıcıya 1000 manat məbləğində təzminat ödəməlidirlər.

“Xoşqədəm xanım Bəxşəliyeva Nizami rayon məhkəməsinə cavabdeh Nazilə Cəfərova (Səfərli)  və Şükürov İsaya qarşı şərəf və ləyaqətini müdafiəsi tələbi ilə iddia ilə müraciət edib. Nizami rayon məhkəməsində verilən iddia tələbi üzrə linqvistik ekspertiza keçirildi. Ekspertin verdiyi rəydən məlum olub ki, iddia olunan ifadələr, yəni Cəfərova Nazilə və Şükürov İsa (Show News saytının rəhbəri) tərəfindən deyilən böhtan xarakterli məlumatlar X. Bəxşəliyevanın şərəf və ləyaqətini alçaldan və xələl gətirən məlumatlardır. Cavabdeh (Nazilə Səfərli) tərəfin iddiaya qarşı göstərdiyi etirazlar əsaslı olmadığından , əksinə iddiaçı Xoşqədəm xanım tərəfindən göstərilən sübutlar cavabdehin tam təqsirli olduğunu sübut etdiyindən onun iddiası təmin edilib. Bununla bağlı 2019-cu il fevralın 21-də  iddianın təmin edilməsilə bağlı qətnamə çıxıb. Qətnaməyə görə, Nazilə Səfərli və İsa Şükürlü Xoşqədəm xanıma mənəvi zərər vurduqları üçün müştərək şəkildə 1000 manat məbləğində  təzminat ödəməlidirlər. Bundan başqa qərara görə,  onlar açıq şəkildə Bəxşəliyevadan üzr istəməlidirlər. Əlavə olaraq, onlar Xoşqədəm xanım haqqında dedikləri və yaydıqları yalan məlumatları təkzib etməli,  dedikləri böhtan xarakterli məlumatları bəzi saytlarda təkzib etməli idilər ”.

Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

“ Bundan sonra çıxarılan qərardan narazı qalan Nazilə Səfərli qətnamədən Bakı Appelyasiya Məhkəməsinə müraciət edib. Lakin Appelyasiya məhkəməsi işi yenidən araşdıraraq öncəki instansiyanın verdiyi qərarı qüvvədə saxlayaraq, 12 iyul 2019-cu ildə qərar verib. 

Qeyd edim ki,  həmin qərardan jurnalist İsa Şükürov appelyasiya şikayəti verməyib. O, məhkəmənin qərarı ilə razılaşıb.  Bununla da razılaşmayan Səfərli, bu dəfə də Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə baxan Ali Məhkəmənin mülki kollegiyası özünün 17 dekabr 2019-cu il tarixli qərarıyla Nazilə Səfərlinin kassasiya şikayətini rədd edib, Appelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bununla da Nazilə Səfərli qanunda nəzərdə tutulan qaydada bütün instansiyalara şikayət vermə hüququndan istifadə edib.  Son nəticə olaraq iş 1 aydan sonra Nizami rayon icra şöbəsinə gedəcək ki, Nizami rayon məhkəməsi tərəfindən qəbul olunan qətnamə icra olunsun”.

Vəkil əməkdaşımızla söhbətində qeyd edib ki, Nazilə Səfərli cinayət məsuliyyətinə də cəlb oluna bilər.

“ Əslində,  bu gün Xoşqədəm Bəxşəliyeva istəsə, (artıq əlində məhkəmə qərarı və qətnaməsi var. Bilirsiniz, Ali Məhkəmənin verdiyi qərar anında qüvvəyə minir.) mən məhkəmələrin qətnamə və qərarlarını götürüb yenidən, xüsusi ittiham qaydasında Nizami Rayon məhkəməsinə Nazilə Səfərliyə qarşı müraciət edərəm. Onun cinayət məcəlləsinin 147-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edə bilərəm. Buna, Xoşqədəm xanımın tam hüququ və əsası var. Ancaq xanım Bəxşəliyeva bu barədə düşünmür. O, hesab edir ki, məhkəmə tərəfindən verilən məhkəmə qətnamələri sayəsində  Nazilə Səfərli qanun və eyni zamanda bu qanunlar qarşısında məsuliyyətini dərk edib, bundan sonra bu cür hərəkətlərdən çəkinər. Yox, görsək ki, bu xanım məsuliyyətini dərk etmir, yenə də bu cür hərəkətlərini davam etdirir, onda mən müvəkkilim Xoşqədəm Bəxşəliyeva ilə məsləhətləşib, yenidən hüquqi yollarla bunu həll etməyə çalışacağam.  

Hər bir şəxs qanunla qorunan hüquqlarını məhkəmədə müdafiə etmək hüququna malikdir. Bu konstitusiya ilə də təsdiq olunub. Heç kimə ixtiyar verilmir ki, azad söz, azad mətbuat, kütləvi informasiya vasitələrindən istifadə edib, kiminsə haqqında yalan və böhtan xarakterli məlumatlar yaysın. Bu cür hərəkətlərdən Nazilə Səfərli çəkinməlidir. 

Əməkdaşımızın “Nazilə Səfərlinin məhkəmə qərarını yerinə yetirmədiyi təqdirdə vəziyyəti necə olacaq? O, buna görə hansı məsuliyyətə cəlb olunacaq?” sualına da Tahir Əlirzayev münasibət bildirib.

“Bilirsiniz ki, məhkəmənin qərarı Azərbaycan Respublikasının adından qəbul olunur. Bunun icra mexanizmini müəyyən edən icra haqqında qanun var. Bu qanuna görə, məhkəmənin qətnaməsini, icra şöbəsi qəbul olunduğu gündən, 2 ay zaman ərzində icra etməlidir. Qanunda nəzərdə tutulub ki, icra tələbini borclu tərəf mütləq şəkildə yerinə yetirməlidir. Bununla bağlı Nazilə Səfərliyə bildiriş göndəriləcək. Bundan sonra borclu tərəfə icra tələbi borcunu yerinə yetirmək üçün qanunla nəzərdə tutulan zaman 10 gün vaxt verilir. Əgər o, 10 gün ərzində bunu könüllü şəkildə yerinə yetirməsə, məcburi icra üsuluna keçiriləcək. Kəsilən pul cəzası onun bank hesabından, maaş kartından kəsilə bilər. Bundan başqa bu cəza Nazilə Səfərlinin əmlakına da yönələ bilər. Üstəlik, ölkədən çıxışına da qadağa qoyula bilər. İcra şöbəsinə gəlmədikdə barəsində axtarış da verilə bilər. Qanunla nəzərdə tutulan bütün qaydalar həyata keçiriləndən sonra, borclu olan bu şəxs yenə də tələbin icrasından yayınsa, barəsində İnzibati xətalar məcəlləsinin 528-ci maddəsinə görə, 1000 manata qədər cərimə və 1 ay inzibatı həbs nəzərdə tutulacaq.  Bundan sonra əgər barəsində görülən inzibati tənbeh tədbiri nəticə verməsə, artıq cinayət məcəlləsinin 306-cı maddəsinə görə,  (Məhkəmə tərəfindən qəbul olunmuş qətnamələri, məhkəmə haqqlarının qəsdən icra olunmaması cinayət məsuliyyəti yaradır. Cəzası isə 3 ilə qədər həbs cəzasıdır) cavabdehə cinayət işi başladılacaq”.

Qeyd edək ki, Nazilə Səfərli bir sıra kütləvi informasiya vasitələrində ”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi “İnstagram” səhifəsində Xoşqədəm Hidayətqızı haqqında “Xoşqədəm dövlətin əleyhinə gedir”, “Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, “Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun” başlıqlı açıqlamaları verib.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram ”verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlayıb.

9 dəfə yaralanan Yevlax rayonunda Qarabağ qazisinin möhtəşəm toyu olub.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Aprel döyüşlərinin iştirakçısı olan Rəcəb İbrahimov Tamella adlı xanımla ailə həyatı qurub.

Düşmən təxribatının qarşısını alarkən doqquz dəfə yaralanan R.İbrahimovun toyu vətənpərvər şəkildə qeyd edilib.

R.İbrahimova Yevlax Rayon İcra Hakimiyyətinin və döyüş yoldaşlarının hədiyyələri təqdim edilib. Eləcə də, Aprel döyüşlərində göstərdiyi şücaətə görə hərbi hissənin Fəxri Fərmanı verilib.

 

 

 

<div class="element" style="box-sizing: border-box; outline: none; margin-bottom: 15px; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"="">

 
Məşhur aktyor küsərək hər kəsdən uzaqlaşdıSon zamanlarda tez-tez yanlış anlaşılan məşhur türk aktyoru Can Yaman bir müddət hər kəsdən uzaqlaşıb.

''Ölkə.Az'' xəbər verir ki, açıqlamaları və dediyi sözlərlə yanlış anlaşılan Can Yaman meneceri tərəfindən Kiprə göndərilib. Keçən həftə daha da uzaqlaşan aktyor əsgərliyə getmək üçün vətəninə qayıdacağı deyilir.

Belə ki, qısa müddətli əsgərlikdən sonra İtaliyada televiziya proqramlarından birində Survivor verilişinin aparıcısı olacaq. Dediyi sözlərlə gündəmdən düşməyən Can buna görə məyus olduğunu və bir müddət hər şeydən uzaqlaşmaq istədiyini deyib.

Gələn il sentyabr ayında çəkiləcəyi seriala görə xarici ölkələrin birində aktyorluq kursuna gedəcəyini də açıqlayıb

Cinsiyyətini dəyişdirən bloqer evləndiyi kişi ilə əsgər yoldaşı imişYeni evli olan məşhur fenomen Selin Ciyerci barəsində şok iddia ortaya atılıb.
''Ölkə.Az'' xəbər verir ki, dünən axşam Selin Ciyercinin həyat yoldaşı Gökhan Çıra futbol matçına tamaşaçı kimi qatılıb. Matçdan sonra futbol klubunun məşqçisi ilə davaları düşən Göhkan və xanımı haqda deyilənlər mediada gündəm olub.
 
Belə ki, ''Twitter''də fenomen Selin Ciyerci ilə yeni evli olduğu Gökhanın əsgər yoldaşı olduqları xəbəri yayılıb. İddia bir çox izləyici tərəfindən gülüş obyektinə çevrilib.