Fədayə ilə bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib.

Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməsinə münasibət bildirib.

Musavat.com-a açıqlama verən sənətçi bildirib ki, hələ də Fədayə ilə görüşməyib: “Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər. Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə Laçınla ünsiyyəti olmayanlar indi onun yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. Fədayə həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır”.

Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 6 il müddətində azadlıqdan məhrum edilmişdi. Ötən ay isə müğənni Fədayə Laçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və F.Laçının cəzası 2 ilə endirilib. Müğənni oktyabrın 29-da azadlığa buraxılıb.

Xalq artisti Tünzalə Ağayeva yenə də geyimi ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, müğənni sinə dekolteli, gümüşü libasla obyektiv qarşısına keçib.

Ağayevanın dekoltesi qarın hissəsinə qədər uzanıb. İzləyiciləri Tünzalənin son günlər çox açıq-saçıq geyindiyini vurğulayıblar.

Fədayə Laçın qonaqlıq verir
Müğənni Fədayə Laçın həbsxanada olarkən ona maddi və mənəvi dəstək olan sənət yoldaşları, dostları üçün ziyafət təşkil edib.

 Bakı şəhərindəki restoranlardan birində baş tutacaq mərasimdə F.Laçının yalnız bir neçə sənət dostunun iştirak edəcəyi bildirilir. 

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.

Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Meyxanaçı Samirə və Mənzurə Musayeva “ərə gedir”Meyxanaçı Samirə və Mənzurə Musayeva ağ gəlinlik geyiniblər.

Onlar Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olublar.

“Buna bax, təzə gəlin kimi necədə utanır”,- deyə aparıcı Tolik Samirəyə söz atıb. 

Mənzurə Musayeva isə “Əsas toy, gəlinik deyil, qadın gərək seçdiyi həyat yoldaşı ilə xoşbəxt olsun”,- deyə bildirib.


Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Sənətçinin Əməkdar artist Manana Caparidze ilə yaydığı fotoya yazdığı şərh müzakirələr səbəb olub.

Nadir “kübarlıq başqa şeydir. Müsəlman adını daşıyan bəzi müğənnilərimiz, xristian qadından qadınlığı öyrənin” yazaraq xanım həmkarlarına söz atıb.

İfaçının bu fikri instaqram istifadəçiləri tərəfində birmənalı qarşılanmayıb. Nadir fikirlərinə görə tənqid olunub.



Müğənni Şəbnəm Tovuzlunun ailəsində ağır itki üz verib.

Sənətçinin xalası dünyasını dəyişib.

O, ötən gün vəfat edib.

Aşıq Əli tüğyan etdi
Aşıq Əli ATV telakanalında yayımlanan “ATV maqazin onlarla” verilişinə müsahibə verib.

O, son zamanlar yaşadığı qalmaqallara fikir bildirdikdə bu sözləri deyib:

“Məni kimsə əsəbiləşdirməsin. Mənimlə heç kimin işi olmasın, mənim də kiminləsə işim yoxdur. İnsanlar var ki, onlar ruhi xəstədir. O insanlara Allahdan şəfa diləyirəm. Bu sənətdə dost yoxdur. Nevrozam, başınıza dönüm, əsəbiyəm, çılğınam”.

Qeyd edək ki, Aşıq Əli son olaraq  xanəndə Elnarə Abdullayeva ilə bir neçə dəfə qalmaqal yaşayıb. O, hətta Xəzər televiziyasında yayımlanan “Ay Zaur” verilişində aparıcının xanəndəni efirə qoşduğunu etiraz edərək, studiyanı tərk edib.

“Kişilik insanın genində olmalıdır”

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, dostlarına etdiyi köməkliklərdən də danışıb:

“Dəfələrlə olur ki, bir də bu insana köməklik etmərəm deyirəm, amma yenə də edirəm. Kişi doğulanda kişi olur, sonradan kişi olmur. İnsanın genində olmalıdır. Bir dəfə uşaq vaxtı ətrafıma dostlarım yığılmışdı. Atam da görüb dedi ki, yenə bunları yığmısan başına?

Dedim ki, ay ata, sənin dostların yaxşıdır, mənimkilər pis?! Atam da dedi ki, oğul, onlardan sənə dost olmaz. Mən onların kimin oğlu olduğunu, necə insan olduqlarını bilirəm. Sonradan böyüdüm gördüm ki, atam düz deyir.

Kişilik məşq etməklə olmur. Mən insan tanıyıram ki, çox kasıbdır, amma qüruru var. Bir dəfə də olsun deməyib ki, problemim var! Özüm hiss etmişəm və ona “Vaz 2107” avtomobilini bağışlayıb dedim ki, al, sən buna layiqsən. Mən dostlarıma belə dost olmuşam”.

Elçibəyin Mehriban Əliyevanın tapşırığıyla təmir olunan evinin təmirdən sonrakıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.

Ailənin yaxını Çingiz Əliyev evin üç ay müddətində hazır vəziyyətə gətirildiyini deyib. 

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Rəqsanə qadın həmkarlarını biabır etdi: Məşhur iş adamı Fazil Əmiraslanovla ailə həyatı qurub, beş ildən çoxdur Rusiyanın paytaxtı Moskva şəhərinə köçən və orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılova “ATV Maqazin 10larla” proqramının qonağı olub.

Oxu.az-a istinadən xəbər verir ki, Rəqsanənin əri Fazil  ilk dəfə kameralar önünə keçərək, indiki arvadı İsmayılova ilə necə tanış olması barədə danışıb. O, “Rəqsanə toydan toy yox, məni tutdu” söyləyərək maraqlı açıqlamalar verib:

“Bizim tanışlığımız ailəmizin toy məclisində oldu. Ağstafa rayonunda qardaşımın xeyir işi idi. El məclisində təkcə Moskvadan 200-ə yaxın qonaq dəvət etmişdik. Böyük toy idi. Toyda oxuması üçün Rəqsanə 13 min dollar pul istəmişdi. Yazıq qardaşım da gəldi dedi ki, bunlar göylə gedir. Mən əlimdə mikrofon toyda danışırdım, bir də gördüm ki, məclisin yiyələrindən biri Xanlar müəllim mikrofonla söylədi ki “Səhnəyə Rəqsanə gəlir”. Mən də dedim ki, “Ay kişi görmürsən mən danışıram?” Oğlum da rus dilində dedi ki, “Папа что за Леди Гага” (Bu Ledi Qaqadır ki: red). Pul söhbəti etmədi. Toydan öncə yenidən görüşdük, söylədi ki, mən sizin toyunuzu gəlib apararam. Səhər isə zəng vurub dedi ki, Lenskiy prospektdə bir mağaza var, orada çox gözəl bir əlbisə var, onu mənə alın. Allaha and olsun, qiyməti 12 min dollar idi. Həmin mağazanın administrasiyasından tutmuş bütün işçilərinə kimi çağırıb, endirim etmələrini istədim. Rəqsanə həyatıma daxil olandan sonra sanki yenidən dünyaya gəldim”.

Sənətçi həyat yoldaşı Fazilin önündə əyləşərək iki qız övladı ilə bağlı maraqlı açıqlamalar verib. O, Aysun ilə Yağmurun Fazilin soyadını daşıdığını etiraf edib:

“Bizim dörd övladımız var. Aysun, Yağmur ötən il doğulan əkizlər qızım Mehrimah, oğlum isə Muhammed. Onu da bildirim ki, Fazil bəyin daha iki övladı var (qız, oğlan). Heç kəs ağlına belə gətirmirdi ki, Rəqsanə hər şeydən uzaqlaşıb, beş il Moskvada qala bilər. Amma qaldım. Fazil bəy mənim qızlarıma öz soyadını verib. Hər iki qızım - Aysun və Yağmur Əmiraslanova Fazil qızı soyadını daşıyır. Fazil qızlarımın bütün sənədlərini sıfırdan dəyişib, öz soyadını verdi. Bu onun öz şəxsi istəyi ilə olub. Anama hər zaman deyirdim ki, varlı, pullu kişi axtarmıram. Elə bir həyat yoldaşı istəyirəm ki, qoy kasıb olsun, amma bizə sahib çıxa bilsin, arxamızda dura bilsin, dərdimizi başa düşsün. Fazil çox ağır xarakterə malikdir. Onu hər insan qəbul edə bilməz. Fazil bir dəqiqə içərisində hər şeyi silib, çıxıb gedə bilər”.

Bir il öncə əkiz uşaq dünyaya gətirən müğənni, doğulan körpələrin hazırkı sağlıq vəziyyətlərindən danışıb. “Oğlum Muhammed ölüm-dirim savaşı apardı. Çox çətinlik çəkdi. Dörd-beş ay məcburi şəkildə xəstəxanada qaldı. Bizimdə ümidimiz yox idi ki, uşaq salamat qala bilər. Xəstəxanaya gələnlər, çoxlu sayda zənglər oldu. Oradan bildirilmişdi ki, biz heç bir məlumat verə bilmərik. Yəni hər şeyi sirr saxlaya bilən bir xəstəxanada yatırdım. Düşünürəm ki, bir neçə ildən sonra bəlkə yenə dünyaya bir-iki övlad gətirəcəyəm (gülür)”.

Daha sonra R.İsmayılova xanım həmkarlarını efir vasitəsilə məsxərəyə qoyaraq, ələ salıb. O, bəzi sənət yoldaşlarının efirdə “həci” sevgililəri ilə öyünmələrini başlarına qaxınc edib: 

“O xanım müğənnilər həyat yoldaşlarını deyil, sevgililəri haqqında çıxıb efirlərdə danışırlar. Ərə getmisən, canın sağ olsun. Tutalım ki, heç ərə də getməmisən, o kişi sənin yanındadır, ailəsi də var, sənə də baxır. Məcburdurmu, hansısa verilişə çıxan kimi həmin dəqiqə “Həci belədir, Həci bunu dedi, Həci mənə bunu alıb, hədiyyə etdi” söyləyəsən? Ayıbdır axı. Bu “həci”ləri niyə axı hörmətdən salırsınız? “Həci” adını layiqincə qazanan insanlar var. Onlar Allahın evinə gedirlər, səhərə kimi Allaha dua edirlər. Bu insanları hörmətdən salmaq sizin başınız üçün deyil. Bunu belə etməyin. Həyatında kimdə varsa, var da... Niyə axı sənə efirə gələn kimi “Həci”dən sual verirlər? Demək sən özün bu şəraiti yaradırsan. Yaratma da... Ərim var. Ər başqa şeydir. Ərdə olanda nikah kağızı olur. Qanuni həyat yoldaşı olanda kişi bir xanımın yanında olur və onun da nikahı olur. Hamı da bilir ki, filankəsin həyat yoldaşı budur. Amma əgər evdə arvadı varsa, gəlib mənim yanımda oturursa, bu artıq ər sayılmır. Mən aydan arı, sudan duru demirəm özümə. Çünki mənim də həyatımda səhvlərim çox olub. Həyatımda, efirdə, televiziyada çox sərt açıqlamalar vermişəm və çox səhv hərəkətlər etmişəm. Bunlara görə isə mən özümü heç bağışlamıram. Həyat yoldaşım da var, evliyəm. Bu günə kimi məni həyat yoldaşımla birlikdə heç kim heç yerdə birlikdə görməyib. İlk dəfə hamı sizin verilişdə görəcək”.