Son xəbərlər

Aktrisa Mehin Hümbətova şəhər restoranlarının birində qarşılaşdığı mənzərədən bəhs edib.

Minval.info xəbər verir ki, yan masada oturan kişilərin əxlaqsız söhbətləri aktrisanı özündən çıxarıb:

“Mərkəzdə yerləşən məşhur məkanların birində rəfiqəmlə oturmuşduq. Yan masada 4 “kişi” çox iyrənc mövzularda yüksək səslə qeybət edirdilər. İntim həyatlarından bəhs edirdilər. Sözün həqiqi mənasında gedən söhbətlərdən iyrəndim. Azərbaycan kişisi bu deyil axı. Bu nə cılızlaşmadır belə?! Yüksək səslə yaşadıqlarını fəxrlə danışmaq ən ucuz hərəkətdir.

Hələ görürsən ki, yan masada xanımlar oturub, mərifətin, qanacağın olsun, ay şəxsiyyətsiz. İlk dəfə idi belə söhbətlərin şahidi olurdum”.

Mehin qarşılaşdığı olaydan sonra məkanı tərk etdiyini deyib:

“Dərhal hesabı ödəyib, “kişicik”lərə çox mədəni formada sözümü dedim və məkandan çıxdım. Şokdan bir kəlmə belə deyə bilmədilər. Vallah, biz belə görməmişik. Bizim qeyrətli, ağzıbütöv, şəxsiyyətli, mərd oğullarımız var. Bəs bu “göbələk”lər harada yetişirlər belə?! Kaş, belələrini cəmiyyətdən silməyin bir yolu olardı. Kaş, kökləri kəsiləydi. Cəmiyyətə övlad bəxş edə bilməyəydilər. Bu millət yazıqdır”.

Aysel məşhurları da başına yığıb doğum günü keçirdi

Müğənni Aysel Əlizadə doğum gününü qeyd edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı şəhər restoranlarının birində sənət dostlarını bir araya toplayaraq yeni yaşını qarşılayıb.

Məclisdə müğənnilər Zamiq Hüseynov, Nura Suri, Əbdül Xalid, aparıcılar Nərgiz Məmmədova, Vüsalə Əlizadə, Alidə Mustafayeva, Vüsalə Kərimova, Samir Bayramlı, rəqqasə Fatimə Fətəliyeva, aktrisa Sevinc Əliyeva, stilist Nəsir Babayev və başqaları iştirak edib.







 

Əlçatmaz ucalıq timsalı Dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqımızın taleyinə Azərbaycanın, onun dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti bütün mənalı ömrünü canı qədər əziz bildiyi Azərbaycanın inkişafına həsr etmiş, böyük qurucu, memar kimi Azərbaycanın hər bir guşəsində iz qoymuşdur. Xalq öz Ulu Öndərinin gördüyü işləri yüksək qiymətləndirir və ona böyük ehtiram göstərir. Bu dahi insan özünün bütün fəaliyyətində xalqa arxalanmışdır. Respublikamızın ictimai fikrində dahi rəhbərin 30 illik tarixi fəaliyyəti haqlı olaraq bir əsrə bərabər tutulur. Bu müddət ərzində onun rəhbərliyi altında Azərbaycan üçün, xalqımız üçün görülmüş işlər, inşa edilmiş nəhəng müəssisələr, iri yaşayış massivləri, sosial obyektlər, salınmış istirahət parkları göz qabağındadır. Bunları yaratmaq üçün heç bir əsr də kifayət etməz. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Azərbaycana rəhbərliyi yenidən öz üzərinə götürən böyük siyasətçinin, təcrübəli dövlət xadiminin idarəçilik məharəti nəticəsində Azərbaycan onu təqib edən fəlakətdən, məhv olmaq təhlükəsindən, etnik parçalanmadan xilas edildi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu. Azərbaycanda qardaş qanı axıdılmasının qarşısı alındı. Atəşkəs əldə olundu. Bunun nəticəsində hərbi və iqtisadi siyasətə yenidən baxıldı. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin maraqları Azərbaycana yönəldildi, iqtisadi islahatlar başlandı, böyük iqtisadi əhəmiyyət kəsb edən neft kontraktları imzalandı. Əvəzolunmaz lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra ölkəmizdə ordunun gücləndirilməsinə, hüquqi dövlət quruculuğuna, demokratik prinsiplərə geniş yer verildi. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın və dilimizin Azərbaycan adı özünə qaytarıldı, gücümüzün və vahidliyimiz əsası olan milli birlik bərpa edildi. Heydər Əliyevi özlərinin idealı hesab edənlər yanılmırlar. O, müqəddəs şəxsiyyətdir, türk dünyasının ən böyük, ən parlaq lideridir, dünyada tanınmış siyasi xadimdir, xalqımızın ümid çırağı, inanc və inam yeridir. O, yenilməz, əvəzsiz, xidmətləri ilə dahilik zirvəsinə ucalmışdır. Heydər Əliyev böyüklüyü qədər sadə, sadəliyi qədər də dahi şəxsiyyətdir. Heydər Əliyev dövrü Azərbaycan səlnaməsinə qızıl hərflərlə yazılmış və bizim hər birimiz üçün önəmli olan bir tarixdir. Bu gün xalqımızın böyük oğlu, dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu davamçısı hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla sabaha, işıqlı gələcəyə doğru addımlayırıq. Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulmuş iqtisadi siyasət kursu da inamla davam etdirilərək daha geniş miqyas almışdır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək məqsədilə mühüm dövlət proqramları imzalamış, regionlarımızın tarazlı inkişafına hesablanan ardıcıl və qətiyyətli addımlar atmışdır. Dövlət başçısı Prezident seçkilərindən sonra ilkin addım kimi "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafın əsas istiqamətlərini müəyyənləşdirmişdir. İqtisadi siyasətdə əsas yer verdiyi qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoymuşdur. Fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizi və xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edirəm.
 
Xosrov İsmayılov-Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Laçın şöbəsinin müdiri

Əriylə öpüşən Xatirəni tənqid etdilərMüğənni Xatirə İslamın İnstaqram hesabında paylaşdığı son videosuna sosial şəbəkə istifadəçiləri tərəfindən həm tənqidi, həm də xoş sözlər yazılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb ifaçının qatıldığı məclislərin birində həyat yoldaşı ilə rəqs edərkən onu dodağından öpməsi olub.

İzləyicilərin bir qismi müğənninin bu hərəkətinə “Gəlin səndən abırlıdır”, “Xatirənin get-gedə ağlı azalır”, “Vay ayıbdır. Heç gözləməzdim Xatirə xanım sizdən”, “Adamda bir abır-həya olar” və s.tənqidi şərhlər yazıb.

Digər qism isə Xatirəyə “Əridir də, öpəcək”, “Super. Allah ayırmasın”, “Allah daim xoşbəxt eləsin” kimi şərhlərlə dəstək olub.

Hacı Şahin: “Bu, dövlət təhlükəsizlik məsələsidir, vətəndaş qarşıdurması…”














“Bəzilərinin məlum mövzunu süni şəkildə qabartması ilə əlaqədar son dəfə mövzuya toxunmaq istəyirəm. Bir dəfə çıxışımda bildirmişdim ki, bu tip məsələlər dövlət təhlükəsizliyi məsələsidir, yenə də öz fikrimdə qalıram”.

Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli Gədəbəy rayonundakı ziyarətgahda yaşanan hadisələrə münasibət bildirib.

İlahiyyatçının fikrincə, gündəmə “Qaloş Piri” kimi gələn olay xalqın ənənəvi inanclarını hədəfə alan bəzi çıxışlara rəvac verir. Bu baxımdan din xadimi saytlara açıqlamasından sonra bir daha mövzuya qayıdıb.

Hacı Şahin Həsənli vurğulayıb ki, xurafat ən kəskin və birmənalı şəkildə qınanmalıdır: “Uzun illərdir bu istiqamətdə biz də fəaliyyət göstəririk. Amma xurafatla mübarizə apararkən diqqətli olmalıyıq ki, heç kim bu adla dəyərlərimizi hədəfə almasın”.

İlahiyyatçının sözlərinə görə, övliyaların (müqəddəs, təmiz, saf, pak – red.) ziyarəti sıradan bir mövzu deyil, xalqımızın dinə münasibətinin özünəməxsus təzahürüdür: “Bu yanaşma insanlara mərhəmət hissi aşılayan, onları sərt ehkamçı təfəkkürdən qoruyan bir yanaşmadır”.

Hacı Şahin Həsənli qeyd edib ki, bu zehniyyət bütöv ölkələri vətəndaş qarşıdurmasına sürükləyərək viran qoyub: 

“Bir daha vurğulamaq istəyirəm ki, ziyarətgahları hədəfə alan, sərt ehkamçılığı təbliğ edən təkfirçi zehniyyətin təhlükəsi heç də bu xurafatçı zehniyyətdən az deyil ki, çoxdur. Bu zehniyyət bütöv ölkələri vətəndaş qarşıdurmasına sürükləyərək viran qoyub, yüz minlərlə günahsız insanı qətlə yetirib və öz çürük ideyalarını bütün islam coğrafiyasına yaymağa cəhd göstərir”.
Çimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTO













Azərbaycanlı aktrisa Çimnaz Sultanova dərin sinə dekoltesi ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Seriallardakı rolları ilə məşhurlaşan aktrisanın “Instagram”da paylaşdığı fotolar səs-küy yaradıb.

Əks cinsin böyük marağına səbəb olan fotoları təqdim edirik:
Çimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTOÇimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTOÇimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTOÇimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTOÇimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTOÇimnaz Sultanovanın dərin sinə dekoltesi kişiləri heyran etdi – FOTO
 
ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR


Deyir ki, Amerikaya gələnədək bu qədər layihəni rellaşdıra biləcəyinə inanmırmış: “Buraya gələndən sonra özümdə müxtəlif bacarıqlar kəşf etdim. İndi anlayıram ki, mən heç də aciz insan deyiləm”…

Haqqında söhbət açdığım Fatimə Məlikli 2002-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinfin birinci yarısınadək 138 saylı tam orta məktəbdə oxuyub. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır…

…Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir. Fatimənin Ağakərim adında on bir yaşlı bir qardaşı da var…

ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR


Hazırda on birinci sinfi bitirən bu xanım səkkizinci sinfin ikinci yarsını “Auburndale Middle School”da davam etdirsə də, doqquzuncu sinifdən Tastin şəhərinin “Magnolia Science Academy Santa Ana” tədris ocağında oxuyur. Onuncu sinifdən “Santa Ana” Kollecində də təhsil alır…

Cəmi on yeddi yaşın içində olsa da, çox bacarıqlıdır. Los Ancelesdəki “Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olub. Həmin bölməyə “Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya xanım Məmmədova ilə birlikdə Azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə ediblər.

ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR


Sizə zarafat gəlməsin, ötən il oxuduğu məktəbin ictimai əsaslarla vitse prezidenti seçilsə də, növbəti dərs ilində prezident vəzifəsini icra edəcək. Bu ictimai səlahiyyət ona geniş imkanlar yaradıb. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilati işləri ona həvalə olunub. Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi “WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq “Orange County Food Bank” təşkilatına təqdim edib. Eyni zamanda, “WE ARE SILENT” layihəsinə əsasən, oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirib. Həmin tədbirdə şagirdlərə özlərini azad şəkildə ifadə etmək hüquqları haqqında mühazirə oxuyub. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar ianə toplayıb.

Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb “Qırmızı Xaç Cəmiyyəti”nə təhvil verir. Bu arada azərbaycanlı olduğunu da unutmur. Və Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara alıb. Bu münasibətlə video klip hazırlamağı planlaşdırır. Həmin klipdə amerikalı müəllim və şagirdlər ölməz şairin əsərlərindən birini azərbaycan dilində əzbərdən söyləyəcəklər…

ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR


Ana dili ilə yanaşı, ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir. 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilib. Ötən il dəqiq elmlər üzrə keçirilən “STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Bu il isə tarix fənni üzrə olimpiadada qızıl medal alıb. Və qiymətləri əla olduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi “Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunub…

ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR


Bütün yeniyetmələr kimi onun da arzuları çoxdur. Gələcəkdə kompüter elmləri üzrə ali təhsil almaq istəyir. Artıq bu sahədə müəyyən uğurlara imza da atıb. İndiyədək dörd yeni kompüter oyunu proqramlaşdırıb və bu oyunlar həm şagird dostları, həm də müəllimləri arasında çox məşhurdur. Bütün bunlarla yanaşı, anasına ev işlərində kömək etməyi xoşlayır. Musiqi dinləməkdən, bədii kitab oxumaqdan zövq alır…

Qısa müddətdə xeyli uğur qazanmış bu təvazökar, bacarıqlı, özünə güvənən xanımı dinlədikcə, Azərbaycan yeniyetmələrinin amerikalı həmyaşıdlarından heç də geri qalmadıqlarına sevinirsən…

Deyir ki, Vətəni çox sevir: “İstəyirəm ki, orada təhsil alan uşaqlar üçün də geniş imkanlar yaradılsın. Özümü təsdiq edəndən sonra Azərbaycana gedib müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR



Azərbaycanlı fitnes-model dünya ulduzlarının sevimlisinə çevrilib.

Minval.info xəbər verir ki, uzun illərdir Ukraynada yaşayan, Bakıda anadan olmuş məşhur bodibilder Bahar Nəbiyevanın “İnstagram” hesabında 2.5 milyo izləyicisi var.

Nəbiyeva trenajorlarla məşğul olur və özünün nazik bel, cazibəli omba və ayaqları ilə tanınmış pozasında şəkil çəkdirməyi də unutmur. Onu da dünyada məşhurlaşdıran məhz bədən quruluşudur.

Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR


Nəbiyeva etiraf edib ki, çoxsaylı fəaliyyətlərlə, eləcə də xeyriyyəçilik işləri ilə məşğuldur. Lakin heç vaxt öz maraqları və şəxsi həyatı barədə məlumatları paylaşmır, çünki bunu zəruri hesab eləmir. O, hər gün idman zalını ziyarət edir, trenajorlarla məşğul olur və özünün nazik bel, cazibəli omba və ayaqları ilə tanınmış pozasında şəkil çəkdirməyi də unutmur.

Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR


Sosial şəbəkədə o, “Miss Polad Omba” (“Miss Stalnaya Popa” — dilimizdə qeyri-etik səsləndiyinə görə, dəqiq tərcümə etmirik — red.) ləqəbi ilə məşhurdur. O, 2012-2013-cü illərdə universitetdə keçirilən pauerliftinq yarışlarında iştirak edərək müvafiq mükafatları qazanıb.

Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR


2015-ci ilin aprelində Nəbiyeva Dnepr Kuboku yarışlarında fitnes-bikini kateqoriyası üzrə iştirak edərək beşinci yeri tutub. Hazırda idmançı enerji çatışmazlığı səbəbindən sərt dieta və nəticəyə hesablanmış ağır məşqlər tələb etdiyi üçün müsabiqələrdə iştirakla maraqlanmır.

Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR


Xatırladaq ki, Bahar Nəbiyevanın 25 yaşı var. Onun atası azərbaycanlı, anası isə ukraynalıdır. O, Bakıda anadan olub və sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb. Hazırda Alfred Nobel adına Dnepropetrovsk Universitetində təhsil alır.

Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR


Nəbiyevanın sosial şəbəkələrdəki paylaşımlarını təkcə sadə istifadəçilər deyil, dünya şöhrətli məşhurlar da izləyir. Dünya şöhrətli ifaçılar Lil Wayne və 50 Cent dəfələrlə onun şəkillərinə, ona heyran olduqlarını bildirən şərhlər yazıblar.
Xatunun paylaşımı başına bəla oldu – “Yazıq arxadakılar…” – Foto


Müğənni Xatun Əliyevanın İnstaqram hesabında paylaşdığı son videosuna sosial şəbəkə istifadəçiləri tərəfindən saysız-hesabsız mənfi şərhlər yazılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb ifaçının geyindiyi dar libasda yançağının qabarıq görünməsi olub.

İzləyicilər müğənninin paylaşımına “Bu niyə özünü bu günə qoyub”, “Yazıq arxadakılar”, “Quyruğun bərbad”, “Xatun xanım, vallah çox gülməli görünür “fiquranız”” kimi şərhlər yazıb.Xatunun paylaşımı başına bəla oldu – “Yazıq arxadakılar…” – Foto
Hacı Şahindən “Qaloş piri” videosuna münasibət












“Belə inancların dinə qəti şəkildə uyğunluğu yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.

QMİ nümayəndəsi bildirib ki, İslam dini insanları bu kimi xurafatlara dəvət edə bilməz: “Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Lakin bu şəkildə “ibadət formaları” dinin adına ləkədir. “Qurani-Kərim” insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstündə dua oxuna, fatihə verilə, hədiyyə namazı qılına bilər. Lakin bu kimi əməllər dinimizi gözdən salır”.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə “Report”un Qərb mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib: “Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə “Qaloş piri” deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır.”

İcra nümayəndəsi onu da bildirib ki, həmin evdə yaşayan və ehsan verən şəxslərin bu mərasim zamanı camaatdan pul və ya dəyərli əşyalar alması barədə eşitməyib və bütün bu olanları başqa şeylərə yozub, seydin adına şəkk edilməsi isə xoşagələn hal deyil.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində “Qaloş piri” adı ilə videogörüntü yayılıb.