Son xəbərlər

Dilarə metroda MAHNI OXUDUMüğənni Dilarə Kazımovanın yeni videosu yayılıb.

“Ölkə.Az” xəbər verir ki, videoda ifaçı metroda “Dəm olmuşam” mahnısını ifa edir. Dilarə qatarda həm də rəqs edib. Maraqlısı isə sərnişinlərin arasında “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin olması olub. Videonu da məhz Bağırzadə öz “İnstagram” hesabında paylaşıb. 

Görüntü İTV-də yayımlanan verilişlərin biri üçün çəkilib.

Aygün Kazımovadan yeni  CAZÄ°BƏDAR FOTOXalq artisti Aygün Kazımova yeni fotosu ilə pərəstişkarlarını heyran edib.

“Ölkə.Az” xəbər verir ki, ifaçı fotosunu “İnstagram” səhifəsində paylaşıb. Bundan sonra onun ünvanına təriflər yağıb.

Kazımovanın cazibədar görünüşü qısa müddət ərzində minlərlə insan tərəfindən bəyənilib.

Sözügedən fotonu təqdim edirik:

Əməkdar artist şou-biznesdə qalmaqala səbəb olan "Oğluma müğənni qız almaram" fikrinə münasibə bldirib.

 “Ölkə.Az” xəbər verir ki, bu Ə.Şükürov ARB-də yayımlanan "Söhbət var" verilişinin qonağı olub.

 İfaçı "Oğlum müğənni xanım almaq istəsə, biz valideynləri etiraz etməyəcəyik. Allah xoşbəxt eləsin”,- deyə qeyd edib.

"Bir çox müğğənnilərin övladların tanımırsız. Onlar göstərmirlər. Mədəni, istiqanlı, ali savadlı, əsgərliyə gedən övladlar bizdə çoxdur. Biz incəsənət adamları övladlarımızla fəxr edirik.

Həyat yoldaşım mənə ərə gələndə bilmirdi ki, Ədalət müğənni olacaq. Fəxr edirəm sənətimlə. Sənətdə olan dostlarımla fəxr edirəm ki, gözəl ailələri var. Adam var heç müğənni deyil, amma 1 aydan sonra boşanır. Onun sənətə heç bir aidiyyatı yoxdur".

Xərçəng diaqnozu qoyulan Xalq artistiXalq artisti Zabit Nəbizadənin həyatı ilə bağlı hazırlanan süjet "Şou ATV"nin efirində təqdim edilib.

"Ölkə.Az" xəbər verir ki, xanəndənin sağlamlığı ilə bağlı yaşadığı çətin günlərdən bəhs edən videoda Zabit Nəbizadənin həyatının bir çox məqamları öz əksini tapıb.

İllər öncə xalq artistinə həkimlərin səhvən onkoloji xəstə diaqnozu qoyduğu və sonradan bunun onurğa yırtığı olduğu üzə çıxıb. 6 ay yataq xəstəsi olan Zabit Nəbizadəyə xərçəng xəstəsi diaqnozu ilə şüalar verilib. Saçları tökülən xanəndə 4 ay boyunca iki dəfə əməliyyat edilir:

"Ölümdən qorxmurdum açığı. Artıq bezmişdim, Allaha acıq getməsin. Yaşamaqdanmı, inamsızlıqdanmı, bilmirəm, nədənsə bezmişdim. Dedim, bu əməliyyata getmirəm, nə olar olar. 2 ildən sonra üzə çıxdı ki, bel fəqərəmdə yırtıq (qrija) olub".

Xalq artistinin başına gələnlərlə bağlı daha geniş məlumat videoda:(milli.az)

Emin Ağalarov Əminə ilə mahnı oxuduXalq artisti Emin Ağalarov Leyla Əliyevanın övladı Əminə ilə video paylaşıb.

"Ölkə.Az" xəbər verir ki, sənətçi konsert hazırlıqlarında Əminə ilə birlikdə məşhur "Baku" mahsını ifa edib. 

Qeyd edək ki, Emin və Leyla Əliyeva cütlüyününü 2 oğlu və Leyla Əliyevanın öz himayəsinə götürdüyü Əminə adında qızı var. 

Həmin videonu təqdim edirik:

Həyat yoldaşı Nüşabə Ələsgərlini aldatdı: ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına qoyduğu şərtdən danışıb:

“Yoldaşım mənə göstədiki bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim qətiyyən icazə vermirəm. Dedim qoluna döymə etdirsən, səndən ayrılacam. Mənə yaxşı, etdirmərəm dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular.

Mən böyük bir şok yaşadım, dalaşdım ki, günahdır. Mənə dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. 3 ay gözlədim gördüm getmir. Dedim bunu yu getsin də. Dedi ki, yox, mən ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyilmiş”.  

Müğənni Ayan Babakişiyeva “Maşın” şoudan gedib.

Musavat.com xəbər verir ki, səsvermədə qalib gələn Fatma Mahmudova qərarsız qalıb və cavanlardan kimisə uzaqlaşdırmayacağını bildirib. Bu zaman Ayan əlini maşından çəkib. O Fatma Mahmudovanın seçim etməkdə çətinlik çəkməsinə dözə bilmədiyini deyib.
Aktrisa isə Ayanı oyundan uzaqlaşdırmayacağını bildirib.

Murad Dadaşov deyib ki, Ayan bu addımı ilə hamını şoka salıb.

4 ay əvvəl evlənən aktyor ata oldu
Türkiyəli aktyor Eser Yenenler ata olub.

“Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, Berfu Yıldızla 4 ay öncə evlənən 35 yaşlı aktyorun dünən günorta saatlarında oğlu dünyaya gəlib.

B.Yıldız xəbəri sosial şəbəkə hesabında paylaşıb və bunları yazıb:

“Xoş gəldin ailəmizə kiçik Kuzey. Yaxşı gəldin”.

Qeyd edək ki, cütlük uşağa Kuzey adını qoyub.

Ä°ranlı “Ancelina Coli” həbs edildiHollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb. Sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra dünya mediasının diqqətini çəkən Səhərin əslində heç bir əməliyyat keçirmədiyi, şəkillərin güclü qrim və proqramla hazırlandığı iddia edilirdi.

Səhər həbs edildikdən sonra milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun fanatlarının etirazına səbəb olub.

Ayan qəza görüntülərini paylaşdı

Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyevanın qardaşı Samir Türkiyədə ağır qəzaya düşüb. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi instaqram səhifəsində qəzadan sonra çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.

Ayan həmin paylaşıma “Allah qoruyub, heç nə deyə bilmərəm” –şərhini yazıb. 

Kadrlardan görünür ki, Samir Babakişiyevin idarət etdiyi avtomobil tanınmaz hala düşüb. 

Qeyd edək ki, ifaçının qardaşının vəziyyəti ağırdır.