Son xəbərlər

Məleykə Əsədova hicaba büründü, Məşhədə getdi — FOTOXalq artisti Məleykə Əsədova ziyarətə getdiyi Məşhəd şəhərindən yeni fotosunu paylaşıb.
O, görüntünü İnstaqram səhifəsindən paylaşıb. Əsədovanın qara niqabda olan fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb.

O, paylaşımını belə şərh edib:

“Cümə günümüz mübarək! Cümə günümün dualarını Məşhəddə İmam Rza Ziyarətgahında etdim! Allahım gözəl ürəklərin mükafatlarını versin! Pis düşüncəli ,paxıl ve dedi qodu edən insanların qəlbinə işıq versin! Torpaqlarımızda əmin amanlıq olsun! Hər bir ailəyə sağlam ruh,ruzi- bərəkət bəxş etsin! Gələcəyimiz olan övladlarımızı qorusun! Bacım qızı,nişanlısı ve mənə bacı qədər yaxın olan Məşhədi Lalə xanım. Gözəl Allahım ,hər bir kəsin ürəyinə görə mükafatını ver. Amin!”
Sözügedən görüntünü təqdim edirik:Məleykə Əsədova hicaba büründü, Məşhədə getdi — FOTO
Hadisə yenə sinəsini açdı — FOTOLARSosial şəbəkədə son dövrlər açıq-saçıq fotolar paylaşan Hadisə Parisə səfər edib.
Onun bir tədbirdə geyindiyi dərin sinə dekoltesi yenə diqqətləri cəlb edib.
Hadisə bacısı Derya Açıkgöz ilə birlikdə Fransaya uçub. O, Parisdə moda tədbirlərində iştirak edib. Müğənni İnstaqram səhifəsində bir çox foto paylaşıb. Bir tədbirə geyindiyi dərin sinə dekolteli mavi paltarı isə diqqətləri cəlb edib.Hadisə yenə sinəsini açdı — FOTOLARHadisə yenə sinəsini açdı — FOTOLARHadisə yenə sinəsini açdı — FOTOLARHadisə yenə sinəsini açdı — FOTOLARHadisə yenə sinəsini açdı — FOTOLAR
“Gözəlliyin yaşı olmur”

“Gözəlliyin yaşı olmur”. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Polşanın ən qocaman modeli Helena Noroviç deyib.

84 yaşında model karyerasına başlayan keçmiş aktrisa bunu “ikinci həyat” adlandırır.

Noroviç hesab edir ki, onun indiki işi ona insanları ilhamlandırmağa, onların özlərinə inanmağına, arzularının ardınca getmələrinə kömək olur.

İşıq, kamera, motor! Helena Noroviçin növbəti fotosessiyasıdır…

 




 

Məşhur modelyer polkovnik ərindən boşandıMəşhur modelyer, “A Glamour” moda evinin rəhbəri Afaq İsmayılzadə həyat yoldaşı ilə boşanıb.

Minval.info Axşam.az-a istinadən xəbər verir ki, boşanma prosesi bir müddət öncə qalmaqallı şəkildə baş verib. Bildirilir ki, həyat yoldaşı karyerasının ilk illərində modelyerin ən böyük dəstəkçilərindən biri olub və onun uğurlu fəaliyyəti üçün daim öz yardımını göstərib. Zaman keçdikcə modelyerlə əri arasında narazılıqlar yaşanmağa başlayıb və bu narazılıq o həddə çatıb ki, əri Afaq İsmayılzadə ilə ayrılmaq qərarına gəlib.

Boşanma prosesinin səbəbləri ilə bağlı hələlik tam dəqiqləşdirə bilmədiyimiz bir neçə versiyalar səsləndirilir. Bununla belə, qeyd olunur ki, boşanmaya səbəb o qədər güclü olub ki, cütlük şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin xəsarət alması ilə nəticələnib.

Qeyd edək ki, Afaq İsmayılzadə mətbuata açıqlamasında həyat yoldaşı ilə bağlı çox danışmasa da, onun polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi.

Xatırladaq ki, Afaq İsmayılzadə vaxtı ilə “Qafqazinfo”ya verdiyi müsahibəsində iki qızının, bir oğlunun olduğunu qeyd etmişdi.

Zəhrasız 2 il...
Bu gün balaca Zəhranın ölümündən iki il keçir. Zəhra iki il əvvəl düşmən təxribatı nəticəsində nənəsi Quliyeva Sahibəilə birgə həyatını itirmişdi.

4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin atəşkəsi pozması nəticəsində Alxanlı kənd sakinləri – 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.
Pərvin Abıyeva göbəyini açdı, izləyicilər tərif yağdırdılar — FOTOAktrisa Pərvin Abıyeva bu dəfə idman zalından çəkilən fotonu izləyiciləri ilə bölüşüb.
Aktrisa göbəyi açıq fotosunu İnstaqram səhifəsindən paylaşaraq bu sözləri qeyd edib:

“Güc birlikdə”.

Aktrisanın ideal bədən quruluşu izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar Abıyevanın ünvanına təriflər yağdırıblar.
Sözügedən fotonu təqdim edirik:Pərvin Abıyeva göbəyini açdı, izləyicilər tərif yağdırdılar — FOTO
Niyazi məşhur aktyorun trendinə qoşuldu

Bir neçə gündür ki, dünya gündəmini zəbt edən, daha sonra məşhur aktyor Ceyson Steytemlə məşhurlaşan trendə azərbaycanlı karateçi (kumite) Niyazi Əliyev də qoşulub. “Qafqazinfo” xəbər verir ki, o, ingilis aktyorun instaqramda 1 gündə 15 milyon baxış toplayan hərəkətini təkrarlayıb. 

Niyazi həmin anı lentə alaraq sosial şəbəkədəki hesabında paylaşıb.  İdmançı qeyd edib ki, bu, onun üçün yeni bir şey deyil: “Bu, bizim həyat tərzimizdir və sadə bir hərəkətdir”. 

Kamal Sunal ölümünün 19-cu ilində unudulmadıTürk kinosunun əfsanəvi aktyoru Kamal Sunalın ölümündən 19 il ötür.
Aktyorun həyat yoldaşı Gül Sunal paylaşımı ilə izləyicilərini duyğulandırıb.

O, Kamal Sunalın fotosunu paylaşaraq “Dərdim hələ təzədir” yazıb. Ezo Sunal və Əli Sunalda başda olmaqla bir çox izləyicisi fotoya rəy yazıb.

Gül Kamal Sunalın dəfn mərasimində yaxalara taxılan fotonu paylaşıb və yazıb: “Bu fotonu 19 il əvvəl yaxama iynə ilə vurdular. O vaxtdan foto pul qabımdadır. Bir az köhnəldi, rəngi soldu, amma dərdim hələ təzə, yenidir”.

Əli Sunal isə bu fotonu səhifəsində paylaşaraq “Səni sevirəm, atam” yazıb.Kamal Sunal ölümünün 19-cu ilində unudulmadıKamal Sunal ölümünün 19-cu ilində unudulmadıKamal Sunal ölümünün 19-cu ilində unudulmadıKamal Sunal ölümünün 19-cu ilində unudulmadıKamal Sunal ölümünün 19-cu ilində unudulmadı
 
Azərbaycan “Eurovision”dan imtina etdi

Bu il Azərbaycan 2019-cu il Uşaq “Eurovision” müsabiqəsinə qatılmayacaq.

Axşam.az xəbər verir ki, bu barədə qərarı İctimai Televiziya və Radio yayımları şirkəti verib.

Qeyd edək ki, ötən il yarışmada Azərbaycanı Fidan Hüseynova təmsil edib.

Leyla Əliyevanın doğum günüdür — FOTO

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.
Leyla Əliyeva 3 iyul 1984-cü ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.
2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.