Son xəbərlər

Üzeyir Mehdizadə “Qızıl buton”un SAHİBİ OLDUMüğənni Üzeyir Mehdizadə “Youtube” sosial şəbəkəsi tərəfindən mükafatlandırılıb.

“Ölkə.Az” xəbər verir ki, onun “Youtube” kanalında 1.000.000 izləyicisi olduğuna görə,  Azərbaycanda ilk dəfə olaraq, “Qızıl buton” mükafatını qazanıb.

Bu barədə o, “İnstagram” səhifəsində video yerləşdirib.

“Hər kəsə salam. Uğurlarımıza sevinən hər kəsi təbrik edirəm və təşəkkür edirəm.Azərbaycana ilk dəfə “Youtube”dan qızıl buton gəldi.Uğurlarımızın davamı gəlsin.Həqiqət bizimlə olsun.İnşallah”,- deyə ifaçı paylaşımını şərh edib.

İzləyicilər bu münasibətlə müğənnini təbrik ediblər. Bundan başqa ifaçı Aqşin Fateh, aktyor Nicat Rəhimli də təbriklərə qoşulan  məşhurlardan olublar.

Seda Sayanın dili başına BƏLA OLDUTürkiyəli məşhur müğənni Seda Sayan xərcə düşüb.

“Ölkə.Az” xəbər verir ki, “O ses Türkiye” proqramaının Yeni il gecəsi  çəkilişlərində “Biz böyleyiz” filminin aktrisaları iştirak edib.

Müğənni Özge Özpirinçci, Şebnem Bozoklu, Meriç Aral ve Berrak Tüzünataçı onu seçmələri üçün onlara Paris tətili söz verib.

Aktrisalar Sedanın təklifini dəyərləndirərək ona “Hə” deyiblər.

Sayan isə verdiyi sözü tutaraq, mart ayı üçün bir yerdə istirahət etmək üçün tətilə düz 100.000 min türk lirəsi (30.000 manat) ödəyib.

Prezident Baba Vəziroğlunu təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Baba Vəzir oğlu Məsimovun (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilib.

Ermənipərəst rusiyalı şair Viktor Aleksandrov Azərbaycanın işğal altındakı Ağdam rayonuna səfərindən fotolar paylaşıb.

O, Dağlıq Qarabağda müxtəlif görüşlər keçirdikdən sonra, ermənilərin viran qoyduğu Ağdama gəlib. Ağdam məscidinə qalxan Aleksandrov fotolar çəkib, Qarabağla bağlı təhrif olunmuş məlumatlar verib.

Xatırladaq ki, 1976-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) şəhərində anadan olan Viktor Aleksandrov  erməni qadınla evlidir. O 1994-cü ildə könüllü olaraq Qarabağa işğalçı Ermənistan ordusunun tərkibində döyüşməyə gəlsə də, həmin vaxt hərbi əməliyyatların dayandırıldığını yazıb.

Ağdam məscidindən çəkilən ən son fotoları təqdim edirik:

/Modern.az/

Aleyna Tilki hava limanını bir-birinə QATDITürkiyəli müğənni Aleyna Tilki İstanbul hava limanında dava salıb.

“Ölkə.Az xəbər ” verir ki, ifaçı İtaliyanın Roma şəhərinə səyahət etmək üçün gəldiyi hava limanında növbəyə görə, sərnişinlərin biri ilə mübahisə edib. İddialara görə daha sonra o, mühafizə xidmətinin əməkdaşını təhqir edib.

Zərərçəkmişlərin şikayəti əsasında müğənni, polisə açıqlama vermək məcburiyyətində qalıb.

Tilki ifadə verdikdən sonra, İtaliyaya səfər etməkdən imtina edərək, hava limanını tərk edib.

Azərbaycanlı aparıcıdan CAZİBƏDAR FOTOKeçmiş aparıcı Günel Hümbətovanın yeni paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, hazırda Nyu- York şəhərində yaşayan və bloqerliklə məşğul olan xanım Hümbətova,  hər zaman maraqlı paylaşımları ilə diqqət mərkəzində qalmağı bacarır.

Hazırda Azərbaycanda istirahətdə olan bloqer vanna otağında çəkilən fotosunu “İnstagram” səhifəsində yayımlayıb.

Aparıcı fotosunun şərh bölümünü bağlayıb.

Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

Məleykə bu fotosuna görə TƏNQİD EDİLDİXalq artisti Məleykə Əsədovanın paylaşımı maraqla qarşılanıb.

“Ölkə.Az” xəbər verir ki, o, yeni fotosunu “İnstagram” səhifəsində yayımlayıb. Xalq artistinin şəkli izləyicilər arasında fikir ayrılığına səbəb olub. Bəziləri paylaşımı bəyənsə də, onu tənqid edənlər də tapılıb.

“Gül kimi qız idin, özünü nə günə qoydun.Əvvəlki dodaqlarının forması bundan qəşəng idi”,- deyə izləyicilərdən biri aktrisanı dodaqlarına estetik müdaxilə etməkdə günahlandırıb.

Sözügedən fotonu təqdim edirik:

Dadaşov təbrikləri qəbul etsə də, təyinatı təsdiqləmir

Bir neçə gün əvvəl Xəzər TV-də rəhbərliyin dəyişilməsi ilə bağlı məlumat yayılsa da, hələ də bu barədə rəsmi açıqlama yoxdur. Mediada yayılan məlumatda qeyd olunurdu ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli vəzifəsindən azad edilib və onu Xalq artisti Murad Dadaşov əvəzləyib.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Murad Dadaşovla əlaqə saxlamaq istəsə də, o, telefonlara cavab verməyib. Sözügedən məlumatı iki gündür nə təsdiq, nə də təkzib edən var.

Maraqlıdır ki, Xəzər TV-də hər kəs yeni təyinatdan məlumatlıdır və dünən Dadaşovun “Xəzər Media Mərkəzi”nin kollektivi ilə görüşü gözlənilsə də, bu, reallaşmayıb. İddia olunur ki, Xalq artisti yaxın günlərdə rəsmi olaraq Xəzər TV-nin başına keçəcək.

Bundan əlavə, Azərbaycanın tanınmış şou-biznes nümayəndələri də sosial şəbəkədə Murad Dadaşovu təbrik ediblər. Dadaşova yaxın olan məşhurlar isə onunla birbaşa əlaqə saxlayaraq yeni təyinatı ilə bağlı uğurlar arzulayıblar. Aparıcı-aktyor isə xoş arzulara görə onlara təşəkkür edib.

Məşhur aktyor “Çukur”dan ayrılmaq səbəbini açıqladıReytinqlərdə ön sırada olan “Çukur” serialından “İdris Koçovalı” obrazı ilə sevilən Erkan Kesalın ayrılması izləyiciləri məyus etmişdi.

"Ölkə.Az" axsam.az-a istinadən xəbər verir ki, universitetlərin birində qonaq olan aktyor ekran işindən ayrılmasının səbəbini açıqlayıb:

“Ssenarini çox sevdim və qəbul etdim. İki mövsüm iştirak etdim, fərqli şeylər öyrəndim. Ancaq artıq başqa işlərdə yer almaq istədiyimi anladım. Hazırda yeni film çəkilişlərimiz davam edir”.

Dünən şəhid olan əsgərimiz nişanlı imişXəbər verdiyimiz kimi, ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

"Ölkə.Az"ın azvision.az-a istinadən məlumatına görə, F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı. Şəhid əsgərimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.

Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.