Son xəbərlər

Hacının aldığı brilliantın qiymətini bu yolla öyrənib

“Heç sevmirəm ki, kimsə mənə hədiyyə yerinə pul versin. Pulu mən də qazanıram. Lazım olsa, gedib beşini alaram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” proqramında qonaq olarkən söyləyib. Sənətçi həyat yoldaşı Hacı Ramilin ona hədiyyə verdiyi brilliant dəst barədə söhbət açıb. Şəbnəm bahalı zinət əşyasının qiymətini öyrənmək üçün zərgərə müraciət etdiyini deyib:

“Amma diqqət başqa şeydir. Mənə brilliant hədiyyə etmişdi. Özü qiymətini deməmişdi. Bakıda zərgər olan bir xanım rəfiqəm var. Fotosunu çəkib ona atdım. Dedi ki, karatı budur və sən düşündüyün qiymətədir, bahadır”.

Prezident belə xizək sürdü – VideoBu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

“Qafqazinfo”nun məlumatına görə, “Şahdağ” Turizm Mərkəzinə gələn dövlət başçısı burada xizək sürüb.

 

14 yaşlı Aysunun 2 il əvvəl, yəni 12 yaşında ana olması medianın gündəmini zəbt edib. Doğma valideynlərini axtarmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına çıxan yeniyetmə 2018-ci ilin fevral ayında uşaq dünyaya gətirib. 12 yaşından bəri adını paytaxtın gecə klublarının birində fahişəliyə cəlb edilən yeniyetmə dəfələrlə qaçsa da, "Ənkə" ləqəbli İsmayıl adlı şəxs onu tapıb və döyərək geri qaytarıb.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, Aysun hazırda adıçəkilən şəxs tərəfindən təhdid olunduğunu deyir:

"Uşaq doğulandan sonra mənə dedilər ki, uşaq ölü doğulub. Mən bioloji valideynlərimi axtarmaq üçün efirə çıxandan sonra bu uşağı mənə göstərib dedilər ki, sənin uşağındır. İsmayıl məni hədələyir, deyir ki, efirdə bizim haqqımızda danışsan səni də, uşağını da öldürəcəm, yer üzündən siləcəm".
Qeyd edək ki, Aysun atılmış uşaqdır. 4 aylığında bir ailəyə övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb.

12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.

Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib.

X.Hidayətqızı Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.

Roza Zərgərlinin əsl adı bu imişBir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyəsinə üzv seçilməsi müzakirələr yaradıb. Hazırda “İmtahan” serialında rol alan gənc aktyorun səsvermədə uğur qazanması sosial şəbəkələrdə həm tənqidlə qarşılanıb, həm də müsbət qiymətləndirilib.

"Ölkə.Az" xəbər verir ki, Qafqazinfo müğənni və oğlu ilə görüşərək onların mövzu barədə fikirlərini öyrənib. C. Qafarov fəaliyyətindən bəhs edərək onu seçkilərdə iştirakına görə, qınayanlara münasibət bildirib.

Corc qeyd edib ki, iki saylı Uşaq Evində böyüyüb, təhsil alıb, eyni zamanda 282 saylı məktəbin də şagirdi olub. Gənc aktyor uşaq ikən Lider TV-də yayımlanan “Talant” şouda rəqqas kimi qatılıb və rejissor Yavər Rzayevin diqqətini çəkib.

Y. Rzayev uşaq evində kastinq keçirərək 300 min uşaq arasında 11 yaşlı Corcu seçib və onu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vəfa Zeynalova və Münəvvər Əliyeva ilə birgə “İlahi Məxluq” filminə çəkib.

Corc bundan sonra vətənpərvərlik mövzusunda çəkilən “Dolu”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə lentə alınan “Bakı, mən səni sevirəm”, “Bir ovuc sonsuzluq”, “Cek pot” filmlərinə çəkilib, “Tək olanda qorxma”, “Qisas” seriallarında rol alıb.

Roza Zərgərli ilə də çəkilişlərdə tanış olur. Belə ki, “Tək olanda qorxma” serialında ana-oğul obrazını canlandırırlar. Hazırda isə Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.

Qafarov bələdiyyəyə üzv seçilməyinin cəmiyyətdə bu qədər səs-küy yaratmasına təəccübləndiyini bildirib:

“Bələdiyə seçkilərinə namizədliyimi verdim. Əslində, sənədlərimi hazırlayarkən çox fikirləşdim. 17 namizəd arasında 15-ci oldum. Gözləmirdim, çox sevindim. Sədr seçiləcəyim təqdirdə həyata keçirəcəyim planlarım çoxdur. Uşaq evləri barədə layihələr də olacaq. Siyahıda axırdan 3-cü olmağım niyə bu qədər səs-küy yaratdı? Elə şərhlər, yazılarla rastlaşıram ki... Əslində böyük bir şey baş verməyib. 17 namizəd arasında 6677 səslə axırdan 3-cü olmuşam. Niyə Corc onları narahat edir? Kimə nə etmişəm?”.

Gənc aktyor bioloji anasını xatırlayaraq onunla birlikdə qurduğu arzudan da danışıb: “Uşaqlar var idi ki, ana-atası öz avtomobili ilə yanlarında ayda-ildə bir dəfə gəlirdilər. Anam Leyla Qafarova həftədə iki dəfə yanıma gəlirdi. Anamın bir arzusu var idi ki, bir ocağımız olsun. O, inanırdı ki, mən bu şəraiti yaradacam. Uşaq evinin direktoru Sevda Hacıyeva bu işlərdə mənə çox kömək oldu. Qəpik-qəpik pul yığıb şərait yaradacaqdım, anamla bir yaşayacaqdım”.

Roza Zərgərli isə xəbəri ilk dəfə köməkçisindən öyrəndiyini açıqlayıb: “Səhər qalxdım ki, telefonum dağılır, hamı təbrik mesajları yazır. Elə bildim ki, hamı Qazaxıstandakı çıxışımla bağlı məni təbrik edir. Sonra başa düşdüm ki, söhbət məndən getmir.

Axırdan 3-cü yerə səs toplayıb. Bu o qədər acınacaqlı haldır? Azərbaycan balasıdır, aşağıdan yuxarıya gəlir. Yuxarıda durub daha da yuxarı atılmaq istəmir. Uşaq evindən çıxan uşaqlara narkoman, oğru donu geyindiririk. Niyə savadlı, dünya miqyasına çıxan gənclərdən danışmayaq?! O, ilk dəfə rəsmi olaraq Azərbaycanı Kann festivalında təmsil edib. Niyə bu haqda danışmırlar?

Niyə müğənni Roza Zərgərlinin oğlu kimi müzakirə edirsiz? Bu övlad məndən öncə incəsənət fəaliyyətində olub. 11 yaşından fiziki şəxs kimi pul qazanıb. Uşaq evindən çıxan hər bir valideynsiz uşağa təqaüd və ev verilir. Corc himayəmdə olan zaman bunlardan imtina edib. Corc deyib ki, özüm qazana bilirəm və himayəsində olduğum ailə normal imkana sahibdir. Ev başqa möhtacı olanları verilsin.

Biz bunu reklam etmirik deyə müzakirə etmirsiz? İki saylı Uşaq Evindən bunları maraqlana bilərsiz. Corc öz evindən imtina etdi ki, özüm qazanıb alacam. Corcla üz-üzə qoyulan gəncin (Mehman Hüseynov) özü də yaxşı insan ola bilər. Amma niyə Corcla müqayisə edirsiz? Siyahıda Corcdan başqa 16 nəfər var, niyə onlardan danışılmır?

İnsan incəsənət sahəsindədirsə, tapdalamaq lazımdır? Bu, qeyri-insanlıqdır. Bu işdə mən yoxam, Corcun öz nailliyətidir. Çünki Roza Zərgərli seçkidən öncə instaqram səhifəsində bir post paylaşsaydı, mənə elə gəlir ki, birinci namizəddən də çox səs toplayardı. Mən bu işə qarışmıram, bu, onun öz seçimidir”.

Bundan əlavə, R. Zərgərli Corcu övladlığa götürdüyü ilk zamanlar qarşılaşdığı çətinliklərdən söhbət açıb:

“Corcgili tanımadan əvvəl öz doğma qızımın 3 yaşı var idi. Birinci evimə böyük övladım Natavan gəldi. İndi evlidir, Sofiya adlı qızı var. Corcgil ilk övladlığa götürdüyüm uşaqlar deyil. Hamı elə bilirdi ki, Corc və Jirar mənim doğma övladlarımdır. Sağ olsunlar, bəzi sənət nümayəndələri xoşagəlməz söhbətlər yaydı. Corc mənə dedi ki, bioloji anam olmadığını hər kəslə bölüşə bilərsən, burada utanılacaq bir şey yoxdur.

Mən də onların xətrinə dəyər deyə heç kəsə demirdim. O, qızım Bənövşəni düşündü. Bu, onun böyük genlərindən xəbər verir. Çünki onun anası ziyalı, ali təhsilli xanım idi, 4 dil bilirdi. Sadəcə olaraq həyat elə gətirdi ki, hadisələr bu cür cərəyan etdi. Valideynlər var ki, uşaq dünyaya gətirib zibil qabına atır, övladlarını zibilə bərabər tuturlar. Corcun uşaq evinə düşməyi belə yaxşı haldır. Tale belə gətirdi”.

Müğənni onu da qeyd edib ki, övladığı Corcun anasına “Məcnunsuz Leyla” adlı kitab həsr edib. O, kitabın tezliklə çapdan çıxacağını söyləyib.

Dilarənin bu FOTOSU MÜZAKİRƏ OLUNDUAvroviziya” təmsilçimiz, müğənni Dilarə Kazımovanın yeni paylaşımı böyük marağa səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, ifaçı musiqiçi oğlanlarla çəkdirdiyi fotosunu “İnstagram” səhifəsində izləyiciləri ilə bölüşüb. Müğənninin sinə dekolteli, qırmızı geyimi pərəstişkarları tərəfindən müzakirə olunub. Onlar Kazımovanın ünvanına maraqlı şərhlər yazıblar.

“Mən çox istərdim Yeni ili sizin yanınızda keçirim. Həmin yeni il mənim üçün əvəzolunmaz olardı”, “Tar ifaçısı görəsən yaşayır?”, “Hər zamanki kimi çox cazibədarsız”,- deyə onlar qeyd ediblər.

Sözügedən fotonu təqdim edirik:

Nazilə Səfərlidən qalmaqallı AÇIQLAMAŞairə Nazilə Səfərli aparıcısı oduğu “Ona qalsa” verilişində qalmaqallı açıqlama edib.

“Ölkə.Az” xəbər verir ki, ARB-də yayımlanan proqramda teleaparıcı Rövşanə Bektaşi ilə söhbətində o, bildirib ki, bəzən iki davalı tərəf rəqibini tərki-silah etmək üçün hər yola əl atır.

“Görürsən ki, bir aparıcı digər həmkarı ilə yola getmir. O, qarşı tərəfin aparıcılıq etdiyi layihənin ya rejissorunu, ya redaktorunu şirnikləndirərək əla alır ki, həmin o insandan videomateriallar toplasın. Sonra da lazım olanda həmin materiallardan istifadə edir, ya sosial şəbəkələrdə, ya da mediada yayıb, qarşı tərəfi biabır edir”,- deyə qeyd edib.

Azərbaycanın əməkdar, Dağıstanın xalq artisti Ədalət Şükürov gələn ilin fevralında ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən danışıb. 

Turkustan.info xəbər verir ki, müğənni Meydan TV-yə açıqlamasında bildirib ki, deputatlığa namizədliyini verməsini tövsiyə edənlər çoxdur:

“Məndən dəfələrlə soruşurlar ki, millət vəkili olmaq istəyirsiz? Mən əksər millət vəkillərindən daha çox bilirəm. Davranışlarımda, oturuşumda, duruşumda, ağlımda və ali savadımda onların heç birindən geri qalmıram. Hətta deyərdim ki, hər şeyi onlardan daha yaxşı bilirəm. Məndə idarəçilik bacarığı neçə illərdir tam formalaşıb.

Amma deputat olmaq mənlik deyil, çox vaxt alır, məsuliyyətli bir işdir. Hansısa bir qərarı qəbul etməzdən öncə müzakirəsi zamanı öz mövqeyini bildirəsən. Bu, zarafat deyil”.

Müğənni millət vəkilləri ilə dostluğundan da söz açıb. Keçmiş millət vəkilləri Adil Əliyev, Ülvi Quliyev, Eldəniz Səlimov, Elşad Həsənovla dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Deputatlara çox böyük hörmətim var. Amma mənim deputata nə işim düşə bilər? Onların bizə işi düşür. Milli Məclisdə oturanların yarısından çoxu ilə dostluq əlaqələrimiz var. Nə olsun ki, fərqli sahələrdə işləyirik”.

Bu il dekabrın əvvəlində ölkə başçısının sərəncamı ilə beşinci çağırış Milli Məclisi buraxılıb. Növbəti parlament seçkiləri 2020 ci il fevralın 9-na təyin edilib.    /Yenisabah.az/

Elza Seyidcahan “Yolka” obrazındaƏməkdar artist Elza Seyidcahan Ağcabədi rayonundakı n saylı hərbi hissədə əsgərlər üçün konsert verib.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, hər dəfə geyimləri ilə gündəmə gələn sənətçi bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, o şam ağacını xatırladan yaşıl rəngli libas geyinib. Maraqlı məqam isə odur ki, ifaçının geyimində yanıb-sönən oyuncaqlar da olub.

Afaq Bəşirqızı seçki ilə bağlı SON QƏRARINI verdi

Afaq Bəşirqızının parlament seçkilərində iştirakı yenidən gündəmə gəlib.

Bir müddət əvvəl sənətkar saytımıza açıqlamasında seçkilərə qatılmasını istisna etməmişdi.

Xalq artisti məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında son qərarını açıqlayıb. Bildirib ki, fevralın 9-da keçiriləcək seçkilərdə iştirak etməyəcək: “Kim deyir ki, namizəd olacağam? Səhv məlumatdır. Seçkilərdə iştirak etməyəcəyəm”.

Xatırladaq ki, dekabrın əvvəlində sosial şəbəkələrdə Xalq artisti Afaq Bəşirqızının növbəti parlament seçkilərində iştirakı üçün kampaniya başladılmışdı. Belə ki, Xalq artisti Röya Ayxan, Elza Seyidcahan, məşhur qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva və bir çox şou -biznes nümayəndələri bu təşəbbüsə dəstək çıxmışdı. Həmçinin bir çox sosial şəbəkə istifadəçisi də Afaq Bəşirqızını deputa görmək istədiyini qeyd etmişdi.