Son xəbərlər

Onlar Tünzaləyə görə keçəl oldular


Ailəsi xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevaya dəstək olub. Həyat yoldaşı Röyaldan sonra aktrisanın qayınatası, qardaşı və bacısı oğlu onun yanında olduqlarını göstərmək üçün saçlarından imtina ediblər. 

Tünzalə instaqram səhifəsində onların keçəl şəkillərini yayaraq ailə üzvlərinə təşəkkürünü bildirib: “Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, çətin anlarda dəstəyik, o qədər güclü olacağıq. Allah sizi məndən əksik etməsin”. 
Onlar Tünzaləyə görə keçəl oldular

“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”


Tanınmış aparıcı Leyla Mustafayeva sosial şəbəkələrdə paylaşdığı və tənqidlərə məruz qalan görüntülərinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, Cənubi Koreyada olarkən instaqramda yaydığı osminoq yeyən videosuna mənfi rəy yazanlara cavab verib:

“Yediyim qurd deyildi, osminoqdur. O videodan sonra hamı yazdı ki, daha məni öpmə. Belə gündəm yaradacağını gözləmirdim. Çünki bunu normal qəbul edirəm və səfərlərə gedən zaman dəniz məhsulları yeyirəm. Canlı deyil, az bişmişdi. Çox çeynədim, çünki belə etmək lazımdır. Həm də dadlı idi. Hələ Yaponiyada ilbiz yemişdim. Onu çox qəşəng qovurdular, duz-istiot vurdular. Ləzzətli idi”. 


“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”
“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”
“O videodan sonra hamı yazdı ki, daha məni öpmə”
Bəhramla Tahir Nazpərini ələ saldı - Video


Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov Xalq artisti Nazpəri Dostəliyevanın “metro, avtobus sənət adamları üçün deyil” sözlərini ələ salıblar. Hər iki aktyor qısa video çəkərək məşhur müğənninin fikirlərinə etiraz edib. 

Görüntülər “İçərişəhər” metrostansiyasında lentə alınıb. Bəhram Bağırzadə “sənətkar”, Tahir İmanov isə metro əməkdaşı obrazını canlandırıb. Videodan görünür ki, İmanov Bağırzadəni yeraltı nəqliyyata buraxmır və “metro sənətkar üçün deyil. Avtobusa da minmə” şərhini verir. 

Qeyd edək ki, N. Dostəliyeva qalmaqala səbəb olacaq açıqlamanı “Səhər-Səhər” proqramında vermişdi. <iframe src="http://qafqazinfo.az/news/player?id=254077&l=/uploads/files/61553545_2423924957657707_7661938295596646400_n.mp4" width="100%" height="360" frameborder="0" scrolling="no" allowfullscreen></iframe>
Elman Fəttahla Vüsalə Əlibəyli nişanlandı


Müsavat başqanının müavini Elman Fəttah nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalist Vüsalə Əlibəyli ilə münasibətlərini ciddiləşdirib.

Dünən cütlüyün elçilik mərasimi keçirilib. Elçilikdə partiyadaşları Tofiq Yaqublu və Yadigar Sadıqlı da iştirak edib.
Elman Fəttahla Vüsalə Əlibəyli nişanlandı
Elman Fəttahla Vüsalə Əlibəyli nişanlandı
 
 
Pərvini tənqid etdilər - Bu fotolara görə


Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə tənqidlərə məruz qalıb. Buna səbəb Pərvinin instaqramda paylaşdığı yeni fotolarıdır. 

Aktrisa qarın əzələlərini nümayiş etdirdiyi fotolarını 1 milyona yaxın izləyicisi ilə bölüşüb. Ancaq Abıyevanın sözügedən görüntüsü birmənalı qarşılanmayıb. Kifayət qədər çəki atan və tamamilə dəyişən Pərvinin sözügedən şəkillərinə 500-ə yaxın rəy yazılıb. 

İnstaqram istifadəçiləri aktrisanın son görüntüsünü bəyənməyib. Belə ki, “Pərvinin qabırğaları sayılır”, “Elə bil qocalıbsan”, “Əvvəllər daha yaxşı bədənin var idi”, “Arıqlıq sizə yaraşmır” tipli şərhlər yazılıb
Pərvini tənqid etdilər - Bu fotolara görə
Pərvini tənqid etdilər - Bu fotolara görə
 
 
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar


Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

"Qafqazinfo" xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. 
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar
Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar
Şəhid mayorun nəşi Qaxa gətirilib - Fotolar


Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

“Ordu.az verdiyi məlumata görə, şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. 

Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.
Şəhid mayorun nəşi Qaxa gətirilib - Fotolar
Şəhid mayorun nəşi Qaxa gətirilib - Fotolar
Şəhid mayorun nəşi Qaxa gətirilib - Fotolar
Şəhid mayorun nəşi Qaxa gətirilib - Fotolar
 
 
Xərçəng xəstəsi olan Tünzalə başını keçəl etdi – Əri də dəstək oldu


Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) kimyaterapiyaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, saçlarını kəsdirən aktrisaya həyat yoldaşı Röyal da başını keçəl etməklə dəstək olub. Birgə fotolarını sosial şəbəkədə paylaşan Tünzalə yazıb: “Xoşbəxt olmaq üçün xarici görünüşün heç bir anlamı yoxdur. İnşallah, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl əməliyyat olunan Əməkdar artistin vəziyyəti bu ay yenidən pisləşib. Aktrisanın uşaqlıq yolunda bədxassəli şiş tapılıb. O, açıqlamasında 6 kimyaterapiya, 25 şüa qəbul edəcəyini bildirmişdi.
Dilarənin yataqda yarıçılpaq görüntüsü yayıldı - Foto


Müğənni Dilarə Kazımova cəsarətli fotolar çəkdirməkdə davam edir.

AzFakt.com xəbər verir ki, ifaçı bu dəfə yataqda qısa ətəkdə kamera qarşısına keçib.

Onun bu görüntüləri izləyiciləri tərəfindən bəyənilsə də, bəzi sevənləri onu bu fotosuna görə tənqid edib.

Xatırladaq ki, Dilarə 2014-cü ildə "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edib.Dilarənin yataqda yarıçılpaq görüntüsü yayıldı - Foto
Nura çimərlikdə - Açıq-saçıq foto


Azərbaycanlı müğənni Nura Surinin İnstaqram səhifəsində paylaşdığı foto izləyicilərinin marağına səbəb olub.

Teleqraf.com xəbər verir ki, qeyri-adi tərzi ilə gündəmdə olan sənətçi bu dəfə kamera qarşısına çimərlik geyimində çıxıb.

Fotonu təqdim edirik:Nura çimərlikdə - Açıq-saçıq foto