Son xəbərlər

Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib.

O, bu haqda “5/5” verilişində danışıb. Zaur eyni zamanda adını çəkmədiyi sığorta şirkətindən şikayətlənib:

“Sığorta şirkətləri yalandı. Maşınımı vurdum, onlardan pul ala bilmədim. Şirkət pul ödəmədi. Onların üstündən xətt çəkdim. Maşınımın diski əyildi, getdim, heç nə ala bilmədim”. (axşam.az)

“Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim”.

Bunu “Report”a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.

O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib:

“Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ












İnternet və sürətli daşıma xidmətləri Azərbaycanda istehlak bazarına və əhalinin ticarət seçimlərinə ciddi təsir etməyə başlayıb. İnternet ticarətinin yaratdığı imkanlar müştərilər qarşısında yeni daha sərfəli seçim variantları açıb. FED.az biznes portalı Azərbaycanda bir qədər əvvəl fəaliyyətə başlamış və sürətlə inkişaf edən «AZEX» sürətli çatdırılma şirkətinin baş direktoru Elşən Məmmədovla müsahibəni təqdim edir.

- Türkiyədən əsasən hansı malları gətirirsiniz?

- Əslində istənilən malları gətirə bilirik, bunlar əsasən geyimlər, ayaqqabılar, ev məişət əşyaları, məsələn, divar kağızları, çilçıraq və sairdir. Hətta santexnika avadanlıqlarını da gətiririk.

- Sifariş verilən mallar nə vaxta gətirilir?

- Malları Türiyədən həftədə iki dəfə göndəririk. Həftənin 1-ci günü axşam saat 6-yadək Bizim Türkiyədəki anbarımıza daxil olan bağlamalar həftənin ikinci günü karqoya verilir və 3-cü gün gömrü rəsmiləşdirilməsindən sonra müştərilərə təhvil verilir. İkinci göndəriş isə həftənni sonunda olur. Deməli həftənin 4-cü günü axşam saat 6-yadək bizim Türkiyədəki anbarımıza daxil olan bağlamalar 5-ci gün karqoya verilir, 6-cı gün isə gömrük rəsmiləşdirilməsindən sonra müştəriyə çatdırılır. Müştərilər bu malları bizim ofisdən götürə bilərlər, ya da kuryer sifariş edirlər aparıb onarın istədiyi ünvanda çatdırırıq.

- Deməli malı ən geci nə vaxt sifariş etmək lazımdır ki, 3-cü gün artıq malını ala bilsin.

- Bu artıq malı satan firmadan asılıdır. Məsələn ən çox sifarişlər Kotton, LC Waikiki, Zara və başqalarından alınır.

Müştəri malı Bakıdan internet vamitəsilə seçib sifariş edir və çatdırılması nöqtəsi kimi bizii Türkiyədəki anbarımızın ünvanını verir. Mallar bizə çadırılandan sonra dediyim qayda və qrafiklə göndəririk. Yəni satıcı şirkət bizə malı nə qədər tez çatdırsa, biz də müştəriyə o qədər tez çatdıracağıq.

- Türkiyənin hansı şəhərindən malı almaq mümkünür?

- Məhdudiyyət yoxdur, malları Türkiyənin istənilən şəhərindən almaq olar. Bizim anbarımıza daxil olur, biz də müştəriyə çatdırırıq. Bax, bizim anbar Kadıköydədir, müştəri isə malı, məsələn, İzmirdəki fabrikdən və ya mağazadan alır. Həmin mal bizə çatdırılır, biz də Bakıya daşıyırıq.

- Siz müştərilərə aşqa hansı xidmətləri göstərirsiniz? Müştəri daxil olub internetlə mal alır, siz onu daşıyırsınız. Başqa hansı xidmət var?

- Bizdə iki növ sifariş var. Birincisi müştəri saytımızda qeydiyyatdan keçir, biz ona Türkiyədə ünvan veririk, bu ünvan onun saytdakı şəxsi kabinetinə göndərilir. Müştəri internetlə Türkiyədən mal alanda «xaricdəki ünvanlarım» bölməsində Türkiyədə təslimat adresi olaraq bizim verdiyimiz ünvanı göstərir. Yəni elə bil müştərinin Türkiyədə öz ünvanı olur, nə alırsa, bura yönləndirir. Daha sonra daxil olur bizim saytın «bəyannamə əlavə et» böləsinə və aldığı malın qiymətini və tipini qeyd edir, ayaqqabı, geyim, köynək və sair – nə alıbsa. Ondan sonra invoys qiymətni yükləyir, yəni bəyan edir ki, mənim ayaqqabım gələcək ölkəyə, qiyməti budur və bunu mənim adıma qəbul edin. Yəni müştəri bəyannamə yükləyəndə bizə bunu demiş olur.

- Belə sifariş alandan sonra sizin şirkət nə edir?

- Biz bu məlumatları yoxlayıb sistemə vururuq. Növbəti gün isə artıq yuxarıda dediyim qayda ilə Bakıya gönləririk.

- Bəs müştəri sifarişi özü edə bilmirsə necə, belələrinə kömək imkanı varmı?

- Bəli, bue lə bizim ikinci növ xidmətimizdir. Bəzi müştərilər sifariş verməyə çətinlik çəkirlər, bəzilərinin kartı yoxdur, yaxud var, amma Türkiyə satlarında keçərli deyil. Digərləri ümumiyyətlə proseduru bilmir, anlayışı yoxdur və sair. Belə olan halda müştəri satımızda qeydiyyatdan keçir, sifmriş etə bölməsində bizə məhsulun linkini, ölçüsünü, rəngini, sayın qeyd edib bizə göndərir. Ödənişi də ya onlayn edir, ya da ofisə yaxınlaşıb nağd edir. Biz də həmin məhsulu müştərini adına alıb gətirib Bakıda müştəriyə təhvil veririk.

- Sizin xidmətinz varsitəsilə ən çox hansı malları almaq sərfəlidir?

- Əslində yuxarıda sadaladığım bütün malları, amma daa da konkretləşdirsək, bəzi məhsullar elə Bakıda da mollarda satılır, amma daha yüksək qiymətə. Baxın molldan geyim alanda siz həm malın, həm mağazanın icarə haqqının, həm burada çalışan işçilərin maaşı və bu malın Bakıya daşınması xərclərini ödəmiş olursunuz. Yəni mağaza sahibinin büğün xərcləri vətəndaşın cibindən çıxır.

Ona görə də eyni malın qiyməti Bakıda Türkiyəyə nisbətən xeyli bahadır. Bizim idmət vasitəsilə isə malı birbaşa Türkiyədən, anbardan almaq mümkün oduğuna görə, bu müştərilərin öz büdcələrinə qənaət etməsinə imkan verir.

- Bakıda mollarda və Türkiyədən alınan malların qiymətlərində nə qədər fərq olur?

- Belə deyək, baxın, bizim əməkdaşlar Bakıdakı «US POLO» mağazasında 100-150 manata olan köynəyi Türkiyədən 20 manata, burada 130 manata deyilən şalvarı isə Türkiyədən cəmi 30 manata alıblar. Bakıda «LC Waikiki»də 20 manata satılan köynəyi isə saytdan 3 manata almaq olub. Kobud desək, Bakının mollarında satılan malları Türkiyədən «Sədərək-Binə» qiymətinə almaq olur.

- İnternetlə mal alarkən, xüsusilə də geyimləri, əsas problem ölçülərin düz gəlməməsidir. Bu məsələ necə həll olunur?

- Doğrudan da müştəriləri əsas narahatçılığı ölçünü bilməməkdir. Geyimərin hamısının müxtəlif sistemlərlə ifadə olunan ölçüləri var. XL, XXL, 46-48 və sair ölçülər var. Bu saytlarda bədən ölçülərinin göstəriciləri var. Məsələn bədən ölçüsü necə olmalıdır, boyunun ölçüləri, bədənin uzunluğu və sair. Yəni köməkçi ölçülərlə bu problem də həll edilir.

- Türkiyədən bu üsulla geyimdən başqa hansı mallar alınır?

- İstənilən malları. Geyim, ev əşyaları, aksessuarlar, kosmetika, amma maye halda olmamalıdır. Bundan başqa, çoxsaylı kitablar sifariş verilir. Elə kitablar var ki, Türkiyədə var bizə hələ gəlib çatmayıb. Ya da gec gəlir, ona görə də kitab həvəskarları kitabları internetlə almağa üstünlük verirlər. Qiymətləri də buraya nisbətən 40%-50% ucuzdur.

- Sizin şirkət vasitəsilə daşınma xidmətləri necədir?

- Bu qiymətlər gətirilən malların çəkisindən asılı olaraq dəyişir. Məsələn 100 qrama qədər olan malları üçün daşınma xərci 1.99 dollardır. 100-250 qrama qədər 2,49 dollar, 250-500 qram 2.99 dollar, 500-750 qram üçün 3.99 dollar, 750-1000 qram üçün 4.99 dollar, bundan sonra isə qiymətlər hər kiloqram üçün 4,99 dollardan hesablanır. Gətirilən malın çəkisi 2 kiloqramdan artıq olduqda qiymətlər enir və hər kiloqram üçün 3.99 dollara düşür.

- Bəzi mallar, hansı ki sadaladınız, onlar sına bilən mallardır. Belə hal olmaması üçün nə edilir?

- Bu malları xüsusi qablaşdırırlar. Bizim Türkiyədəki anbara belə mal gələndə onu əvvəlcə açıb vəziyyətinə baxır, salamat olduğuna, sınmadığına əmin olub sonra təhvil alırlar. Üzərinə «sınan əşya» emblemini vururlar ki, karqoda və təyyarədə ehtiyatlı davransınlar. Ona görə də hələki sınan mallar gəlməyib.

- Siz dediniz ki, bəzi mallara görə daşınma xərci təkcə çəkisindən deyil, həm də ölçülərindən asılıdır. Bunlar hansı mallardır və onların daşınma xərci necə hesablanır?

- Doğrudan da, hava yollarında yüklərin daşınmasına görə, ödəniş iki varinatda hesablanır, bir var həcm çəkisi, bir də fiziki çəki ilə. Fiziki çəki tərəzinin göstərdiyi çəkidir. HƏcm çəkisi isə odur ki, bağlamanın ölçüləri bir metrdən artıq olduqda onun həcmi bir kub kimi götürülür və bölünür 6 min standartına, yəni daha bahalı qiymətlə hesablanır.

Sadə desək, bütün malların həm fiziki, həm də həcm çəkisi var. Bunlardan hansı daha böyükdürsə, hava yolları həmin çəkini əsas götürüb ödəniş alır.

Yaxın vaxtlarda biz rupaj, yəni TIR-larla daşımalara başlayacağıq, onda bu problem də olmayacaq.

- Hazırda sizin şirkətin müştəriləri ən çox nəyi sifriş edirlər?

- Əsasən toy üçün geyimlər, müştərilərimizdən biri bütün toy hazırlğı və tələb olunan malları bu sistem vasitəsilə Türkiyədən aldı, qat-qat aşağı qiymətə. Son vaxtlar isə maraqlı sifarişlər artıb – bunlaran məsələn kempikq üçün çadırları, divar kağızlarını, vanna otağı üçün aksessuarları göstərə bilərəm.

- Siz yalnız Türkiyə bazarı ilə işləyirsiniz, yoxsa başqa istiqamətlər də var?

- Hələlik yalnız Türkiyədir, amma yaxın vaxtlarda Amerika və Çin bazarlarında a işləməyə başlayacağıq. Hazırda ABŞ-la bağlı danışıqlar aparırıq.


- Müştərilər sizin vasitənizlə mal almaqdan başqa hansı xidmətlərdən istifadə edə bilər?

- Əsas işimiz əlbəttə ki, yükdaşıma və çatdıılmadır, amma endirim kampaniyaları olanda müştərilərə məlumat da veririk. Bizim özümüzün də tez-tez şirkətdaxili kampaniyalarımız olur. Hazırda paketbirləşdirmə kampaniyamız var. Bu da müştərilərə çox sərfəlidir. Digər şirkətlərdə qiymətlər fərqlidir. Amma bizdə 31 iyul tarixinə qədər çəkisi 250 qramdan yuxarı olan bağlamaların paket birləşdirməsi həyat keçirilir. Yəni eyni gündə Bakı ofisimizə daxil olan malları Tərəziyə qoyuruq, nə çəki gəldisə müştəri onu pulunu ödəyir. Beləliklə də öz büdcəsinə qənaət edir azı 4-5 dollar çatdırma haqqına.

Bizim sistemin bir üstünlüyü də var, bu müştəri sifarişlərinin daha sürətli işlənməsidir. Ola bilər ki, ilk baxışdan ciddi görünməsin, amma bu amilin əhəmiyəti böyükdür. Ola bilsin ki, müştərinin sifariş etdiyi maldan məhdud saydadır və gec işləyəndə bu mal və ya onun lazımi ölçüsü-rəngi satılıb qurtara bilər. Çünki kampaniyalar olanda mallar sürətlə satılır, hamı sərfəli variantdan tez istifadə etmək istəyir. Bizdə isə cəmi 10-15 dəqiqəyə alış edilir.

- Dediniz ki, Türkiyədəki şirkətlər də tez-tez öz mallarına endirimlər edirlər. Bakıdan internetlə bu malları endirimlə almaq olurmu və müştərilər həmin endirimlərdən necə xəbər tuta bilərlər?

- Bizim bununla bağlı mobil tətbiqimiz hazırlanır. Burada büğün endirim kampaniyaları haqqında eniş məlumatlar olacaq. Hazırda isə həmin kampaniyaların saytımızda görünməsi üçün işləri tamamlayırıq. Nəticədə müştərilər saytımıza da daxil olanda kampaniyalar barədə məlumatları əldə edəcək.

- Bakıdakı müştərilər Türk mallarını əsas hansı saytlardan alırlar?

- Bunlar müxtəlifdir, bəzi müştərilər isə ümumiyyətlə hansı saytdan mal alacağını bilmir.

Belə hallar üçün saytımızda «nümunə saytlar» bölməsi var. Və əgər müştəri hansı mağazadan alış-veriş etməyi bilmirsə, saytda hamısı olmasa da, ən məşhur saytların adları var. Burada ev tekstilindən tutmuş, geyim, idman malları, kitablar, aksessuarlar və sair satışı olan saytlar var.

- Siz dediniz ki, şirkətiniz vasitəsilə Türkiyədən vanna aksessuarları və divar kağızları alanlar da var. Bu avadanlıqları Türkiyədən almaq sərfəlidirmi, nəzərə alsaq ki, onlar təyyarə ilə gətirilir və çəkisi də ağırdır, yəni daşınma xərcə böyük olmalıdır?

- Əvvəla internetlə alınanda dəqiq bilinir ki, bunlar doğrudan da Türkiyədən gətirilib. Bakıda satılan malların bəzilərində belə əminlik olmur. Türk malı kimi təqdim olunan bəzi mallar əslində Çin istehsalı olur. Bizdə isə mal həmin brendin öz rəsmi səhifəsindən alınır və dəqiq brenddir.

İkincisi İnternet alışlar zamanı çeşidlər çox olur. Burada istənilən malların minlərlə çeşidini tapmaq olur.

Qiymətlərdə də böyük – azı 40%-ə yatan fərq var.

Digər tərəfdən, dediyim kimi, həmin saytlarda tez-tez endirimlər olur, iki mal birinin qiymətinə və sair kimi. Bakıda həmin məhsulları satan mağazalarda belə kampaniyalar olmur.

- Qanunvericiliyiə görə, Azərbayan vətəndaşlarının xaricdən gələrkən ölkəyə mal gətirməsi ilə bağlı bir məhdudiyət var. Bu məhdiyyət internet alışlarında da tətbiq edilir?

- Bəli, məlumat üçün deyim ki, hər bir Azərbaycan vətəndaşının 30 gün ərzində şəxsi istifadə üçün 1000 dollarlıq mal idxal etmək hüququ var. Bu məbləğ hesablananda təkcə malın öz qiyməti deyil, həm də daşınma xərcləri əlavə olunur. Amma nəzərinizə çatdırım ki, Türkiyədə lirənin məzənnəsin nəzərə alanda bu məbləğ Türkiyə üçün çox böyükdür və limit deək olar ki, hiss edilmir. Məsələn bizim bir neçə aktiv müştərimiz va ki, onların alışları ayda heç 500 dolları da keçmir. Yeri gəlmişkən, saytımızda bununa bağlı bölmə var ki, müştərilər aylıq alışlarını izləyə bilirlər ki, limiti keçməsinlər.

- İndiy ay mövsümüm qızğın çağıdır, müştərilər ən çox nə sifariş edirlər?

- Yay mövsümündən vacib, qarşıdan yeni tədris ili gəlir. Valideynlər Türkiyədən məktəb ləvazimatı və məktəbli çantaları ala bilərlər. Orada həmin malların zəngin çeşidi var və qiymətlər də çox münasibdir. Ən əsası odur ki bütün bunları evdən çıxmadan etmək olur.

- Belə bir fikir yaranıb ki, Türkiyədən yalnız ekonom mallar olar, belədirmi?

- Xeyr, ilk baxıdan belə düşünənlər var, amma Türkiyədə bildiyimiz dünya brendlərinin – «Versaçe»nin, «Armani»nin və başqalarının çox yaxşı mağazaları var və onların böyük endirimləri olur. Hətta siz bir alış-verişdən 300-500 TL endirim də ala bilərsiniz. Bəzən isə alış-verişin məbləği müəyyən həddi keçəndə əlavə endirim verilir. Yəni burada faydalanmağa imkanlar həddən artıq böyükdür.

Afət Fərmanqızı ərə getdiMüğənni Afət Fərmanqızı ərə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Sənətçi instaqram hesabında dini nikah mərasimindən fotosunu və sənədi paylaşaraq Ramal Hüseynov adlı şəxsi işarələyib və “Həyatıma xoş gəldin” qeydini yazıb.

 

 


 

“Günay özü trend üçün ölür. Onu trendə qəbul edən var ki? O trenddə olsa, elə sevinər ki… Trend saxtalıq deyil. Kimsə bunu edirsə, özü özünü aldadır”.

Minval.info xəbər verir ki, bu sözləri “Lent.Az”ın canlı yayımında ifaçı Şəbnəm Tovuzlu həmkarı Günay İbrahimlinin “Trenddə olmaqdansa, sənəti ataram” sözlərinə qarşılıq olaraq deyib.

O, daha sonra müğənnilər Damla, Nigar Camal və Günay İbrahimlinin ona nisbətdə canlı oxuya bilmədiklərini söyləyib:

“Canlı ifada nə Damla, nə də Günay qarşımda dura bilməz. Damla da, Günay da, Nigar da bilir ki, onların səs tembri mənimki kimi deyil. Mən xanəndəlik bitirmişəm. Muğam oxuyub, istədiyim tonallıqda ifa edən biriyəm. Onlar mənimlə yan-yana durub, ifa edə bilməzlər. Damla xırıltılı həzin səsi ilə bu yerə gəldi. Sevildi, kütləsi var. Amma “lya”dan “Qarabağ şikəstəsi” oxuya bilməz. Həmçinin də Günay İbrahimli. Onun da öz sevənləri var. Günayla səmimi salam-sağ olumuz var idi, bundan sonra da öz salamımı verəcəm, alar sağ olsun, almasa da özü bilər”.

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yay tətilini Türkiyədə keçirir.

Minval.info xəbər verir ki, Aysun tətil fotolarını özünün “instagram” hesabında paylaşır.

Fotolarda çimərlik geyimində olduğu üçün gənc müğənni tənqid ediləcəyini düşünüb və bütün fotolarının şərhini bağlayıb.

Xalq artisti Yalçın Rzazadənin vəziyyəti kəskin pisləşib.

Minval.info axar.az-a istinadən xəbər verir ki, xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib. M.Rzazadə bildirib ki, atası təcili Türkiyəyə aparılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.

Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Diplomu rektordan oynayaraq alan məzun danışdıBakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alması maraqla qarşılanıb.

“Qafqazinfo”ya açıqlama verən 22 yaşlı Şaiq bildirib ki, bu addımıyla sadəcə öz sevincini bölüşmək istəyib:

“Bununla öz sevincimi qeyd etmək istədim. Əvvəlcədən bunu edəcəyimi bilirdim. Sadəcə, necə edəcəyimi planlaşdırmamışdım. Rektorun bunu təbəssümlə qarşılamağı gözlənilən idi. Çünki sevincini qeyd edən tələbə qeyri-adi və ya neqativ bir şey etmir. Sadəcə, sevinir və anı yaşayır. Tədbir universitetdaxili idi, ona görə də kənara çıxacağını gözləmirdim. Özüm üçün də sürpriz oldu. Etdiyim hərəkətdə xüsusi bir şey yoxdur. Buna ən yaxın nümunə futbolçuların və digərlərinin öz sevincini bölüşməsidir”.

Qeyd edək ki, Şaiq Məmişov eyni zamanda Prezident təqaüdçüsüdür. O, Ali Neft Məktəbinə 685 balla qəbul olub.

Azərbaycanın estrada müğənnisi Ayan Babakişiyeva öz Instagram hesabında maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni yalan fikir formalaşdıran insanlara “vicdanınızla hərəkət edin” deyə sərt ismarıc yollayıb: “Kənardan hər kəsi şərhlərinizlə müzakirə edə bilərsiniz! Amma biz necə görmək istəyiriksə, elə də görəcəyik! Bəlkə o insan çox gözəl, mələk kimi xeyirxahdır, ancaq biz onu şeytan kimi görürük, bəlkə də şeytandır, mələk edirik. Bəlkə çox xoşbəxtdir, bəlkə çox bədbəxtdir, bilmirik. Ancaq danışırıq. Bir şeyi unutmayın! İnsanın gözünün tam içinə baxın, o zaman anlayacaqsınız. Vicdanınızla hərəkət edin, danışın!”

Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Bakı Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən “İlin ən məhsuldar müğənnisi” mükafatını alan Babakişiyeva, Faiq Sücəddinov, Xumar Qədimova, Aygün Bəylərin bəstələdiyi mahnılardan ibarət “İnternational” adlı albomu ilə tanınır.