Son xəbərlər

 

İslam dinində şiəliyə aid, ali rütbə hesab olunan Ayətullah ən çox İran İslam Respublikasında rast gəlinsə də, İraq və Livanda da Ayətullah titulu daşıyan din xadimləri çoxdur.

Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslam hüququna əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var. Həmçinin, Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma ve Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var.

Onlar öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilərlər.

Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi alıb. Hazırda İranda 1.000-dən çox Ayətullah var. Bununla yanaşı, Böyük Ayətullah ali titulu da mövcuddur. Şiə məzhəbində bu ən ali titul sayılır və İslam Hüquq (Fiqh), metodologiya (üsul) və fətva vermək hüququ verir.

Azərbaycanda isə bu ali dini dərəcəni daşıyan din xadimləri yoxdur. Onları “mərcə` at-taklid”-deyə çağırırlar. Hazırda Böyük Ayətullah ali titulunu Əli Xameneyi (İran), Sadik Şirazi (İran), Məkərəm Şirazi (İran), Yusif Sanei (İran), Əli Sistani (İraq) və s. daşıyır.

Maraqlıdır ki, şiə təriqətinə mənsub müsəlmanların çoxluq təşkil etdiyi 4 ölkədən biri olan Azərbaycanda (red – digərləri İran, İraq, Bəhreyn) Ayətullah titulunu daşıytan din xadimi yaşamırt. Buna baxmayaraq, tarixdə əslən Azərbaycandan olan bir sıra Ayətullahlar var. Onların sırasında Ayətullah Məhəmməd Əli Naxçıvani, Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği, Ayətullah Seyid Əli Salyani, Ayətullah Mirzə Əbülqasim Ordubadi Nəcəfi, Ayətullah Məhəmməd Fazil Lənkərani və s. adlarını çəkmək olar. Lakin onlar əsasən, dini təhsil üçün yola düşdükləri İraqın Nəcəf, İranın Qum, Məşhəd kimi şəhərlərində məskunlaşaraq çox az hallarda tarixi vətənlərinə dönüblər.

Bəs nə üçün Azərbaycanda Ayətullah dini titulu daşıyan şəxs yoxdur? Bu titulu almaq üçün hansı dini təhsil gərəklidir?

Turkustan.info bildirir ki, məsələ haqqında Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli həmin dərəcəyə çatmağın çətinliklərindən danışıb:

“Ayətullah Allahın ayəsi, nişanəsi deməkdir. Bu ifadəni alimlərə hörmət olaraq deyiblər.

İctihad, mücdəhidlik məqamına gəldikdə isə, Azərbaycanda bu dərəcəyə çatmış din xadimi yoxdur.

Bu dərəcəyə çatmaq zaman tələb edir. Ayətullah dərəcəsini qazanacaq səviyyədə dini təhsil alan şəxslər olmadığından Azərbaycanda bu rütbəni daşıyan kimsə yoxdur”.

Hacı Şahin Həsənli tarixən Ayətullah dərəcəsinə sahib olmuş soydaşlarımızın olmasını istisna etməyib:

“Hətta ola bilər, indi də İslam ölkələrində təhsil alan, Ayətullah rütbəsinə yiyələnmiş şəxslər var”.

21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi