Son xəbərlər

REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin  bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.

Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:

“Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.



«Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi «bizi bağışlayın» deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik»
Bu sözləri əməkdar artist Elza Seyidcahan Space TV-də yayımlanan Amil Xəlilə “Olar Olmaz” verilişinə müsahibəsində deyib.
 
Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib. «Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər Milli Məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam.»
 
Əməkdar artist seçki ərəfələrində ona qarşı təxribatlardan da söz açıb. «Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram.Əsla belə şey olmayıb.
 
Amil Xəlil Elza Seyidcahanın evindən də görüntülər yayımlayıb. Bir otağın içində həm uşaq otağının, həm də yataq otağının olmasına toxunan aparıcı bu barədə əməkdar artistə sual ünvanlayıb. Cavab isə çoxlarını təəccübləndirib.

 

«Amil mən hələ 2015-ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, mənim maşınım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, əri, uşaqları, bacılarım qalır. Əsas odur ki,canımız sağlamdır» deyə Seyidcahan bildirib.
 
Qeyd edək ki, bu gün 12:20 də onun daha bir açıqlamasının yayımlanacağı gözlənilir. Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdir.
 

(azxeber.com)
«Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi «bizi bağışlayın» deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik»
Turkustan.info xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Space TV-də yayımlanan Amil Xəlilə “Olar Olmaz” verilişinə müsahibəsində deyib.
 
Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib. «Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər Milli Məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam.»
 
Əməkdar artist seçki ərəfələrində ona qarşı təxribatlardan da söz açıb. «Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram.Əsla belə şey olmayıb.
 
Amil Xəlil Elza Seyidcahanın evindən də görüntülər yayımlayıb. Bir otağın içində həm uşaq otağının, həm də yataq otağının olmasına toxunan aparıcı bu barədə əməkdar artistə sual ünvanlayıb. Cavab isə çoxlarını təəccübləndirib.

 

«Amil mən hələ 2015-ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, mənim maşınım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, əri, uşaqları, bacılarım qalır. Əsas odur ki,canımız sağlamdır» deyə Seyidcahan bildirib.
 
Qeyd edək ki, bu gün 12:20 də onun daha bir açıqlamasının yayımlanacağı gözlənilir. Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdir.
 
 
Survivor 2020" yarışmasında azərbaycanlı idmançı ilə digər iştirakçı dava edib.

Baku.ws xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə dalaşıb.

Buna səbəb Yasinin oyun zamanı kəskin reaksiyası olub. Pərviz əvvəlcə ona sakit olmasını söyləyib. Daha sonra isə Yasinin üzərinə gedən Pərviz "ağıllı ol" deyərək ona xəbərdarlıq edib. 

Sonda Pərvizin komandası yarışda qalib gəlib. Yasin və Pərviz arasındakı gərginlik isə sona çatıb.

Tərəflər bir-birindən üzr istəyərək barışıq elan edib. 

Gəncədə şəhidimizin vida mərasimi keçirilir
Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.
Report xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi keçirilir.

Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.
Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

Gəncədə şəhidimizin vida mərasimi keçirilir
 
Azərbaycan mədəniyyətinə ağır itki

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

 Unikal.org xəbər verir ki, respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib. 1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib. 

Rəqsanə həyat yoldaşını BELƏ TƏBRİK ETDİ
Müğənni Rəqsanə İsmayılova 14 fevral “Sevgililər günü” münasibətilə həyat yoldaşını təbrik edib.

İfaçı yoldaşına həsr etdiyi  musiqi nömrəsini “İnstagram” səhifəsində yayımlayıb.

“Həyatıma xoş gəldin...

İlk dəfə bu sözü sənə 8 il öncə dedim.

Bu ekran işi bizim sevgi hekayəmizim başlanğıcından bəhs edir.

Hər zaman sizinlə kədərimi dərdimi bölüşdüyüm kimi, bugün xoş və xöşbəxt günümü paylaşıram.

Arzu edirəm hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun”,- deyə İsmayılova paylaşımını şərh edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil bəylə ailə qurduqdan sonra  Moskvada yaşayır.

Müğənni Rəqsanə İsmayılova 14 fevral “Sevgililər günü” münasibətilə həyat yoldaşını təbrik edib.

“Ölkə.Az” xəbər verir ki, ifaçı yoldaşına həsr etdiyi  musiqi nömrəsini “İnstagram” səhifəsində yayımlayıb.

“Həyatıma xoş gəldin...

İlk dəfə bu sözü sənə 8 il öncə dedim.

Bu ekran işi bizim sevgi hekayəmizim başlanğıcından bəhs edir.

Hər zaman sizinlə kədərimi dərdimi bölüşdüyüm kimi, bugün xoş və xöşbəxt günümü paylaşıram.

Arzu edirəm hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun”,- deyə İsmayılova paylaşımını şərh edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil bəylə ailə qurduqdan sonra  Moskvada yaşayır.

 
Nura Suridə daha bir CAZİBƏDAR FOTO
Müğənni Nura Suri son paylaşımı ilə gündəmə gəlib.

Hər zaman yayımladığı fotoları ilə izləyicilərinin maraq dairəsində olan ifaçı bu dəfə də ənənəsinə sadiq qalıb. O, yeni fotosunu “İnstagram” səhifəsində sevənləri ilə bölüşüb. Sənətçi uzun ətəyini qara rəngli pencək ilə uyğunlaşdırıb. Pencəyin altından görünən buzqalteri isə ona daha da cazibədar görünüş verib. Foto izləyicilər tərəfindən çox bəyənilib. Onlar Surinin ideal bədən quruluşuna təriflər yağdırıblar.

Sözü gedən fotonu təqdim edirik.

dinsta

İslam dinində şiəliyə aid, ali rütbə hesab olunan Ayətullah ən çox İran İslam Respublikasında rast gəlinsə də, İraq və Livanda da Ayətullah titulu daşıyan din xadimləri çoxdur.

Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslam hüququna əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var. Həmçinin, Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma ve Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var.

Onlar öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilərlər.

Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi alıb. Hazırda İranda 1.000-dən çox Ayətullah var. Bununla yanaşı, Böyük Ayətullah ali titulu da mövcuddur. Şiə məzhəbində bu ən ali titul sayılır və İslam Hüquq (Fiqh), metodologiya (üsul) və fətva vermək hüququ verir.

Azərbaycanda isə bu ali dini dərəcəni daşıyan din xadimləri yoxdur. Onları “mərcə` at-taklid”-deyə çağırırlar. Hazırda Böyük Ayətullah ali titulunu Əli Xameneyi (İran), Sadik Şirazi (İran), Məkərəm Şirazi (İran), Yusif Sanei (İran), Əli Sistani (İraq) və s. daşıyır.

Maraqlıdır ki, şiə təriqətinə mənsub müsəlmanların çoxluq təşkil etdiyi 4 ölkədən biri olan Azərbaycanda (red – digərləri İran, İraq, Bəhreyn) Ayətullah titulunu daşıytan din xadimi yaşamırt. Buna baxmayaraq, tarixdə əslən Azərbaycandan olan bir sıra Ayətullahlar var. Onların sırasında Ayətullah Məhəmməd Əli Naxçıvani, Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği, Ayətullah Seyid Əli Salyani, Ayətullah Mirzə Əbülqasim Ordubadi Nəcəfi, Ayətullah Məhəmməd Fazil Lənkərani və s. adlarını çəkmək olar. Lakin onlar əsasən, dini təhsil üçün yola düşdükləri İraqın Nəcəf, İranın Qum, Məşhəd kimi şəhərlərində məskunlaşaraq çox az hallarda tarixi vətənlərinə dönüblər.

Bəs nə üçün Azərbaycanda Ayətullah dini titulu daşıyan şəxs yoxdur? Bu titulu almaq üçün hansı dini təhsil gərəklidir?

Turkustan.info bildirir ki, məsələ haqqında Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli həmin dərəcəyə çatmağın çətinliklərindən danışıb:

“Ayətullah Allahın ayəsi, nişanəsi deməkdir. Bu ifadəni alimlərə hörmət olaraq deyiblər.

İctihad, mücdəhidlik məqamına gəldikdə isə, Azərbaycanda bu dərəcəyə çatmış din xadimi yoxdur.

Bu dərəcəyə çatmaq zaman tələb edir. Ayətullah dərəcəsini qazanacaq səviyyədə dini təhsil alan şəxslər olmadığından Azərbaycanda bu rütbəni daşıyan kimsə yoxdur”.

Hacı Şahin Həsənli tarixən Ayətullah dərəcəsinə sahib olmuş soydaşlarımızın olmasını istisna etməyib:

“Hətta ola bilər, indi də İslam ölkələrində təhsil alan, Ayətullah rütbəsinə yiyələnmiş şəxslər var”.

Rafael Dadaşovun xəstəliyi məlum oldu — xərçəng imiş

Xalq artisti Rəfael Dadaşovun xəstəliyi məlum olub.
Xeberchi.az bildirir ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 3 - cü dəfə kimyaterapiya alan xalq artistinin xərçəng bütün bədəninə yayılıb. Xalq artistinin qızı Səidə Dadaşova xəbəri təkzib etməsə də bu barədə danışmaq istəmədiyini bildirib.