Son xəbərlər

 

 
Milli.Az xəbər verir ki, pediatr-allerqoloq Sevinc Abdullayeva Moderator.az-a bildirib ki, allergik xəstəliklər yay boyu davam edə bilər.
 
"Yazın gəlişindən sonra havalar isinir, təbiət gözəlləşir, insanların çölə çıxması rahatlaşır. Amma bizim üçün yaz allergiyası başlamış hesab olunur. Bu fəsil təxminən bizim ölkəmizdə fevralın son həftəsindən başlayır, mart, aprel, may aylarında da davam edir. Əvvəlcə ağaclar çiçəkləyir, sonra fərqli bitkilər çiçək açmağa başlayır. Bu zaman fərqli allergik xəstəliklər yaranır. Hər uşağın öz allergiyasını bilmək haqqı var. Valideynin də bunu bilmək məcburiyyəti var. Bildikdən sonra həmin çiçəklərin aktiv olduğu bölgələrə səyahət etməmək lazımdır. Yay hələ qarşıdadır. Bir də bəzi ağaclar avqust ayında çiçəkləyəcək. Ağaclara allergiyası olan insanlar bu aralıqda, xüsusilə də küləkli havada parklara, bağlara, yaxud təbiət qoynuna getməsinlər. Bəzi valideynlər düşünür ki, dərman alıb mən filan yerə gedə bilərəm. Təəssüf ki, həmin havada olan allerginlərin miqdarı bizim dərmanın dozasından çox yuxarı olduqları üçün dərman yeganə qoruyucu vasitə deyil. Bu sezonda əgər temperaturunuz olsa da, olmasa da öskürəkləriniz şiddətlidirsə, 3-5 gündən çox davam edirsə, təbiətə çıxdıqda ürəkbulanması, baş ağrısı  və öskürək bura qoşulursa allergik xəstəliklərdən şübhələnmək və həkimə müraciət etmək lazımdır", - deyə allerqoloq bildirib.
 
Sevinc Abdullayeva bildirib ki, bəzi qidalar da allergiya verə bilər.
 
"Bəzi qidalardan insanlarda səpgi yarana bilər. Qida allergiyalarının narahat olduğumuz tərəfi qida anaflaksiyasının baş verməsidir. Anaflaktik şoka ola bilər, tənəffüsü, təzyiqi dəyişə bilər. Çiyələk bitkisindən də səpgi baş verə bilər. Çiyələyin tərkibində histamin adlı bir maddə var. Daha çox histaminə görə allergiya verir. Bəzən pasiyentlər deyirlər ki, çiyələk allergiyası onun xüsusi maddələrlə yuyulmasına görə də baş verir. Onun çiyələyin yuyulması ilə heç bir əlaqəsi yoxdur. Çiyələyi sirkəli yaxud sodalı suda yumaq bizi sadəcə infeksiyalardan qoruyur. Çünki çiyələk torpaqla təması olan bitkidir. Bunun allergiya ilə heç bir əlaqəsi yoxdur. Çiyələk, şokolad, pomidor və s. məhsulların tərkibində histamin var. Əgər uşaqda çiyələyə qarşı allergiya varsa, çarpaz olaraq onda bəzi qidalara da allergiya yaranır. Qara qarağat, qırmızı qarağat və s. kimi bitkilərə. Allergiyası çox olan insan çiyələyi yeyərsə içindəki histamin burun tutulmasını və burun axmasını artırır. Səpkisi çox olan insan çiyələk yeyərsə səpkisi artar. Çiyələyə şiddətli həssasiyəti olan adam çiyələk yeyər anaflaks olar. Elə insanlar var ki, çiyələyi yeyər gözü şişər. Uşaqlarda çiyələyə qarşı həssaslığın daha çox olduğunu görürük. Böyüdükcə bunun azaldığının şahidi oluruq. Amma elə insan var ki, hər hansı bir qidaya ömür boyu həssaslığı davam edir", - deyə pediatr-allerqoloq bildirib.

16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış
15 May 2024 Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 İran polisi 4 bəlucu güllələdi
15 May 2024 Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
15 May 2024 İYİ-dən çevriliş açıqlaması: Dövlətin yanındayıq!
15 May 2024 Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək