Son xəbərlər

Eldar ətəklə səmavi RƏQS ETDÄ°Avroviziya qalibimiz Eldar Qasımovun son paylaşımı maraq doğurub.

“Ölkə.Az” xəbər verir ki, ifaçı videonu İnstaqram səhifəsində yayımlayıb.

Görüntüdə Qasımov dərvişlərin rəqsi sayılan səmavi rəqs edib. Maraqlısı isə onun geyindiyi uzun ətəyi olub. 

Video izləyicilər tərəfindən çox bəyənilib. Eldar görüntünü belə şərh edib:

"O oğlana bax, səhnəyə bax, rəqsi ilə səhnəni dağıdır".

Sözügedən görüntünü təqdim edirik:

10 illik “Bacanaqlar”ın sonu...

ATV kanalının ən uzun ömürlü serialı olan “Bacanaqlar” final edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ekran işinin instaqram səhifəsində məlumat verilib. Qeyd olunub ki, 10 ilə yaxındır ki, tamaşaçı qarşısına çıxan layihə 444-cü bölümdə tamaşaçılarla vidalaşıb.  

“Hər gözəl başlanğıcın bir sonu olur. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq”.

Məşhur azərbaycanlı xanəndə vəfat etdi - FOTOCənubi Azərbaycanın məşhur xanəndəsi Huşəng Azəroğlu vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi Cavid Təbrizli məklumat verib.

Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən Huşəng Azəroğlu dünən dünyasını dəyişib.

Qeyd edək ki, xanəndə milli ruhlu mahnıları ilə şöhrət qazanıb. Onun “Sizə Salam gətirmişəm”, “Olmaz, olmaz, olmaz” mahnıları dillər əzbəri olub.

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür.

"Qafqazinfo"nun məlumatına görə, 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.

Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov AÇ-2020-nin seçmə mərhələsində Macarıstana və Slovakiyaya uduzan Azərbaycan millisini ələ salıb, tənqid ediblər.

Minval.info xəbər verir ki, onlar futbolçularımızı tənqid edərkən bir müddət öncə gündəm olan “Qaloş piri” mövzusundan yararlanıblar.

Aktyorlar futbolçulara, futbolu idarə edənlərə bu şəkildə mesaj veriblər.

“Məni çoxmu sevirsən?”- deyə Kamrandan nazlana-nazlana soruşan ərköyün qız,  sevgisini vətənin rifahına qurban verən hökmdar qadın, məkrli həyat yoldaşı, unudulmuş balerina və saydıqca çoxalan müxtəlif xarakterli obrazlarda görmüşük, sevmişik onu. 2018-ci ilin noyabrınadək böyük bir kollektivə rəhbərlik edən “qara paltarlı qadın”… Niyə qara? Buna da, bu günə qədərki həyat və sənət yoluna da özü ilə birgə səyahətə çıxmağımızla işıq salmaq istəyindəyik. Xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amlaya Pənahova ilə.

Uşaqlığı Gəncədə keçib, orda dünyaya gəlib.  Özünü dinləyək:

“Nənəli – babalı, atalı-analı, bibili-əmili böyük bir ailədə böyümüşəm.   Atamın 17, anamın 15 yaşları olanda mən dünyaya gəlmişəm.

Nizaminin “Xəmsə”si yeni çapdan çıxmışdı, kitabda qəhrəmanların illüstrativ şəkilləri uşaqlıq hafizəmdə həkk olunub. O qəhrəmanlarda özümü təsəvvür edirdim.  Qonşuluqda Gəncə Teatrında işləyən sənətkarlar yaşayırdılar, onların uşaqları ilə oturub-dururdum, teatra tez-tez gedirdik. Adil İsgəndərov, Barat Şəkinskaya, Məmmədrza Şeyxzamanov kimi böyük sənətkarlar Gəncə teatrından Bakıya dəvət olunub gəliblər. Yeganə o teatra sədaqətli qalan Ələddin Abbasov oldu. Atamla da dost olublar, düzdür atam ondan yaşca kiçikdir. Atam teatr həvəskarı olduğundan teatrda gənc yaşlarında rollar da oynayıb. Sonra hərbi işi üstün tutduğu üçün hərbçi oldu. Onun işi ilə əlaqədar da mən  10 yaşımda olanda biz ailəlikcə Bakıya köçdük.

Sənətə həvəsim o qədər böyük idi ki, televiziya açılanda “Bənövşə” uşaq xoruna ilk yazılanlardan oldum. Atam teatr dərnəyinə məni buraxmırdı, amma xora icazə verdi, görünür düşündü ki, xorun  ardına düşüb getmərəm.  Xorun rəhbəri Əfsər Cavanşirov idi.  Sənətə televiziyadan belə gəldim. Xorda beş il solist olmağım sonrakı teatr fəaliyyətimə çox kömək oldu. Teatrda İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasında ilk dəfə mən səhnədə canlı mahnı ifa etdim.

Məni sənə bağlayan-bağlayan
Eşqim məhəbbətimdir.
Yollarında saxlayan-saxlayan
Sənə sədaqətimdir.

Milli Məclisə deputat seçiləndə orda həmkarlarım məni bu mahnı ilə qarşıladılar. İllər sonra da yaddaşlarda qalıb, sevilir.

İlklər həyatımda çoxdur. İlk övlad, nəvə olduğum kimi. Mənim çıxışımla ilk rəngli televiziya efirə çıxıb. Səhnədə ilk canlı ifa edən aktrisa. İlk dəfə teatr tariximizdə dramaturq aktrisa üçün rol yazıb.  “Sən həmişə mənimləsən” tamaşasında Tofiq Kazımov risk eliyib 18 yaşlı tələbə qıza baş rolu verdi.  Ondan sonra İlyas Əfəndiyev yeni dram əsərlərində mənim ifam üçün rollar yazdı. Onun teatra təqdim etdiyi  12 əsərinin tamaşasında mən rol oynamışam. “Mənim günahım” televiziya tamaşasını isə özüm hazırlayıb baş rolu oynadım. Teatrda həmin tamaşada Ayqızı ifa etmişdim.

Kinoya daha çox meylli idim. Ona görə Moskva Kinemotoqrafiya İnstitutuna getmək istəyirdim, həm də rus dilində təhsil almışdım deyə, Moskva məni çəkirdi. Atam icazə vermədi.

Burda maraqlandım, yenə xorda olmağım kömək etdi. Xorun məşqlərini etdiyimiz məkanda həm də radio tamaşalar yazılırdı. Orda aktyorları gördüm, mənə dedilər ki, sən aktrisa olmaq istəyirsənsə əvvəlcə dili bilməlisən.
10-cu sinfi keçdim gecə məktəbinə və gündüzlər gedib Teatr İnstitutunda mühazirələr dinlədim. Daxil olanda isə rektorun icazəsi ilə mən inşanı rus dilində yazdım. Bu da necə oldu. İlk dəfə maraqlanıb instituta gələndə qapı ağzında bir nəfərlə rastlaşdım, soruşdum ki, mən kimə yaxınlaşmalıyam burda oxumaq istəyirəm, amma Azərbaycan dilində təhsil almadığım üçün indidən məsləhət almalıyam. O, da mənə dedi ki, gəl mühazirələrə, qəbul vaxtına qədər baxarıq. Soruşdum kimsiniz, məlum oldu rektor Rahib Hüseynovdur.

Adil İsgəndərovun kursuna dinləmələrə gəlirdim, sonra da qəbul olunub onun kursuna düşdüm, çünki o vaxt birinci kursdan sonra Adil İsgəndərov ona verilən kursu bəyənməyib özü kurs yığmışdı. Mən onun kursunda dörd yox, beş il oxumuş oldum.

Atam mənim instituta daxil olmağımı sonradan bildi və mənimlə kəlmə kəsmədi.  Anam onun fikirlərini mənə çatdırırdı, zərbələri anam özünə götürürdü. İlk tamaşama ailəmi, qohuməqabanı dəvət etdim gəldilər. Tamaşadan sonra atam böyük ziyafət verdi və məni təbrik etdi. Dedi ki, istəmirdim sən bu sənətin ətrafında fırlananlardan olasan. Gördüm ki, ilk addımından uğur qazandın. Mən bir gecənin içində çox məşhurlaşdım.   Premyera olan ilin son gecəsinin televiziyada  “Mavi işığ”ını Əli Zeynalovla mən apardıq.

Tofiq Kazımovun dördüncü kurs rejissorları iki tamaşalarında mənə rol verdilər. Orda Tofiq Kazımov məni gördü və İlyas Əfəndiyevin “Boy çiçəyi”nin tamaşasında Nargilə roluna dəvət etdi. Əvvəlcə əsəri verdi oxumağa. Bir gecənin içində neçə dəfə oxuyub ağladım . Səhər soruşdu ki, hansı rolu oynamaq istəyirsən? Dedim əlbəttə Nargiləni. Gəldim Adil İsgəndərovla məsləhətləşməyə dedi icazə vermirəm sən teatrda işləyəsən, mən səni kino üçün yetişdirirəm. O dövrdə Adil İsgəndərovun 30 il çox böyük əziyyətlər çəkdiyi “Azdrama”nı onun əlindən almışdılar. Yetişdirdiyi sənətkarlar ona arxa olmadılar, o, da incidi o teatrdan.  Yeni binanın inşasının təhvilinə az qalmış onu işdən çıxartdılar. Adil müəllim artıq kinostudiyada çalışırdı. Ondan sonra teatr neçə-neçə rejissor dəyişdi, nəhayət Tofiq Kazımov baş rejissor təyin olundu. Ona görə Adil İsgəndərov mənə icazə vermək istəmirdi. Ondan icazəsiz getdim teatra və uğur qazandım. Əvəzində gənc dövrlərimdə kinoya çəkilmədim, çünki Adil İsgəndərov məndən incimişdi.  Yoldaşım Yusif Muxtarov da kinoya deyil, radioya getdiyi üçün onu da kinoya çağırmırdı.

Teatrda bir-birinin ardınca “Qanlı Nigar”, “Bizim qəribə taleyimiz”, “Unuda bilmirəm”, “Şeyx Xiyabani”, “Təhminə və Zaur”, “Büllur sarayda” çox böyük uğurla gedən tamaşalarda oynadım. O vaxt teatrda Nəcibə Məlikova, Leyla Bədirbəyli, Barat Şəkinskaya kimi nəhənglər vardı. Onlar artıq gənc qız rolunu oynaya bilməzdilər. Mənim gəlişim teatr üçün, onların özləri üçün də yaxşı idi, amma müqavimətlərə də rast gəlirdim. Tamaşaya çıxmalı idim, qrim otağımın qapısını bağlayıb açarları itirən vardı. Səhnə paltarımı kəsib doğrayan vardı. Ailəmi dağıtmağa çalışırdılar.

Yoldaşımla birinci kursdan tanış olduq, nişanlandıq. O, başqa bir ali təhsil almışdı. Dostunun yanına bizim instituta gəlib məni görəndən sonra sənət verib daxil oldu və mənimlə bir kursa düşdü.  Yusiflə nişanlı olduq, institutu bitirəndən sonra evləndik. Bir qızımız, bir oğlumuz dünyay gəldi.  48 il birgə çox xoşbəxt yaşadıq. O, da xalq artisti idi, Bələdiyyə Teatrını birgə yaratmışdıq.

Uşaqlarımız bizim sənətə meyllənirdilər, mən imkan vermədim.  Oğlum diplomatdır, Meksikada Azərbaycanın səfiridir. Nəvələrim də istədilər, icazə vermədim. İlk nəvəm iki ali məktəb bitirib. Oğlumun oğlu atasının yolu ilə diplomat olmaq istəyir. Kiçik nəvəm deyəsən bizim sənətə gələcək, çox böyük istedadı və qətiyyəti var.

Çətin sənətimiz var. Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə. Teatr mənim hər şeyimdir, amma gördüyüm haqsızlıqları övladımın yaşamasına qıymaram. Mənim yoldaşım sarıdan dayağım oldu, harda o qarant var ki, onların da dayağı olacaq. Ətrafda o qədər istedadsızlar qaraguruhu əmələ gəlir ki, baş açmağa çətinlik çəkirsən. Öz sənətimdən doktorluq müdafiə elədim. Hamıdan gec xalq artisti oldum. Repertuar hamısı çiynimdə idi. 20 tamaşadan 16-sında baş rolda olduğum bir vaxtda hər şeyi atıb çıxdım teatrdan. 84-cü ildə yaşım 40-ı keçmişdi “Nişanlı qız”da Zərifəni oynadım. 1992-ci ildə çox çətin bir dövrdə teatr çox düşmüşdü, istəyirdim ki, teatrla cəbhələrdə çıxış edək. Nəhayət ki, çıxıb öz teatrımızı yaratdıq.  İlk tamaşamız “Medeya” olmuşdu. Milli Dram teatrından ixtisara düşən qocaman sənətkarları da ətrafıma topladım.

Sonralar kinoya ardıcıl dəvət olunurdum, bununla belə istədiyim qədər deyil. Televiziyada külli miqdarda tamaşalarda oynamışam, radio tamaşalar da çox olub.

Beş il millət vəkili oldum. Elə bilirəm ki, orda da boş yer tutmadım. Sənətimiz özü elə siyasətə xidmət edir. Biz xalqa xidmətdəyik, sənətdə də, diplomatiyada da. Sənətkar elə siyasətçidir. Necə siyasət deyil ki, sovet vaxtı İlyas Əfəndiyevin əsərləri ilə  səhnədən o tay, bu tay Azərbaycan deyirdik. Xalq sevdiyi sənətkara inanır, siyasəti məhz o, yeridə bilər. Cəbhə bölgələrində bizim tamaşadan əsgər silahını götürüb birbaşa döyüşə yollanırdı.

Həyat yoldaşımı  itirdim. Onunla birgə dayağım, dostumhəmdəmim getdi. Ürək sevinmir, gülmür. Ailəm başsızdır, o missiya mənim çiyinlərimə düşdü. O, ən pessimist vaxtlarımda məni həyata ruhlandırıb. Bu gün yoxdur.
Bələdiyyə Teatrı mənim həyatımdır. 20 ildən artıqdır burda canımı qoyuram. Bilirəm ki, bir gün mən olmayanda bu teatr yaşayacaq, çünki təməli möhkəmdir”…

Xatırladaq ki, Amaliya Pənahova 2018-ci noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.

modern.az

Aktrisa Fidan Axundovanın paylaşdığı yeni fotosu yersiz müzakirələrə səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, sənətçi İnstaqram səhifəsindən yeni fotosunu  yayımlayıb.

Lakin aktrisa bu paylaşımına peşman olub.

Belə ki, izləyicilərdən biri Axundovanın heç  bir şərhə cavab verməməsindən deyəsən yaman əsəbləşib. Bundan sonra o, aktrisanın ünvanına xoşagəlməz şərh yazaraq onu tənqid edib.

“Fidana yazın nazirəm, biznesmenəm dərhal sizə yazacaq. Yoxsa bu aktrisalar boşuna aktrisalıq eləmirlər”.

Şərhdən də göründüyü kimi, izləyici nəinki Fidan Axundovanı, hətta aktrisalıqla məşğul olan bütün sənətçiləri təhqir edib.

Sözügedən şərhi sizə təqdim edirik:


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Elvin: “İndi özünü qız kimi aparan kişilər dəbdədir”














İndi gündəmdə olmaq üçün normal olmaq lazım deyil. Normal olsan, haqqında danışmayacaqlar, saytların başlağında olmayacaqsan. Kanallar səni çağırmayacaq. Amma normal olmayan hərəkətlər et, danış, deyəcəklər reytinqdir. Ağıllı olub, özünü dəli kimi göstərmək camaatın diqqətini çəkir.

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi efirlərdən gileylənib. O bildirib ki, özünü normal aparanlar artıq gündəmdə qala bilmir:

“Əslində, onlar çox ağıllıdılar. Amma gündəm xatirinə özlərini elə aparırlar. Bəzisi kişidir, başlayır qız kimi davranışlar etməyə. Beləcə, diqqət çəkir. Bayağılıq tək mahnılarda deyil. Elə davranışlarda da özünü göstərir. Guya, bunların içində bir qadınlıq yatırmış. Təəssüf ki, hazırda efirdə də belələrinə maraq var”.

Elvin son günlər qalmaqala səbəb olan məşhurların ictimai nəqliyyatdan istifadə etməsi mövzusuna da münasibət bildirib:

“Sonuncu dəfə dekabrda metroya minmişəm. Toya tələsirdim, yolda tıxac var idi. Maşını bir yerdə saxlayıb, getdim metroya. Gedib rahat və vaxtında da toya çatdım. Heç kimin fikrinə şərh vermirəm: müğənni metroya minə bilər və ya yox. Hərənin öz fikri var. Məcbur qalanda istifadə edirik, bundan sıxılmıram da. Amma maşın olduğu üçün çox yox. Amma öz fikrimi deyim, sənət adamları metroya minə bilər. İnsan məcbur qalanda hər şey edir. Heç vaxt heç vaxt demə”.

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva “Metro, avtobus sənət adamları üçün deyil” sözlərini demiş və qalmaqala səbəb olmuşdu.

Bakının Yasamal və Binəqədi rayonlarında “Topaz” məntəqələrinin fəaliyyətinin dayandırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, “Topaz” əmtəə nişanı ilə “Azərinteltek” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mərc oyunları keçirilir.

Minval.info xəbər verir ki, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 19 b ünvanında yerləşən obyektin qapadılması narazılıq yaradıb. Saytımıza müraciət edən məntəqə sahibi Nicat Məmmədli bildirib ki, “Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən ona məxsus “Topaz”ın fəaliyyətini dayandırıblar.

“Bizə əlavə heç bir məlumat verilmədi. Sadəcə, terminalı bağladılar və getdilər. Bunun səbəbini soruşsaq da nəticəsiz qaldı. 54 min manat xərc çəkmişəm. Onlardan heç olmasa, 40 min manat kompensasiya istəyirəm. Obyekti bağlayım, başqa iş görüm. Burada 4 nəfərik, evimizə çörək pulu aparırıq. 7 ildir “Topaz” işlədirəm, heç bir problem olmayıb. Xəbərdarlıq etmədən, birinci, Yasamal rayonundakını bağladılar sonra isə buranı. Belə özbaşınalıq olmaz axı, dağın başı deyil. Kirayədə qalıram, körpə uşağım var. Heç olmasa, bura çəkdiyim xərci ödəsinlər. Nə tələb ediblər, qanuna uyğun yerinə yetirmişəm. Məntəqə üçün xeyli əşya, aparat almışam. Müqaviləyə əsasən, ödənişlər həyata keçirilib. Nə zaman məntəqə bağlanarsa, pullar geri qaytarılmalıdır. 5 min manata terminal almışam, həm də eyni məbləğə balansa pul qoymuşam. Bizim obyekt bağlanmamışdan öncə, yeni “Topaz” açıldı sonra bizim məntəqə qapadıldı” – şikayətçi bildirib.

Məsələ ilə bağlı “Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidovla əlaqə saxladıq. O, açıqlamasında prosedurun qaydalar çərçivəsindən həyata keçirilib:

“Biz qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. Belə ki, məntəqənin fəaliyyətindən gözlədiyimiz nəticəni əldə etmədiyimiz üçün bu addım atılır. Hər bir agentimizlə müqavilə qarşılıqlı razılaşma ilə imzalanır. Xitamın arxasında həmçinin tamam başqa məsələlər də var. Bunu sizə deyə bilmərəm, hüquq-mühafizə orqanları həmin məsələ ilə məşğul olacaqlar”.

C.Məcidov Yasamal rayonunda yerləşən məntəqənin də fəaliyyətinə xitam verildiyini təsdiq edib və bunun müqaviləyə əsasən həyata keçirildiyini bildirib. O, həmçinin sözügedən qərarın arxasında qurumun məxfi hesab etdiyi mövzuların dayandığını qeyd edib.