Son xəbərlər



“Mənim üçün xoşdur ki, xarici ölkədə həmkarlarım adımı çəkir, tərifləyir. Məni tanıyırlar, sənətimdən xəbərdardılar. Daha xoşdur ki, xaricdə mahnılarıma müraciət edilir”.

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Sevda Ələkbərzadə deyib. Müğənni “O səs Türkiyə”də müğənni Murat Bozun onun haqda danışmasından və Ayşenur Gül adlı qızın ifasından bəhs edib:

“Oxuyan qız azərbaycanlı deyildi. Oxu tərzini məndən öyrənib mənə də oxşamalı idi. İnstaqramda mənə bir çox dövlətdən musiqiçilər yazır. Ötən il İngiltərəyə “Elə demə” mahnımın “playback”ını göndərmişdim. Həmin xanım mahnımla Londonda universitetə daxil olmuşdu. Bu mahnını 10 il əvvəl oxumuşam, hələ də aktualdır. İllər əvvəl bunu oxuyanda, bəziləri başa düşmürdü. Deyirdim ki, bu, qalacaq”.

Ələkbərzadə Türkiyədə tanınsa da, oranın şou-biznesinə can atmadığını bildirib:

“Heç vaxt özümü pulla piar etməmişəm, bazar üçün çalışmamışam. Nə Türkiyədə, nə Azərbaycanda pullu piar etdirmirəm. Bundan sonra bilmirəm necə olacaq. Yetər ki, sənətin yaxşı olsun. Hamı gəlib səni tapacaq”.


Noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Oxu.Az-a istinadən xəbər verir ki, noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.

Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Roskonqres” Fondunun yardımı ilə təşkil ediləcək.

Rusiya-Azərbaycan Regionlararası Forumu dialoq üçün unikal bir platformadır. Noyabrın 22-də forumun işgüzar proqramını Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar.

Proqrama Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının iclasları, habelə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirməsinə dair dəyirmi masalar daxildir.

Rusiya Prezidentinin müşaviri Anton Kobyakov deyib ki, forum Rusiya ilə qonşu respublikaların, o cümlədən, Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan arasında əlaqələrinin inkişafına yönəlmiş addımların davamıdır.

“Buna görə də əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şəraitin yaratmaqdır”, – A.Kobyakov əlavə edib.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksin Oreşkin isə qeyd edib ki, ölkələr arasındakı yüksək səviyyəli qarşılıqlı əlaqə təkcə müvafiq qurumların birgə işi deyil:

“Bu, həm də mövcud problemlərin həllində və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməkdə fəal iştirak edən birliyin qətiyyəti ilə bağlıdır. Rusiya və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini və kənd təsərrüfatı sektorunda vahid əməkdaşlıq sisteminin formalaşmasını davam etdirəcək.

Ölkələrimizin qarşısında nəqliyyat, texnoloji modernləşdirmə sahəsində böyük vəzifələr durur. Turist axınının və qarşılıqlı səfərlərin çoxalması istiqamətində işlər görülür. Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi davam edir”.

Qeyd edək ki, 2018-ci ildə keçirilən forum Rusiya və Azərbaycan dövlət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, təhsil və elm müəssisələrinin, medianın mindən çox nümayəndəsini bir araya gətirmişdi.

Forum zamanı 17 müqavilə imzalanmışdı.

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olub.

Məşhurun oğlu efirdə etiraflar edib.

O bildirib ki, həyatr yoldaşının xəyanəti ilə qarşılaşıb:

“Qızımı görmək istəyərdim. Mən ona yaxşı ata olmamışam. Anasını hərdən döyürdüm. O qadın mənlə yaşaya-yaşaya özünə başqa bir adam tapmışdı. Mənə xəyanət etmişdi. Mənim anam ona çox şeylər etmək istəyirdi, qoymadım”.

 

Tolik videosunu silmək üçün hamıya yalvardı
Prodüser Tolik özü ilə bağlı maraqlı fakt açıqlayıb.

Yenicag.az xəbər verir ki, prodüser yayılan videosuna görə utandığını və bu görüntüləri sildirmək üçün yalvardığını deyib.

"Bir dəfə burda yıxıldım. Hamıya zəng vurub yalvardım ki, o videonu silin, utanıram. Orada məni söyən də haqq edib söyür. Başqa şeydə məni söyənin cavabını verərəm, amma..."

Tolik bunun səbəbini də izah edib.

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTOOktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb.
Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmaməddin Nəsiminin şerlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.

Tədbir gənclərin konsert proqramı ilə davam edib.

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTOLeyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTOLeyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTO

Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO
Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı gecə klublarına müştəri yığır.

Minval.info xəbər verir ki, Rəvanə Dostalıyeva Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızıdır. Bu barədə məlumat bir müddət öncə yayılmışdı. Belə ki, xalq artistinin ailəsində qalmaqallar davam edən zaman, Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva Rəvanənin görüntülərini paylaşıb, onun ögey bacısı olduğunu bildirmişdi.

Bu hadisədən sonra “Mulatka” adı ilə “instagram”da məşhur olan gənc qız bir müddət hesabını gizli saxlasa da, yenidən aktiv paylaşımlar etməyə davam edir. Rəvanə əsasən yeni açılmış gecə klublarına, barlara müştəri cəlb etmək üçün üsul olaraq istifadə edilir.

[center][img]https://cdn.minval.info/2019/10/3-1.png[/img][/center]

Onun ən yaxın rəfiqələrindən biri də “Şeytan Günel” adı ilə bilinən seks işçisi Günel Hüseynlidir.

Rəvanə striptiz göstərilən, bu yaxınlarda da mətbuatın gündəmini zəbt edən “Hot Room Club”da tez-tez görünür, erotik rəqslər edərək o klubun reklamında əsas pay sahibidir. Gecə həyatına yetərincə düşkün olan gənc qız hazırda yeni açılmış başqa bir klubda eyni vəzifəni yerinə yetirir. Ona bu məsələdə Mais Babazadə adlı gənc kömək edir.


Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlunun açıqlamasına münasibət bildirib.

Şahmalıoğlunun onunla yenidən duet oxumaq istəyinə

Fədayə axsam.az vasitəsilə rədd cavabı verib:

“Məclislərdə insanlar istəsə, oxumaq olar. Amma onunla duet yazdırmaq kimi fikrim yoxdur”.

Qeyd edək ki, T.Şahmalıoğlu modern.az-a açıqlamasında bu barədə danışmışdı: “İndi təzə azadlığa çıxıb, bir az özünə gəlsin, inşallah ki, yeni duet oxumaq fikrim var. Düşünürəm ki, bu bizləri sevən dinləyiciləri və fanatları  daha da sevindirəcək. Bununla da sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”.

Leyla Əliyevanın əsəri Müasir Ä°ncəsənət Biennalesində təqdim olunduOktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları təqdim olunur.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin video-art janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

Orxan Məmmədovun təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

İlk dəfə olaraq Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq heç də asan deyil. Bu səbəbdən sərgi “Məkan oriyentasiyası” adlandırılıb.

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.

Sərgi müddətində SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq. Film klassik və müasir incəsənət arasında əlaqələrdən bəhs edən maarifləndirmə proqramı çərçivəsində nümayiş olunacaq.

Sərgi yanvarın 22-dək davam edəcək.


ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Hidayət Rəsulov adlı şəxs oğlunun müğənni olduğunu və ona sahib çıxmadığını iddia edib.

Adı açıqlanmayan ifaçı canlı yayımda telefon bağlantısı ilə öz fikrini bildirib:

“Bu haqda danışmaq mənim üçün çox çətindir. Ailəm, özüm əsəb keçirirəm. 20 il öncə atılan bir övlad nə deyə bilər? Mən, bacı və qardaşlarım necə böyüyüb bilmirsiniz! Çətin günlərimiz olub. Hal-hazırda öz problemlərim özümə bəs edir. O insanla aramızdakı bağlar qırılıb”.

Fədayə Laçının azadlıqda

Report-un çəkiliş qrupu hazırda Fədayə Laçının evindədir. Müğənninin fotolarını təqdim edirik.

***

Bu gün azadlığa çıxan müğənni Fədayə Laçının ilk fotosu yayılıb.

Müğənni artıq cəzaçəkmə müəssisəsindən buraxıldığını, hazırda anasının evində olduğunu deyib. 

Həmin fotonu təqdim edirik: