Türk kinosunun əfsanəvi aktyoru Kamal Sunalın ölümündən 19 il ötür. Aktyorun həyat yoldaşı Gül Sunal paylaşımı ilə izləyicilərini duyğulandırıb.
O, Kamal Sunalın fotosunu paylaşaraq “Dərdim hələ təzədir” yazıb. Ezo Sunal və Əli Sunalda başda olmaqla bir çox izləyicisi fotoya rəy yazıb.
Gül Kamal Sunalın dəfn mərasimində yaxalara taxılan fotonu paylaşıb və yazıb: “Bu fotonu 19 il əvvəl yaxama iynə ilə vurdular. O vaxtdan foto pul qabımdadır. Bir az köhnəldi, rəngi soldu, amma dərdim hələ təzə, yenidir”.
Əli Sunal isə bu fotonu səhifəsində paylaşaraq “Səni sevirəm, atam” yazıb.