Son xəbərlər

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.

“Kişisənsə, geyləri efirə çağır və öldür” - Ä°lqara sərt iradÖtən günlərdə aparıcı İlqar Mikayıloğlunun “Geyləri və lezbiyanları öldürmək lazımdır” deyə, yazdığı status sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Minval.info Axşam.az-a istinadən xəbər verir ki, tənqid atəşinə tutulan aparıcıya daha bir irad eks-həmkarı Aynur Talıbovadan gəlib.

O, “Facebook”da İlqar haqda xatirələrini bölüşüb və fikrinə belə münasibət bildirib:

“15-16 il əvvəlin söhbətidir… Rəhmətlik ANS – “Marş” verilişinin müəllifi kimi İlqarın masasının üstü hərbi vertolyot və oyuncaqlarla dolu olardı. İstədiyi tək şey müharibə çağırışı idi, savaşmaq eşqi…

Bu imicinə zərər dəyməsin deyə, radio proqramlarda səsləndirmələrə də ehtiyatla yanaşırdı ki, insanlar səhv salmasınlar. Eyni şəkildə Mətanət də (Mətanət Əliverdiyeva – red.) xəbərin səsi idi və televiziyadan uzaq durmağı üstün tuturdu. Çox uzaq tarix deyil, amma anlatdıqlarım nağıl da deyil. Dediklərimi canlı yaşayanlar təsdiqləyər. Nə oldusa, sonradan oldu – İlqara da… Ən son özüylə də bu haqda danışmışdıq. Əl atdığı üsul bu cəmiyyətdə sağ qalmağın ən sağlam yollarından biridir”.

A.Talıbova daha sonra yazdığı rəydə düşüncələrini bu cür ifadə edib:

“Tolik, Elgiz, Bayram, Samiraldolar üzərindən reytinq, pul, ad-san qazanan cəmiyyət onların məclislərində iştirak edib, öz məclislərində yuxarı başda oturdub, özlərini də öldürmək lazım olduğunu düşünür… Kənardan biriləri də “kişisənsə, efirə çağır və vur, öldür” deyər. Yox, olmaz! Lazım gələndə ermənilər LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksual) üzvlərini öldürəcək şübhəsiz”.

Azərbaycanın tanınmış sənətkarı, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı ilə yeni görüntüləri yayılıb.

Minval.info xəbər verir ki, Şamaxı rayonunda çəkilən fotonu tanınmış aparıcı Hacı Nuran sosial mediada paylaşıb.

Fotoda Fəxrəddin Manafov, sənətkarın xanımı Vahidə Sadıqova və Hacı Nuran yer alıb.

Xalq artisti sığortalatdırmaq istədiyi bədən — ÜZVÜNÜ AÇIQLADI











Dövlət Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, xalq artisti Naibə Allahverdiyeva sığorta etdirmək istədiyi bədən üzvünü açıqlayıb.
Aktrisa "Ölkə.Az"-a açıqlamasında bildirib ki, əgər 25 yaşında olsaydı, ürəyini sığortalatdırardı:

"Əgər iyirmi beş yaşımda olsaydım, sığrtalatdırmaq istədiyim digər bədən üzvlərimi də açıqlayardım. Amma indi məni yalnız sağlamlığım düşündürür. Çünki sağlamlıq peşəsindən asılı olmayaraq, hər kəs üçün vacibdir".
Qeyd edək ki, bir müddət öncə xalq artistinin səhhətində problem yaranmış və o, xəstəxanaya yerləşdirilmişdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, təltif olunanlar arasında Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də var. O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bundan başqa, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu da eyni ordenlə təltif edilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin də adı təltif olunanlar siyahısındadır. Diplomat 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hamı çimərlikdə, Renka isə...

Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) maraqlı fotosessiya etdirib. “Qafqazinfo” xəbər verir ki, o, yay ab-havalı fotoları üçün kamera qarşısına keçib. Şou-əhlinin  çimərliklərdə foto-layihə etdiyi vaxtda,o, çəkiliş üçün Dərbəndə üz tutub. 

“Təbiəti, səyahəti çox sevirəm. Hər zaman çox yorulan zaman özümü təbiətin qoynuna atıram. Bu şəkillərdə sakitlik, rahatlıq, romantik ab-hava, hər şeydən kənarlaşıb özünə qapanan insan obrazı var”- deyə Renka bildirib. 

Bu məqamda bildirək ki, şəkillərin müəllifi Tural Həsənzadədir. 

 




 
Aysel qayda pozdu, 204 manat cəriməsi varmış

Tanınmış müğənni Aysel Əlizadə yol hərəkəti qaydalarını pozub. “Qafqazinfo” xəbər verir ki, Dövlət Yol Polisi (DYP) tərəfindən keçirilən reyd zamanı sənətçi saxlanılıb. 

Həmin anı İTV-də yayımlanan “Qanundan kənar” proqramı lentə alıb. Polis əməkdaşları sənətçiyə 204 manat miqdarında cəriməsinin olduğunu bildiriblər. Sənətçi isə borcu ödəyəcəyini qeyd edib. 

“Maps.me”dən Azərbaycana qarşı hörmətsizlik

Dünyanın ən çox istifadə edilən “Maps.me” xəritəsində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ müstəqil ölkə kimi göstərilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda  sosial şəbəkədə məlumat paylaşılıb.  Xəritədə ərazinin adı "Nagorno Karabakh Republic" kimi qeyd olunub. 

Qeyd  edək ki, dünyada əksər turistlər səfər edən zaman bu xəritədən istifadə edir. Buna görə də, turistlər xəritədə qeyd edildiyi kimi, Dağlıq Qarabağı Azərbaycandan ayrı görür. 

Sosial şəbəkə istifadəçiləri problemi həll etmək  üçün çağırış edib.  Bunun üçün şirkətə şikayət məktubu yazmağı tövsiyə edirlər. Həmçinin “edit place” yazılan yerdən bu yerlə bağlı bildirişlər göndərilməli və ya Play Store və İOS marketdən "Maps.me" proqramına daxil olaraq 1 ulduz verilərək şərhlər yazılmalıdır. 

Rövnəq Abdullayevin oğlunun toyundan – Foto – VideolarBu gün SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toyudur.

“Qafqazinfo” xəbər verir ki, “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edir.

Toya müğənni qismində dəvət olunanlar arasında Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan da var. Bundan başqa, Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alanlar sırasındadır. Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyevadır.

Qeyd edək ki, SOCAR prezidenti deputat Qənirə Paşayeva ilə qohum olur. Belə ki, Rəşad Abdullayev deputatın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənir.



Rövnəq Abdullayevin oğlunun toyundan – Foto – VideolarRövnəq Abdullayevin oğlunun toyundan – Foto – VideolarRövnəq Abdullayevin oğlunun toyundan – Foto – VideolarRövnəq Abdullayevin oğlunun toyundan – Foto – Videolar
Təranə Qumralın qızından əriylə qalmaqallı - FOTO

Təranə Qumralın qızı Qumralın sosial şəbəkədə qalmaqallı fotosu yayılıb.
Open.az xəbər verir ki, ifaçının qızı Qumral əri ilə səmimi pozada fotosunu paylaşıb.
Sosial şəbəkə istifadəçiləri onu bu fotosuna görə qınayıb.
Xatırladaq ki, Qumral 2016-cı ildə ailə həyatı qurub.