Son xəbərlər

Əməkdar artistin başında şiş tapılıb
Əməkdar artist Sevinc Sarıyeva yaşadığı ağır xəstəliklərdən danışıb.

“Ölkə.Az” lent.az-a istinadən xəbər verir ki, ifaçı “Şou ATV” verilişində bildirib ki, illərlə ölümlə üz-üzə qalıb:

“Həyatın ağ və qara günləri var. Yenidən həmin günləri yaşamaq istəmirəm. Ölümdən yox, övladımın tək qalacağından qorxdum. Başımdan, ayağımdan ağır əməliyyatlar keçirmişəm. Başımdan keçirdiyim əməliyyat mənə həqiqətən də böyük zərbə vurdu. Diaqnoza görə, başımda şiş var idi. Bunu hər kəsdən gizlətdim. Əsəb və yaddaş pozğunluğum əmələ gəlmişdi. Hətta bir dəfə konsertdə mahnının sözləri yadımdan çıxdı. Səsim də tutulmuşdu. İnsanları tanımırdım, adi bir səsləri də tanımırdım.

Beynimin qapağı götürüləcəkdi, daha sonra dedilər ki, burun hissədən əməliyyat olacaq. Beynimdə damar əməliyyatı keçirdim. Həmin vaxt övladımı bacıma əmanət elədim. Allah məni balama bağışladı. Torpağını itirmək, atanı əsir vermək, insana əsəb gətirir”.

Müğənni Mina Hüseyn son paylaşımı ilə diqqətləri üzərinə çəkə bilib.

Minval.info xəbər verir ki, əlində şərab badəsi ilə foto paylaşan müğənninin bu hərəkəti izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onun açıq-saçıq geyimi libası da müzakirələrə səbəb olub.

Qeyd edək ki, son günlər müğənni açıq-saçıq geyimi ilə gündəmə gəlib.

Minanın sözügedən fotosunu təqdim edirik:

Minval.info

 

 


Aparıcı, aktrisa və yazar Mələk Heydərovanın Oxu.Az-a müsahibəsi:

– Mələk, yeni mövsümdə hansı yeniliklərlə göz önünə çıxacaqsınız?

– Mövsüm yeni başlayıb. Keçən mövsümdə çəkildiyim “Baldız” serialı bu mözsümdə yayımlanacaq. Orada öz obrazımı canlandırmağa davam edirəm. Əsas obrazlardan biriyəm. Əməkdar artist Dilarə Əliyeva tərəf müqabilimdir. Amma daha bir yeniliyim də var.

Yaş həddi 18+ kateqoriyaya aid edilən veriliş hazırlayıram. Aparıcısı olacağım sözügedən layihə televiziyada deyil, “Youtube”da yayımlanacaq. Yaş məhdudiyyətinin qoyulması o demək deyil ki, veriliş başdan sona kimi açıq-saçıq olacaq.

Sadəcə, verilişdə qoyulacaq mövzular və müzakirələr açıq şəkildə aparılacaq. Bir sözlə, sərhəd qoyulmayacaq. Çünki televiziyada yayımlanan verilişlərə gələn qonaqlar açıq diskussiya aparmaqdan boyun qaçırırlar. Səmimi ortam yaratmaq üçün qərara qəldim ki, veriliş sosial şəbəkədə yayımlansın. Amma bu, izləyicilərə bir aydan sonra təqdim ediləcək. Beləcə, tamaşaçıların qarşısına Mələk tamam başqa bir formatda çıxacaq.

– Belə bir formatda verilişə illər öncə Xalq artisti Aygün Kazımova aparıcılıq edib, amma proqram televiziyada yayımlanırdı. Heç o zamanlar açıq-saçıqlıq tamaşaçılar tərəfindən bu qədər tənqid olunmurdu. Sanki biz 90-cı illərdə daha müasir idik, nəinki indi. Fikrinizcə, bu nədən qaynaqlanır ?

– Bu, ondan irəli gəlir ki, ölkəmiz yenicə azadlığa qovuşmuşdu. O zaman hər şey azad idi. Hər kəs istədiyini edirdi. Bu azadlığın içində, təbii ki, televiziya ilə bərabər, media da var idi. Ədəbiyyatda da azadlığın qoxusu var idi. Bizim ən böyük problemimiz sərhəd qoymağı bacarmamağımızdır.

Azadlıq hara qədərdir? Açıq-saçıqlıq hara qədər olmalıdır? Bunun da bir sərhədi olmalıdır. Yəni istədiyin kimi geyinmək, danışmaq, özünü aparmaq, istədiyini söymək, təhqir etmək azadlıq anlamına gəlmir. Azadlıq insanın beynində olmalıdır. Bu kimi şeylər əndazədən çıxdığı üçün artıq məcburi şəkildə televiziya və media müəyyən çərçivəyə salındı.

Amma çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni azı qəbul edə bilmədik. İndi efirə baxanda müğənnilərin əksəriyyətinin uzun ətəkdən istifadə etdiyinin şahidi oluram. Qolu uzun libaslar geyinirlər, az qalırlar ki, başlarını da bağlasınlar. Şəhərə çıxıb görürsən ki, sakinlər çox gözəl və müasir tendensiyalara uyğun geyinirlər.

Bizim xanımlarımız açıq-saçıq geyinməyi sevirlər. Deyim ki, biz həmişə bağlı geyinən xanımlar olmuşuq, bu, düzgün çıxmaz. Bəs indi efirlərdə niyə bunları görürük? Biz azla kifayətlənə bilmirik. Ya çox qapanırıq, ya da çox açıq-saçıq geyinirik. Şəxsən mənim üçün səhvdir. Çünki mən orada səmimiyyət görmürəm.

Belə çıxır ki, efirdə insan insanı söyə bilər, amma açıq geyinə bilməz. Efirdə təhqir edirsə, zəng vurub dişinin dibindən çıxanı deyirsə, hərəkətlərində sərhəd qoymursa, bu, əxlaqlı qadındır. Uzun ətək geyinir, “Həci”si var – ondan yoxdur. Axı bu belə deyil. Kimliyini danışıq tərzinlə nümayiş etdirməlisən. Sənin geyimin tərbiyəli olduğuna dəlalət etmir.

Siz dediyiniz kimi, əvvəllər Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev istədiklərini efirdə etsələr də, onlar fikirlərini çox gözəl şəkildə ifadə edə bilirdi. Səmimiyyət var idi. Hər bir sahəyə toxunulurdu. Marifləndirirdilər insanları. Amma indi maarifləndirmək sıfır, hər şey sıfır, lakin “əxlaq”lıdırlar.

– Seriala çəkilmək üçün nə qədər qonorar alırsınız?

– Qonorar serialdan-seriala, kanaldan-kanala dəyişir. Kanal var ki büdcəsi böyükdür və verdiyi qonorar da yüksəkdir. “Baldız” serialından aldığım qonorar 1000 manat civarındadır. Ayın sonu biz də maaş alırıq. Aktyorlar özlərindən çıxarıblar maaş və qonorar məsələsini. Qonorar sözü məhz seriala aiddir. Maaş isə sinonimdir.

Qonorar da maaş kimi, ayın sonu verilir. Mənə ödəniləcək pul gün hesabına hesablanır. Azərbaycanda aktyorun çəkildiyi bir günü 150 manatdan başlayır, 2000 manata qədər yüksəlir. Yuxarı məbləğ alanlar isə adlı-sanlı Xalq artistləridir. Yüksək məbləğ filmlərdə olur. Çünki filmlərin büdcəsi böyükdür. Əgər filmin büdcəsi 100 mini ötürsə, müvafiq olaraq aktyora verilən qonorar da yüksək olmalıdır.

– Gənc aktrisalar arasında rəqibiniz kimdir?

– Məsələ burasındadır ki, özümü aktrisa hesab etmirəm və iddialı deyiləm. Demirəm ki, aktrisa olub, dağı dağ üstünə qoyacağam. Möhtəşəm filmlərə çəkiləcəyəm. Türkiyədən girib, Moskvadan çıxacağam, ABŞ-a gedib Hollivudda olacağam. Sahəm yazarlıq, telejurnalistikadır. Orada daha çox fəaliyyət göstərmişəm.

Özümü efir adamı hesab edirəm, aparıcı kimi iddialıyam. Sadəcə olaraq, aktyorluq sahəsi mənim üçün maraqlıdır.Gözəl sənətkarlarla seriallara çəkilirəm, başıma maraqlı hadisələr gəlir. Mənim üçün fərqli bir şey olduğundan bu işlə məşğul oluram.

– Çörəyinizə bais olan və ya olanlar kimdir?

– Bir çox kastinqlərdə iştirak etmişəm. Filmlərə və seriallara təsdiqlənmişəm. Amma çəkilişə bir gün qalmış məndən imtina etdiklərinin xəbərini almışam. Sonradan bunun kimin işi olduğunu öyrənmişəm.

– Qorxmadan, çəkinmədən, ad çəkib etiraf edə bilərsiniz ki, bu məşhur ikiüzlü, mindilli və satqındır?

– İkiüzlü, mindilli çoxdur, amma satqın, işverən azdır. Real həyatda biz onsuz da ikiüzlü olmağa məcburuq. Biz səmimi ola bilmirik. Bu, mümkün deyil. Məkana, məqama və həmsöhbətinə uyğun davranışını nümayiş etdirə bilirsən. İşverənlərlə heç vaxt rastlaşmamışam. Mənə qarşı işverənlik edən olmayıb və bu söz mənim üçün çox ağırdır.

İnsana çox böyük şər yaxa bilərlər. Bununla üzləşməmişəm. Ayağımın altını qazanlar yetərincə çox olub. Amma buna “işverənlik” deməzdim. Ona “ikiüzlülük, mindillilik” deyirəm. İnanın səmimiyyətimə, belə insanlar həyatımızda olmasa, çox maraqsız olar. Bu sahənin dadı-duzu, şirinliyi qalmaz.

 

– Akif İslamzadənin işlətdiyi “Cəhənnəmə düşənlərin yarısından çox məhz qadınlardır” fikrinə münasibətiniz necədir?

– O cür sənətkara belə ifadələri yaraşdırmadım. Bu cür sözləri ondan heç gözləmirdim. Həmin müsahibəni oxudum, fikirləşdim ki, bəlkə jurnalistlərin növbəti qalmaqallı oyunudur. Amma videomateriala baxıb anladım ki, bunu məhz Akif müəllim söyləyib. Dəhşətə gəldim. Sənətkar cəhənnəmə gedib gəlib ki, ağzına belə ifadələri alır?

Belə iddiaları irəli sürmək heç düzgün deyil. Bəlkə, əksinədir, kişilərin sayı orada daha çoxdur? İncəsənət nümayəndəsiniin bu mövzuda fikir bildirib, əminliklə danışması mənə qəribə gəlir. Sonradan insanlar onun üstünə düşdü və o, fikirlərini təkzib etməyə başladı.

– Özünüzü cəhənnəmdə, yoxsa cənətdə görürsünüz?

– Özümü bu dünyada görürəm (gülür).

– Şəxsi biznesiniz var?

– Hamı mənə elə bunu deyir. Amma şəxsi biznesim yoxdur. Hara gedirəm deyirlər ki, “Mələyin butiki var”, “Mələyin salonu var”, “Mələyin estetik klinikası var”. Varsa, mənim bundan xəbərim yoxdur. Hələlik bu sahədəyəm və heç nəyim yoxdur.

– Əlinizə çoxlu pul gəlsəydi, hansı sahəyə yönəldərdiniz?

– İnkişaf mərkəzi açmaq istərdim. Müəyyən yaşa qədər bizi valideynlər idarə edir, daha sonra gənclərin çoxu nə ilə məşğul olacaqlarını bilmirlər. Bu isə bir çox faktorlardan asılıdır. Xaricdə inkişaf mərkəzləri kifayət qədərdir.

 

– Bir ayda nə qədər pul xərcləyirsiniz?

– Nə qazanıram, qəpiyinə qədər xərclənir. Qazandığımı ailəmə, valideynlərimə, evimə, çevrəmdə olan insanlara xərcləyirəm. Özümə isə pulun, bəlkə də, 20 faizini sərf edirəm.

– Payız gəlsə də, sanki sizin üçün yay davam edir. Bu, sizin son günlər çəkdirdiyiniz açıq-saçıq və ehtiraslı fotolarınızdan daha qabarıq şəkildə bəlli olur. Bu cür şəkillər çəkdirməkdə məqsədiniz nədir?

– İnsan gözəldirsə, onu niyə gizlətməlidir? İndi çəkdirdiyim açıq-saçıq fotolar insanlar üçün qəribə gələ bilər. Amma 10 ildən sonra bu məzmunlu fotolar çox normal qəbul ediləcək. Mənim 40-50 yaşım olanda həmin fotolara baxıb özümdən zövq alacağam. Belə gözəl, cavan olmuşam. Çünki bir neçə ildən sonra mənim bu açıq-saçıq fotolarım bəzi şəkillərin və layihələrin qabağında sönük qalacaq.

Bütün ölkələrdə inkişaf gedir, ola bilməz ki, bu, Azərbaycana gəlməsin. Çünki Azərbaycan da bu dünyanın bir hissəsidir. Ola bilər ki, üç il sonra gəlsin, amma mütləq gəlib çıxacaq. Bizim sənətçilər də artıq səhnəyə çimərlik geyimində çıxırlar. Beelə şeylər daha da adiləşəcək. Belə olanda mən də deyəcəyəm ki, vaxtilə bunu etmişəm. 40 yaşından sonra bədənimin necə olacağını haradan bilim? Məqsədə gələndə, yayda ürəyim istəyən kimi şəkil çəkdirməmişdim. Fərqli bir fotosessiya etmək istədim.

– Evdəkilər, qohum-əqraba çəkdirdiyiniz seksual fotolarınıza görə sizi tənqid edirlər? Ailəniz bu fotolara görə heç nə demir?

– Açıq-saçıq fotoları çəkməzdən bir həftə öncə evdə müəyyən söhbətlər getdi. Bir həftə anamı bişirəndən sonra saqqızını oğurlaya bildim. Şəkilləri çəkdirəndən sonra evdə anama göstərdim, normal qəbul etdi. Səmimi etiraf edim ki, atamla bu barədə danışmamışam. Hətta bu fotolar çıxandan sonra üç gün atamın gözünə görünmədim (gülür). Çünki bilmirdim necə reaksiya verəcək.

Bilmirəm, atam mənim açıq-saçıq yay fotolarımı görüb, ya yox. Atam sosial şəbəkələrdə yoxdur. Bəlkə, kimsə ona deyə bilər. Atam çox müasir insandır. Hər zaman mənə bütün işlərimdə dəstək olub. Ən pis hərəkət belə etsəm, hər zaman yanımda olub və dəstək çıxıb.

Düşünürəm ki, şəkillərimi görsə belə, xətrimə dəyməz. Atalar sözlə heç nəyi demir. Bir baxış bəsdir ki, onu anlayasan. Onun elə o baxışından qaçırdım.

 

– Mələk özünü seksual xanım hesab edir?

– Özümü “şirin” xanım hesab edirəm (gülür). Seksual isə arabir… Həmişə özümü seksual bir xanım hesab edə bilmirəm. Amma özümü şarmlı sayıram. Cəlbedici olduğumu hiss edirəm. Bilirəm ki, istənilən yerdə insanları xarici görünüşümlə cəlb edirəm. Bilmirəm, bu seksuallıqdır, cazibədarlıqdır, amma nəyəsə görə insanların diqqətini çəkirəm.

– Bir çox sənətçilərin “Həci”ləri var. Bunun madiyyatdan qaynaqlandığı deyilir. Sanki bəzi müğənnilər “Həci” axtarışındadır. Siz “Həci” axtarırsınız?

– Açıq-saçıq, çimərlik fotoları çəkdirdiyimi deyirəm, siz də “Həci axtarışındasınız?” sualı verirsiniz (gülür). Bir tərəfdən soyunub şəkillər çəkdirirəm, digər tərəfdən deyim “Həci” axtarıram. Nə danışırsınız? “Həci” məni görüb, heç üzümə baxmaz (gülür).

– Sizi sevən bəyin nəyi olmalıdır?

– İlk növbədə adamlığı olmalıdır. Adam olsun, mərhəmətli olsun. Pul qazana bilsin. Qadına hörməti olsun. Puldan danışan kimi hamı başlayır deməyə ki, Mələyin gözü puldadır. Ona görə pul mövzularına girməsək, daha yaxşı olar (gülür).

– Sosial şəbəkələrdə aktivsiniz. Kişi izləyicilər sizə nə yazır?

– Aman tanrım, mənə yazılanları desəm, siz gərək onun üstünə “düüüüüüüd” vurasınız (gülür). Mənə kişilər nələr yazmırlar. Məqsədlərinin nə olduğunu özləri də bilmirlər. Mənə pis və əxlaqsız söz yazan kişilərin özlərinə demişəm ki, bunları yazmaqda sənin məqsədir nədir axı? Cavab olaraq yazır ki, bağışlayın, xanım, yazdım da. Siz çox gözəlsiniz. Deyirəm ki, o dediyin “gözəl” sözünü əvvəldən yaz.

– Yengə gəlinin vizit kartıdır?

– Hesab edirəm ki, bu kəlmə artıq Azərbaycanda istifadə olunmur. Belə şey artıq bizim ölkədə yoxdur. Olsa da, mənim rastıma çıxmayıb. Mən nə xoşbəxt bir qızam ki, ailəm müasir düşüncəlidir. Qohum-əqrəbam müasirdir.

 

– Ailə həyatı qursanız, yengə xidmətindən” yararlanacaqsınız?

– On yengə düzəcəyəm yanıma. Neynirəm mən yengəni? Mənə çox gülməli gəlir yengə söhbətləri. Yengə istəyən kişinin mənim yanımda işi yoxdur. Elə bilsin ki, biz evlənməzdən öncə artıq boşandıq.

– Bəyin anası yengə istəsə, o zaman necə bir addım atarsınız?

– Anasını göndərərəm psixoloq və ya psixiatrın yanına. Qoy, onu müayinə daha sonra müalicə etsinlər. Ondan sonra gələr, danışarıq. 30 yaşım var mənim, yengəyə ehtiyacım yoxdur (gülür).

– Deyirlər, sinənizi böyütmüsünüz. Düz söhbətdir?

– Nə görürsünüz, hamısı özümündür. Arxiv və indiki şəkillərimi tutuşdurub müqayisədə edə bilərsiniz. Səkkiz ildir, açıq-saçıq fotolar çəkdirirəm. Dəyişiklik yoxdur. Ombamı böyütdürmək istəmərəm, nəyimə gərək. Etdirəndən sonra gərək sonra heç yerdə otura bilməyim (gülür). 

Kişilərin əməliyyat yolu ilə arxasını böyütməsinə çox pis baxıram. Hətta iyrənirəm.

– Plastik və estetik cərrahi yolla bədəninizin hansısa üzvünü əməliyyat etdirmək istərdiniz?

– Burnumu əməliyyat etdirmişəm. Amma əfsuslar olsun ki, əməliyyatım uğursuz alındı. Xoşuma gəlmir. Yenidən əməliyyat etdirmək istəyirəm. Qarnımda liposaksiya əməliyyatı keçirmişəm.

– Hazırda bütün gözlər “Maşın” realiti şousuya dikilib. Sizə təklif gəlsə, şouya qatılarsınız?

– Bu şouya heç vaxt marağım olmayıb, izləmirəm. Qatılmaq niyyətim yoxdur. Təklif gəlsə də, şouda iştirakdan imtina edərəm. Həm də ATV-də mənə rəhbərlik tərəfindən qadağa qoyulub. Qadağa illər öncə qoyulsa da, hələ də götürülməyib. Düşünürəm ki, iştirakçılar məşhur yox, sadə insanlar olsa, bəlkə də, marağım olar. Çünki məşhurları onsuz da tanıyıram. Onları orada görmək lazım deyil. Çox həssas insanam. “Maşın”a getsəm, ürəyim birinci gün dayanar. Kimsə mənə söz desə, özümdən gedib, yerə yıxılaram. Hətta söz tapıb, cavab belə verə bilmərəm. Qəhər boğar məni.

– Qəlbinizi fəth edən bəy var?

– Şəxsi həyat var ki, sevgilim də olsun? (gülür) Uğursuz olur. Düşünürəm ki, günah elə özümdədir. Çünki mən incəsənət adamıyam. Elə bilib mənimlə münasibət qururlar. Mən də hər bir xanım kimi xoşbəxt olmaq, qayğı, diqqət, nəvaziş görmək, əzizlənmək istəyirəm. Amma nədənsə qarşı cinsin nümayəndələri məni çox güclü bir xanım kimi görürlər.

Mələyin heç nə xətrinə dəyə bilməz. Bunu düşünüb kişilər mənə yaxınlaşıb, tanış olmaq, münasibət qurmaq istəyirlər. Güclü olduğum üçün də onlar məni xanım kimi yox, sanki “əsgər yoldaşı” kimi görürlər. Mənimlə elə davranırlar. Hörmətimi saxlayırlar.

Amma düşüncələrində “Mələkdir də… O, bizim istənilən problemimizi həll etmək gücünə malikdir. Mələk kişi kimi qızdır. Mələklə istənilən söhbətə girmək olar” görürlər məni. Sınanda, xanımlığımı, zəifliyimi qarşı tərəfə nümayiş etdirəndə dəyişdiyimi söyləyirlər.

Bunu eşidəndə şirə, pələngə dönürəm, əsəbiləşirəm, özümdən çıxıram. Kənardan mən nə qədər güclü görünsəm də, bir o qədər zərif, incə və zəifəm. Mən ailəm, dostlarım üçün güclüyəm. Amma kişi-qadın münasibətlərində güclü olmaq istəmirəm. Mən qadın olmaq istəyirəm.

Zamin HACI
“Sən saydığını say, gör fələk nə sayır”

(Azərbaycan ata sözü)

Leş Tofiqin ardıyca Beluqa Tahirin hüquq-mühafizə orqanlarımızın əlinə keçməsi, Akula Akifin isə hələ də axtarışda olması haradasa bizim iqtisadi mənzərəmizi sulu boyalarla təsvir edən, Siciliya rəsm salonlarına layiq tablodur. Adlarından anladığınız kimi, Tofiq müəllim murdar ətləri toplayıb uca xalqımıza yedizdirirmiş, bununla savab iş görürmüş – nə də olmasa ət, ətdir. Atalarımız demişkən, ət yeməklə ağız murdar olmaz. Bəlkə də o məsəl bir az ayrı cür idi, ancaq biz dövlətçiliyə sədaqət ruhu ilə məqaləyə davam edək. Başqa ətli ata sözlərimiz də var: “Ət yeyən quş dimdiyindən bəllidir”, “Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, Verərsən şordan-mordan, işlərəm ordan burdan”, “Ətini yedi, sümüyündən xaş bişirdi” və sairə.

Beluqa müəllim spirtli içkilərin saxtasını qayırıb satırmış, bu şərəfli ləqəbini də ehtimal edirəm ki, məşhur rus araqlarından “Beluqa”nın adından götürübdür.

Qaldı Akula müəllim, onu keçmiş nazir Eldar Mahmudov pulyığan vəzifəsində saxlayırmış. Deyəsən, belə yığıcı kadrlardan çox olubdur – nazir işdən çıxarılandan bəri orqanlar bu yığıcıları yığmaqla məşğuldur.

Başqa bir köşədə isə pəhləvanlarımızın məhkəməsi gedir, bunlar “Pəhləvan” adlı kafe açıb orada müştərilərə fahişə qadınlar təklif edirmişlər ki, otaqlarda güləşsinlər.

Hara baxırsan iş gedir. Adamın ürəyi açılır, Dövlət Statistika Komitəsindən xahiş edirik, ürəyimizin açılma faizinin artdığını da hesabatlara daxil eləsinlər. Hərçənd çox adam o idarənin rəqəmlərinə inanmır, deyirlər yaxşı yaşayırıqsa, niyə hər şey saxtadır? Nə üçün camaat qədimdə Qoç Koroğlu, Bamsı Beyrək, nə bilim, Qəmlo, Kərbəlayı, Rembo, Elçibəy adı qazanırdı, indi isə Beluqa, Leş, Akula adları dəbə minir? Biz bununla hara gedirik? Düzdür, Ermənistan boşalır, biz Türkiyə ilə birgə Kobanini azad edəndən sonra Urmiya üzərindən Qarabağa girəcəyik, lakin o günə hər halda bir neçə sutka qalır, həmin dövrdə nə edək? Müvəqqəti başımızı qatmalıyıq.

Bəzi millətimiz isə idarənin adamları düzgün saymadığı qənaətinə gəlmişdir. Deyirlər bizim evə gəlmədilər, adımız artıq it dəftərində də yoxdur, belə şey olarmı? Əlbəttə, idarəyə çağırıb aparsan məlum olacaq yalan deyirlər, ən azı iki-üç dəfə sayılıblar, hələ Zəngilanda ev, nəsildəki bütün uşaqlara pul, Novxanıda hovuz, hovuzda qızıl balıq və sairə dövlətçiliyimiz üçün zəruri vəsaitlərlə təmin ediliblər. Görəsən bu camaat niyə efirə çıxmağa meyllidir? Kameranın içində və kamera qarşısında mütləq nəsə uydururlar.

Doğrudan da müşahidələr göstərir ki, bu dəfə siyahıyaalma nəsə çox başdansovdu aparıldı. Sayanlar məlumatları rəsmi blanklara yox, əcaib cızmaqara dəftərlərə yazırdılar. Guya sonra ağlamaya köçürəcəklərmiş. O cümlədən, anketlərdəki sualların çoxunu camaata vermədən özlərindən yazırdılar. Bu da gələcək proqnozlaşdırma, dövlət siyasəti işlərində hökumətin özünə ziyandır. Çünki bilməyəcək əlinin altındakı millət kimlərdən ibarətdir, arzu-istəkləri nədir, necə eləmək olar hamı Akula Akif kimi yaşasın və Leş Tofiqin ətini yeməsin.

Ancaq ola bilər hökumət özünə arxayındır, heç o sualları, anketləri camaata vermək istəmir. Nəyə görə? Xalqı xalqın özündən daha yaxşı tanıdığına görə! Elə bil adamı küçədə dayandırıb təhsilini, yaşını, maaşını, arvad-uşağını soruşmalısan, lakin bütün bunları onun özü səndən pis bilir (əvvəlki cümləni faktiki tərsinə yazdım, indi moda belədir, müəllif ağıllı görünür).

Həmçinin tutalım sən 10 milyon adamın 3 milyonunun Rusiyaya işləməyə getdiyini saymırsan. O adamlar hesabatdan itirmi? Qətiyyən. Biz onları da ölkəmizdə turizmin inkişafına aid rəqəmlərdə göstəririk, deyirik filan il ərzində Azərbaycana Rusiyadan 3 milyon turist gəlmişdir. Yəni haradan baxsan əhali sayımında saxtakarlıq yoxdur. Buna görə hökumətə təşəkkürümü bildirirəm. Ümid edirəm bu təşəkkür minnətdarlıq statistikasına salınar.

Aytac Vidadiqızından sevgi etirafı
Müğənni Aytac Vidadiqızının son paylaşımı maraqla qarşılanıb.

“Ölkə.Az” xəbər verir ki, o, həyat yoldaşı ilə fotosunu "İnstagram" səhifəsində yayımlayıb. İfaçı paylaşımını belə şərh edib:

“Gözümün qarası sənsən”.

Foto izləyicilər tərəfindən çox bəyənilib. Onlar müğənniyə xoşbəxtlik arzulayıblar.

Sözügedən fotonu təqdim edirik:

Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər
Ötən gecə “Maşın” şouda aparıcı və aktrisa Kəmalə Piriyevanın yetərincə səs toplamayıb, oyunu tərk etməsi saysız-hesabsız müzakirələrə səbəb olub.

"Ölkə.Az" xəbər verir ki, K.Piriyevanın oyundan çıxması bir çox məşhurun, xüsusilə, prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılovanın lap ürəyincə olub. Kəmalənin oyunda hədəfi olan Lalə Mustafayevanın qələbə qazanaraq finala çıxmasını prodüser Tarix Əliyev “İnstagram” hesabında özünəməxsus şəkildə şərh edib:

“Amma Allah böyükdür? hərdən elə yıxır ki... Lalə, sən səs istəmə, çünki sənə xalq səs versə də, başqaları xalqın sevgisindən danışmasın”.

Prodüserin yazdığı kinayəli və ikibaşlı şərhi izləyicilər birmənalı qarşılamayıblar. Onlar Tarix Əliyevin bu yolla Kəmalədən acıq çıxdığını yazıblar.

“Ürəyimdə sözlər var, onları əziz tamaşaçılar sizə çatdırmaq istəyirəm. Birdən sonra mətbuatda yazılar ki, bəs, nə oldu deyirdin ki, maşın filankəsindir. Maşın elədir, maşın belədir. “Maşın”da dünən yaşananlara bələd deyiləm, çünki izləməmişəm. Sadəcə, mənə çatan söhbətlərdən bildiyim qədər Kəmalə “Maşın” şounu tərk edib. Yadıma düşür ki, nəyisə çox istəyəndə anam mənə nanəli konfet verib deyirdi ki, qızım alabu nanəli konfeti saxla özündə, sabah nə istəsən, onu sənə alacağam. “Maşın”da yaşananlar 5 yaşım olanda yaşadığım hadisələri xatırlatdı. Oyunda çox gözəl ssenari quruldu. Göz dəyməsin. Onsuz da deməyə ehtiyac yoxdur, bu zatən belə olmalı idi. Göydə Allah hər şeyi görür. Xalq, millət, tamaşaçı da öz gözləri ilə yaşananların şahidi oldu. Artıq adamların pulları çatmadı, bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Eybi yoxdur, növbəti “Maşın” şouda çatar pulları. Amma bunlar oyundur. Mən sözümün ağasıyam. Sona kimi nə demişəmsə, düz demişəm. Hər kəs də bunu gözəl anlayır”.

Daha sonra Rəqsanə “İnstagram” hesabında finala vəziqə qazanan aparıcı Lalə Mustafayevanın fotosunu paylaşıb, ona avtomobilin hallalığını verərək dəstək çıxıb.

Qeyd edək ki, Kəmalə Piriyevanın bir neçə gün öncə avtomobildən əlini çəkməsi kadrları sosial mediada yayılar-yayılmaz müzakirələrə səbəb olub. Həmin görüntüləri “Instagram” səhifəsində paylaşan Aysun İsmayılovanın anası müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova mesaj yollayıb: “Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz”.

Telejurnalist Turan İbrahimov hazırda Afrika dövləti olan Efiopiyada səfərdədir. İnstagram hesabında maraqlı fotolar paylaşan junalistin bu səfəri, orada müşahidə etdikləri diqqətimizi çəkdi və bu haqda onunla müsahibə etmək qərarına gəldik. 

Öncə qeyd edək ki, olduğu bölgədə sosial şəbəkəyə qoyulan əngəllər səbəbindən bir neçə saat əlaqə yaratmaqda çətinlik yaşadıq. Sosial şəbəkə üzərindən göndərilən fotolar, səs yazıları saatlar sonra çatırdı. Lakin yaranan problemlərə baxmayaraq bu müsahibəni ərsəyə gətirə bildik.

Qeyd edək ki, Turan İbrahimov Türkiyənin İBS-nin (Uluslararası İşbirliyi və Yardımlaşma Dərnəyinin) xətti ilə Efiopiyaya gedib. 1994-cü ildə yaradılan beynəlxalq səviyyəli  dərnək yardımlaşma, dayanışma və qardaşlıq missiyaları ilə fəaliyyət göstərir. İBS Qafqaz bölgəsi başda olmaqla Orta Asiya, Rusiya və Balkan ölkələrində, o cümlədən Afrikada olan bir çox  möhtac insanlara, həm maddi , həm də təhsilinə dəstək göstərir. Azərbaycanda Qarabağ, Krımda Tatar mühacirləri, Balkanlarda müharibə qurbanlarına yardım edərək Türkiyə adına xidmət göstərir. Təşkilat haqda qısa arayışın ardından müsahibəni təqdim edirik:

– Turan bəy, Afrika səfəri ideyası necə yarandı, necə oldu ki, Efiopiyaya yollandınız? 

– Mən son illər televiziya fəaliyyəti ilə yanaşı, media və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi Azərbaycanla yanaşı Rusiya bə Türkiyədə bir neçə şirkətə müşavirlik edirəm. Bu holdinq və şirkətlərdən Türkiyədə fəaliyyət göstərənlər də var. Mənim ictimaiyyətlə əlaqələr müşaviri kimi çalışdığım holdinqlərdən biri həm də İBS Yardımlaşma Dərnəyinin donorudur. Həmçinin İBS Yardımlaşma Dərnəyinin başqanı Mehmet Sevər uzun illərdir ki, mənim yaxın dostumdur. Onların bu beynəlxalq statuslu İBS Yardımlaşma Dərnəyi vasitəsilə gördükləri işlərlə həmişə yaxından tanış idim. Bu dəfə də bu qərara gəldik ki, İBS-in nəzdində Afrika səfərinə mən də gedim.

22 (1).jpg (200 KB)

– Təşkilatın Afrikadakı işi nədən ibarətdir? 

– Afrikada çox sayda, minlərlə yetim uşaqlar var. Kimsəsiz, küçələrdə qalmış, ucqar kəndlərdə ortalıqda qalmış uşaqlar çoxdur. İBS dərnəyi donorlarının yardımları ilə onları toplayıb öz açdığı yetimxanalara yerləşdirir. O yetimxanalarda həmin uşaqları həm saxlayır, həm də təhsillərini davam etdirməsinə dəstək olurlar. Sonradan onları universitetlərə qədər yüksəkdirlər. Afrikada həm də şirin su qıtlığı var. İBS həm də su quyularının qazılması ilə məşğuldur. Bununla yanaşı, mənim hazırda olduğum Efiopiya bölgəsində göz kataraktı xəstəliyi geniş yayılıb. Burada çox yoxsul insanlarda bu xətəlik var, bundan çox əziyyət çəkirlər. İBS həm də həmin insanlarda göz əməliyyatları aparmaqla məşğuldur. Bizim hazırda buraya gəlişimiz də məhz katarakt əməliyyatları ilə bağlıdır. Burada 300 nəfərə yaxın şəxsin katarakt əməliyyatı ediləcək. Mən də bu missiya ilə gəlmişəm, hazırda Efiopiyanın müəyyən ərazilərində gəzirik. Bəlkə insanlarda belə bir sual ortaya çıxa bilər ki, məgər Azərbaycanda kasıb yoxdurmu, onlar gedib Afrikadakı insanlara yardım edirlər. Təbii ki, kasıblar hər yerdə var. Ancaq kasıblığın, yoxsulluğun, acizliyin nə olduğunu buraya gələn insan başa düşə bilər. Azərbaycandakı ən kasıb insan burada orta təbəqədən yuxarı sinfi təşkil edə biləcək insanlara bərabərdir. Buradakı kasıblıq, səfalət, aclıq, çarəsizlik o səviyyədədir ki, onlara kənarda yardım olmasa öləcəklər. Burada şirin su tapmaq mümkün deyil, quyular qazılmalıdır. Dövlətlər isə buna maraq göstərmir. Xüsusən də müsəlman əhalinin yaşadığı bölgələrə heç bir maraq göstərmirlər. Qeyri-rəsmi olaraq belə bir siyasət yürüdülür ki, onlar taleyin ümidinə buraxılıb və nə olursa göz yumulur. Ona görə də, Türkiyənin qeyri-hökumət təşkilatları müsəlman ölkələrindən topladıqları yardımlarla Afrika ölkələrinə bu cür yardımlar edirlər. Mənim gəliş səbəbim də məhz budur, İBS nəzdində gəlmişəm, müşahidələr aparıram.

22 (2).jpg (175 KB)

– Dövlətin imkanları zəifdir, yoxsa məqsədli şəkildə inanları səfalət içində qoyurlar? 

– Mən hazırda Efiopiyadayam, bu bölgənin ən qədim, ən böyük və sivizlizasiyanın mərkəzi hesab olunan dövlətidir. Efiopiyanın paytaxtı Əddis-Əbəbə istər ictimai-siyasi, istər iqtisadi və lojistik baxımdan bizim SSRİ-dən ayrıldığımız dövrləri, 1992-93-cü illəri xatırladır. Əddis-Əbəbə bir qədər də bizim 2000-ci ildən sonrakı tikinti bumu dövrünü xatırladır.

– Turan bəy, artıq bir neçə saatdır ki, sizinlə sosial şəbəkələr üzərindən danışmaqda və foto-video paylaşımında çətinlik yaşayırıq. Məqsədli şəkildə əngəllənirmi internet və sosial şəbəkə imkanları? 

– Burada internet, mobil operatorlar, sosial şəbəkə seqmentləri var. Lakin burada qəbilələr arasında müharibələr olur, dövlət də onlara müdaxilə edir. Şəbəkələşmə olmasın deyə tez-tez sosial şəbəkələrə müdaxilə edirlər. Bir neçə saat öncə də bir müdaxilə var idi, ona görə sizinlə əlaqə saxlaya bilmirdim. Müəyyən qədər nəzarət prosesi həyata keçirildikdən sonra görürsən də facebook-u açdılar, ancaq instagramı açmadılar. Bir də baxırsan ki, vatsapp-da yazışmaq mümkündür, ancaq foto və ya səs göndərmək mümkün deyil. Hər şeyə müdaxilə var. Sırf ictimai-siyasi mühitlə əlaqədar olaraq sosial şəbəkələrə müdaxilələr edilir.

22 (3).jpg (218 KB)

– Dövlətin idarəetmə quruluşu nədir?

Afrikada istənilən dövlətə gedərkən görürsən ki, dövlət var, əsrhəd var, bayraq var, polis var, gerb var- hər şey var, həm də əhali arasına çıxanda görürsən ki, dövlət yoxdur. Sanki dövlət yalnız paytaxtda mövcuddur. Bir qədər bölgələrə çıxan kimi xaos təəssüratı yaradır. Ancaq məqam düşdükcə hər şeyə müdaxilə edirlər. Buranı sözlə izah etmək mümkün deyil, anlamaq üçün görmək lazımdır. Biz Efiopiyanın Bredova şəhəri var ki, paytaxtdan sonra  ikinci böyük şəhərdir. Orada bizim qaldığımız otelin önündə səhər tezdən çəkiliş edərkən birdən-birə iki qəbilə arasında atışma düşdü, polis və ordu müdaxilə elədi və atışmanın ortasında qaldım. Bütün bu səhnələri çəkdim və sonrada gəlib məndən telefonumu alıb hamısını sildirdilər. Dediyim kimi, sosial sferada dövlətin varlığı hiss olunmasa da, ictimai-siyasi məsələlərdə müəyyən məqamlarda hiss edirsən ki, dövlət var imiş. Seçki sisteminin və sairin necə olduğunu bilmirəm. Sistemi tam anlamaq üçün burada bir qədər yaşamaq lazımdır. Biz isə qısa müddət üçün gəlmişik.

– Dövlətin humanitar təşkilatlara münasibəti necədir? Onlar üçün tam şərait yaradılırmı? Təhlükəsizliyiniz necə təmin olunur?

Hazırda Afrika hər mənada böyük dövlətlərin istilası ilə üzbəüzdür. Xüsusən də Çin burada sağa-sola böyük pullar xərcləyir, hökumətlərlə əlaqəlar qurur, onların razılığını əldə etməyə çalışır. Burada həmçinin Böyük Britaniyanın, Amerikanın da müəyyən maraqları var. Burada çox sayda missioner təşkilatlar fəaliyyət göstərir. Kilsələr var ki, müsəlman olan və aclığın əlində əsir olan insanlara təklif edirlər ki, gəlin hər gün burada bir dəfə yemək yeyin, ancaq bir şərtlə ki, xristianlığı qəbul edin. Qərb dövlətlərinin burada bu şəkildə fəaliyyəti var. Ancaq Türkiyənin belə bir siyasəti yoxdur, dininə fərq qoymadan hər kəsə yardım edilir. Ancaq Çindən və Qərb dövlətlərindən gələnlər yalnız xristianlara yardım əli uzadırlar.

22 (5).jpg (188 KB)

– Turan bəy, Efiopiya əhalisini necə xarakterizə edərdiniz? İnsanlarda aclıq və səfalətdən doğan aqressivlik varmı? 

Əslində burada insanlar təhlükəsizdir, heç kim sənə soyğunçuluq niyyəti ilə , başqa niyyətlə yaxınlaşmaz. Bui da sırf insanlarla bağlıdır ki, insanları aqressiv deyil. Hətta dilənçisi belə sənə yaxınlaşır, pul versən götürür, verməsən narahat etmir. Harasa gedib yardım paylayırsan, bir afrikalı gəlir, səfil vəziyyətindədir. Soruşur ki, müsəlmansanmı, deyirsən bəli müsəlmanam. O zaman verdiyin yardımı belə götürmür ki, axı mən xristianam. Gərək başa salasan ki, hansı dindən olmağının fərqi yoxdur, yardım hamı üçündür, məhz ondan sonra götürür. Efiopiya insanlarında qəribə bir məğrurluq, mədəniyyət var. Çox kasıbdırlar, acdırlar, aclıqdan ölmək üzrədirlər, ancaq hamısı gülür, sevinir. Ağlaşma , vay-şüvən yoxdur.

 

22 (7).jpg (200 KB)

– Mənzillər, yaşam şəraiti necədir? Binalar , daş evlər varmı, yoxsa palçıq evlərdir? 

– Paytaxt şəhərdə yeni bijnalar inşa edilir, hündürmərtəbəli binalar da var. Əddis-Əbəbə bu bölgənin mərkəzidir deyə, bir çox işlər buradan idarə olunur. Ağlınıza gələcək ən brend otellər, rezidensiyalar da var. Ancaq kənara çıxdıqda görürsən ki, insanlar palçıq daxmalarda yaşayırlar. Palçıqdan bir koma düzəldiblər, 10 nəfər orada yaşayır. Bu izah olunmaz bir mənzərədir, onu görmək lazımdır. Bir azərbaycanlı buraya gəldiyi zaman, Azərbaycanın həqiqətən hansı istiqamətdə irəlilədiyinin şahidi olur. Həm iqtisadi, həm ictimai-siyasi və sosial baxımdan Azərbaycan bura ilə müqayisədə 50 il öndədir. Onu da nəzərə alaq ki, hələ Efiopiya Afrikanın ən inkişaf etmiş dövlətlərindən biridir.

– Dövlətin səhiyyə xidmətləri nədən ibarətdir, varmı normal sağlıq ocaqları? 

Təsəvvür edin ki, Efiopiyanın rəsmi 91 milyon əhalisi var, ancaq qeyri-rəsmi 120-130 milyondur. Hər şəhərin 5 miylondan çox əhalisi varsa, orada bir xəstəxana var ki, cəmi 2-3 həkimdən ibarətdir. Bu halda siz səhiyyəni təsəvvür edin.

22 (6).jpg (116 KB)

– Qida sənayesi, istehsal, kənd təsərrüfatı da yoxdurmu? 

Bizim hazırda burada olduğumuz dövr yağış dövrüdür, yağış çox olduqda isə sel olur, bu baxımdan əkinə yararlı torpaqları azdır. Yararlı torpaqları isə Çin işğal edir. Burada insanların kənd təsərrüfatı ilə məşğul olmaq üçün təsəvvürləri və bacarıqları yoxdur. Bilmirlər, çox geridə qalıblar, maarifçilik çox aşağıdır. İnsanlar çox cahil və savadsızdır, insanları elə vəziyyətə salıblar ki, heç nə ilə məşğul ola bilmirlər. Ancaq oturub gözləyirlər ki, kimsə onlara yardım etsin. Maraqlı bir məqam da odur ki, hər yer palçıq, toz-torpaq olsa da insanların üst-başı çox təmizdir, əyinlərində ağ köynək, ağ şalvar tər-təmiz olur. Su yoxdur, ekoloji cəhətdən bərbad bir vəziyyətdir, ancaq təmizdirlər. Onların ümumi gigiyena anlayışı bizimki kimi deyil, onu müqayisə edə bilmərik. Ancaq ümumi görüntü təmizdir. Hətta ucqar kəndlərdə belə insanlar cəmi bir dəst paltarı olsa da, onu necə təmiz geyinirlər, sanki hər axşam yuyub səhərə qurudurlar. Afrikanın əksər yerlərində bu belədir. Somalilər isə çox aqressivdirlər, aclıqdan çox əziyyət çəkirlər. Hətta onlara yardım etdikdə də az qalırlar səni öldürsünlər ki, niyə səndə var, onlarda yoxdur. Mentalitet ölkəyə görə dəyişir. Ümumilikdə Afrika qitəsi sömürülmüş, istismar edilmiş qitədir. İnsanların belə bir natamamlıq kompleksi də var ki, bizi istismar edirlər.

Azərbaycan gözəlindən YENÄ° FOTO"Azərbaycan gözəli 2019" gözəllik müsabiqəsinin qalibi Melisa Nuriyeva yeni paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, fotonu model “İnstagram” səhifəsində izləyicilərin ixtiyarına buraxıb.

Qısa şortikdə fotosunu sevənləri ilə bölüşən Melisa cazibədar görünüşü ilə diqqət çəkib.

Qeyd edək ki, Melisa Nuriyevanın iki övladı - bir qızı və bir oğlu var. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

“Maşın Şou”nun finalına 3 nəfər qaldı
Dünən gecə “Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov sonuncu dəfə səsverməyə “stop” deyib. Bununla da şounun finalçıları məlum olub. Bunlar müğənni və bəstəkar Ramal İsrafilov, teleaparıcı Lalə Mustafayeva və “foodblogger” Suna Kasımoğlu olub.

“Ölkə.Az” “Maşın” şounun “Maskarad”ında finala qalan 3 iştirakçı haqqında qısa məlumatı təqdim edir:

Müğənni və bəstəkar Ramal İsrafiloğlu

Image result for Ramal İsrafilov masin

İsrafilov Ramal 1985-ci il iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə, 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.

2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.

2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birgə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərib. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.

Ramal xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğludur.

Teleaparıcı Lalə Mustafayeva

Image result for Lalə Mustafayeva Maşın

Lalə Mustafayeva 1977-ci ildə anadan olub. 

"Miss Xəzər 2002" titulunun sahibi, keçmiş model və populyar teleaparıcı uzun müddət “Lider” televiziyasında çalışıb.

15 klipə, 4 filmə həmçinin Moskvada "Dronqo" filminə çəkilib.

Ailəli olub. Həyat yoldaşı vəfat edib. Ali təhsillidir.

“Foodblogger” Suna Kasımoğlu

Image result for Suna Kasımoğlu Maşın

Suna Kasımoğlu 1971-ci ildə Türkiyədə doğulub. 16 ilə yaxındır Azərbaycanda yaşayan Suna xanım təqribən bir ildir bloqerlik edir. 

O, “Youtube” kanalında  yeməklərin hazırlanma qaydasını əyani şəkildə izləyiciləri ilə bölüşür. 

Suna dəfələrlə Azərbaycanı və Azərbaycan yeməklərini çox sevdiyini dilə gətirir. Yeməklərimizi yeməkdən başqa Kasımoğlu bu 16 ildə onların hazırlanma qaydasını da yetərincə öyrənib.

Mətanət Abbası pərt etdi:
ATV-də yayımlanan “Üçümüz” əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verlişdə pərt vəziyyətə düşüb.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, proqramın formatına uyğun olaraq, qonaqlar həmkarlarına efirdə zəng vurub, onlarla aparıcıların öncədən hazırladığı sözlərlə məsxərəyə tutub, zarafat edirlər.

Bu dəfə isə verlişdə tam əks vəziyyət baş verib.

Belə ki, Abbas sənət yoldaşı Mətənat Əsədovaya zəng vurub. Xanım müğənnini toya oxumağa çağıran Bağırov onunla aparıcıların təqdim etdiyi sözlərlə zarafat edib.

Mətanət isə “Bu nə danışıqdır? Sənə nə olub, ay Abbas?” deməklə qarşı tərəfi güldürüb.

Əməkdar artist isə “O gün toydan çıxanda nə görsəm, yaxşıdır? Avtomobilimin önündə süd maşını dayanıb”, - deyə dialoqu davam etdirib.

Mətanətin Abbasa “Onlar bilir axı, süddən yanıqsan”, - söyləməsi studiyada əyləşən tamaşaçıların gülüşünə səbəb olub.

Əməkdar artist həmin an pərt vəziyyətə düşsə də, çıxış yolunu gülməkdə görüb.

Sosial şəbəkələrə yayılan həmin kadrlar isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar müğənnilərin efirdə danışıq etikasına əməl etmədiklərini bildirərək, hər iki sənətçini tənqid atəşinə tutublar.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/1521281600020" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>