Son xəbərlər


Rəqqasə-aktrisa Oksana Rəsulova "Hər şey daxil"də xəyanət mövzusunda etdiyi açıqlama ilə təəccübləndirib.

 Milli.Az xəbər verir ki, Oksana bəzi ailəli qadınların başqa kişilərlə görüşməyinin səbəbindən danışıb.

Rəqqasə həmin qadınların ərlərinin bu xəyanətə özlərinin razılıq verdiyini bildirib:

Əri ola-ola başqa şəxslərlə görüşən qadınlar bir tərəfə, bəzilərinin həyat yoldaşları belə istəyirlər ki, görüşsünlər. Təki əl çəksin ondan, pul var orada".

Daha bir məşhur aktyor MÜĞƏNNİ OLDU
Çağatay Ulusoy ''Youtube'' hesabında yeni mahnısını təqdim edib.

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy mahnı oxuması ilə pərəstişkarlarını təəccübləndirib. Özünün bəstələdiyi və evində səsləndirdiyi mahnıları artıq ''Youtube'' kanalında yayımlayacaq.

Nanə Ağamalıyeva bu səbəbdən efirdən uzaqlaşdı
Bu gün məşhur aparıcı Nanə Ağamalıyevanın doğum günüdür. Hər səhər olduğu kimi bu səhər də Nanə Ağamalıyevanın aparıcılığı ilə "ATV"kanalında yayımlanan "Şou Atv" verilişi efirə gedib.

Big.az xəbər verir ki, efir zamanı qonaqları sürpriz gözləyib. Belə ki, məşhur xəbər aparıcı Anar Nəcəfli proqramın açılışını edib. O, elan edib ki, bu gündən verilişin aparıcısı odur.

"Nanə efiri tərk edir" - bu sözləri isə Nanə deyib.

Sonradan məlum olub ki, bu bir günlükdür və Nanənin doğum günü ilə əlaqədar olub.

Hacı Nuran xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

Bu barədə aparıcı özü Facebook səhifəsində  bildirib.  

O, son günlərin gərgin rejimi nəticəsində səhhətində bəzi problemlər yarandığını bildirib:

"Xəstəxananı sevməsəm də bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam".

Elza Seyidcahan xəstəxanaya yerləşdirildi — DİN hərəkətə keçdi

Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni , seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.

Seçkilərdə uduzan ifaçı İnstaqramda canlı yayıma girərək ağlaya-ağlaya qollarının keyidiyini, ayaqüstə dura bilmədiyini bildirib. Affekt vəziyyətinə düşən Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkənini köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
Sənətçinin döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.

“Aman aman, bu nə erotika…” – Elza Seyidcahan seçki haqda ŞEİR YAZDI
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən Əməkdar artist Elza Seyidcahan seçkilərlə bağlı şeir yazıb.

Həmin şeiri təqdim edirik:

***

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan

 

Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.

 

MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi

 

Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?

 

Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!

 

Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?

 

Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın

 

Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?

 

Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

(polemika.az)

İntim görüntüləri yayılan AZƏRBAYCAN MƏŞHURLARI
Zaman-zaman intim görüntüləri mediaya sızdırılan məşhurlar, ölkə gündəmini zəbt etməyi bacarıblar. Kiminin görüntüsünün təsadüfən, kimininin isə bilərəkdən yayılması barədə də az söz- söhbət gəzməyib.

"Ölkə.Az" adı seks qalmaqalında hallanan, məşhurlarla bağlı araşdırma aparıb. 

Related image

Tanınmış müğənni Elariz Məmmədoğluna aid olan videoda onun bir xanımla görüntüləri vardı. O zamanlar  bu video porno saytlarda "azərbaycanlı məşhurun intim videosu" adı ilə yayılıb.

Müğənni özü bu haqda heç bir açıqlama verməyib. Xatırladaq ki, Elariz Məmmədoğlu 2017-ci ildə “Green card”qalibi olaraq, ABŞ-da yaşamaq hüququnu qazanıb.

Image result for agadadas agayev intim goruntuleri
 
Xalq artisti Ağadadaş Ağayev də gizli videosu yayılan məşhurlar siyahısındadır. Gizli çəkildiyi hiss olunan videoda müğənni masa ətrafında oturan xanımlar üçün içkili vəziyyətdə mahnı ifa edirdi. 

Image result for faiq ağayev  intim goruntuleri
Bu siyahıda olan növbəti məşhur müğənni Faiq Ağayevdir. İllər öncə mediaya sızdırılan videoda Faiq Ağayev olduğu iddia edilən şəxs həmcinsi ilə görüntülənmişdi. Bundan başqa xalq artistinin Röya ilə də intim videosu yayılıb. Sonradan bu görüntülərin klip çəkilişindən olduğu bildirildi. Klip illər əvvəl çəkilib və tamamlanmamış halda ikən kadrarxası görüntülər mediayaya yayıldığına görə yarımçıq qalmışdı. 

Image result for roya  intim goruntuleri
 
Əməkdar artist Röyanın sosial şəbəkələrdə yayılmış görüntüsü də müzakirələrə səbəb olub. Videoda müğənni Röyanın əxlaq normalarına yad olan hərəkətləri və söyüş söyməsi açıq-aşkar görünürdü.
Qeyd edək ki, əməkdar artistin bu biçimdə bir neçə videosu olub.

Image result for sebnem tovuzlu  intim goruntuleri

Şəbnəm Tovuzlunun sevgilisiylə yayılmış intim  fotoları da bir müddət gündəmi zəbt etmişdi. Görüntülərdən sənətçinin həmin şəxslə isti münasibətdə olması aydın şəkildə görünürdü.
Sonradan müğənni açıqlama yayaraq həmin şəxslə 10 il evli olduğunu bildirib.

Related image

 Vəfa Zeynalovanın  Nurəddin Mehdixanlı ilə çəkildiyi  "İlahi məxluq" filmindəki erotik səhnələr bir müddət çox müzakirə olunmuşdu. Aktrisa mətbuata verdiyi açıqlamasında həmin kadrlarda qəbahətli bir şeyin olmadığını, hətta əsəbiləşib “çəkilmişəm, əcəb eləmişəm” deyə bildirmişdi.

Image result for ilqarənin intim goruntuleri

Xalq artisti Aygün Kazımovanın qızı müğənni İlqarə intim görüntülərinə görə müzakirə olunan məşhurlar sırasındadır. İlqarə İbrahimova yayılan videoda iki gəncin otağında deyib-gülür. Gənclər isə onun yanında bir az etikadan kənar sözlər, bir az da yersiz hərəkətlər edirlər. Aygün Kazımova bu videonun illər əvvəl İlqarənin Londonda olarkən sinif yoldaşlarını səhər yeməyinə çağırmaq üçün otaqlarına getdiyində çəkildiyini bildirib.

Image result for damlanın intim goruntuleri

 Siyahımızın növbəti məşhuru son günlərdə seks videosu ilə ən çox müzakirə edilən müğənni Damladır. Müğənni Damla (Məsumə Əliyeva) olduğu iddia edilən qadının intim görüntüləri bir neçə gündür sosial şəbəkələri alt-üst edib. Damlanın meneceri isə öz açıqlamasında -görüntünün Damlaya aid olmadığını, yüngül həyat tərzi sürən yaşlı bir qadın olduğunu bildirib. Daha sonra o, “Xahiş edirəm Damla xanıma boş-boş böhtanlar atılmasın. Onun gözəl bir övladı var” deyə əlavə edib. 

Müğənnilərdən başqa illər öncə seks videosu yayılan məşhurlardan biri də xanım aparıcı Sevinc Abbasovadır. Onun bir kişi ilə yayılan qalmaqallı seks videosu o dövrün gündəmini zəbt edərərək, çox müzakirə olundu. 

Qeyd edək ki, o, “Space” kanalında “Çərçivə”, “Hər səhər” kimi verilişlərin aparıcısı olub.

Qalmaqallı aparıcı hazırda İsveçdə yaşayır.

Çağatayın bu görünüşü lağa qoyuldu
Çağatay Ulusoyun bənövşəyi "penjama"sı gülüş hədəfinə çevrilib.

"Aktyor maqazin jurnallarının biri üçün kamera qarşısına keçib. Çəkiliş zamanı geyindiyi bənövşəyi "penjama"sı ilə sosial şəbəkədə foto paylaşan aktyor gülüş obyektinə çevrilib. 

Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldıDağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalanıblar.

Lent.az verdiyi məlumata görə, yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış.

İlkin araşdırmadan sonra məlum olub ki, hər iki qız 1 milyon rubla (təxminən 27 min manata) satılıb. Saxlanılan qızların hər ikisinin Mahaçqala şəhər sakini olduğu bildirilir. Onları satmaq istəyən qadın isə polisə aparılıb və haqqında cinayət işi qaldırılıb. 

Naz Mila çılpaq foto paylaşdıTürkiyədə populyar teleaparıcı və aktrisa Zühal Topalın "Evleneceksen Gel" evlilik proqramına qatılandan sonra məşhurlaşan, indisə yarıçılpaq və çılpaq fotoları, qalmaqallı açıqlamaları və açıq-saçıq həyat tərzi ilə tanınan azərbaycanlı Naz Mila yenə gündəmdədir.

Metbuat.az xəbər verir ki, bu dəfə o, instaqramda açıq saçıq bir fotosunu paylaşaraq "Sinəniz estetik mi? Mənimki ki təbbidir" deyə paylaşım edib.

Paylaşımdan həmən sonra izləyicilərin şərh atəşinə tutulan Nazmilaya "Ərin hanı,yoxsa boşandınmı?" "Belə şəkilləri çəkməkdə məqsədin nədir?" kimi şərhlər yazılıb. Naz Mila rəy yazanlardan birinə söyüşlə cavab yazıb və kobud ifadələr işlədib.

Qeyd edək ki, Türkiyədə ailə həyatı quran Naz Milanın evliliyi bir necə ay çəkmişdi.