Son xəbərlər

 

Azərbaycan öz gücünə, qüdrətinə arxalanaraq 30 il erməni işğalı altında olmuş torpaqlarımızı azad etdi. Artıq münaqişə bitib, suverenliyimiz tam şəkildə bərpa edilib.

Hazırda sərhədlərin delimitasiya və demorkasiya işləri həyata keçirilir. Daha doğrusu, verilən rəsmi məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində 28 sərhəd dirəyinin basdırılması prosesinin uğurla başa çatdırılmasında ilk işartılar olub. Təəssüf ki, belə bir tarixi günlər ərəfəsi "sapı özümüzdən olan baltalar" hər cür çirkin vasitə və üsullarla Azərbaycanın siyasi, diplomatik, hərbi uğurlarına kölgə salmağa çalışırlar. Bu da onu təsdiq edir ki, antimilli ünsürlər müstəqil deyillər, onları doğulub boya-başa çatdıqları dövlətinə düşmən kəsilməyə məcbur edirlər. Çünki təsəvvür edilmir ki, suyunu içib, çörəyini yediyin Vətəninə qarşı necə düşmən kəsilmək olar? Lakin xaricdəki antimilli ünsürlərin Azərbaycan xalqının milli və dövlətçilik maraqlarına qarşı sərgilədikləri qarayaxma kampaniyasını sosial şəbəkələr vasitəsi ilə müşahidə etdikdə, dərin təəssüf hissi keçirir və "onlar azərbaycanlı ola bilməzlər", - deyə düşünürsən. Ancaq acı reallıq ondan ibarətdir ki, ölkəmizin milli varlığına erməni revanşistləri kimi fəaliyyət yolu tutan Orduxan Temirxan, Arif Yunus, Trol Sadıqlı, Məhəmməd Mirzəli, Arif Məmmədov, Sevinc Osmanıqızı və digərləri Azərbaycanda doğulublar və bu Vətənin havasını udub, çörəyini yeyib, suyunu içiblər. " Daha firavan həyat yaşamaq" xəyalı ilə xarici ölkələrə üz tutublar. Lakin el məsəlində deyildiyi kimi, "kabab iyinə getmişdilər, gedib gördülər ki, eşşək dağlayırlar". Geri qayıtmağa abır-həya etdiklərindən, orada qalıb veyillənməyə üstünlük verdilər. Bu boşluqdan istifadə edən Avropadakı anti-Azərbaycan dairələr onları agentləri sırasına qatmağa səy göstərdilər və istəklərinə də nail oldular. Hazırda birmənalı şəkildə demək olar ki, xaricdəki antimilli ünsürlərin hər biri hansısa xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşıdır, bəlkə də müvafiq rütbələri var.

Azərbaycanlı "mühacir"lər öz ağılları ilə deyil, erməni lobbisinin sifarişləri əsasında fəaliyyətlərini qururlar

Görünən ondan ibarətdir ki, Azərbaycana qarşı aparılan çirkin qarayaxma kampaniyasında erməni lobbisi xaricdəki antimilli ünsürlərdən ibarət olan azərbaycanlı mühacirlərlə birlikdə hərəkət edirlər. Bu yaxınlarda Almaniyanın paytaxtında Azərbaycan dövlətçiliyinə qarşı erməni lobbisinin nümayəndələri ilə azərbaycanlı mühacirlərin birlikdə aksiya keçirmələri qeyd olunanlara misal ola bilər. İndiyədək xaricdəki antimilli ünsürlər adlandırılan şəbəkə ermənilərlə eyni mərkəzdən və eyni mövqedən çıxış etdiklərini ört-basdır etməyə çalışırdılar, amma artıq bunu gizlətmək mümkün deyil.

https://www.tiktok.com/@ifshalar.n1/video/7362462667673472264?_r=1&_t=8ls9uvIKftn

Söz yox ki, Almaniyadakı erməni lobbisinin nümayəndələri ilə bu ölkədəki azərbaycanlı mühacirlərin birgə aksiyası ilk hadisə deyil. Bundan əvvəl də tərəflər birlikdə aksiyalar təşkil edib, açıqlamalar yayıb, addımlar atıblar. Yəni, bir-birinə inam, etimad, dəstək mövcuddur. Əslində, başqa cür də ola bilməz. Çünki eyni mərkəzdən idarə olunur, maliyyə yardımları alır, dəstək görürlər. Hazırkı məqamda əməkdaşlıq əlaqələrini də gizlətmək fikrində olmadıqlarını nümayiş etdirirlər. Misal olaraq, oğurluq üstündə Azərbaycanda bir neçə dəfə həbsdə yatan və sonuncu dəfə amnistiya əsasında azadlığa çıxan və azadlığa çıxınca Almaniyaya gedən Manaf Quliyev adlı trol Sevinc Osmanqızının TV-sinə verdiyi açıqlamasında keçirilən aksiyanın təşkilində və həyata keçirilməsində erməni lobbisinin və nümayəndələrinin dəstəyinin olduğunu bildirib. Hətta utanıb-çəkinmədən dolayısı ilə nümayiş etdirdi ki, avtomobil karvanına qarşı planlaşdırdıqları təxribatın ideya müəllifi erməni lobbisi olub. Erməni lobbisinin yaratdığı "Theophanu Club Germany" səhifəsinin aksiyaya informasiya dəstəyi verməsi də onu deməyə əsas verir ki, azərbaycanlı "mühacir"lər öz ağılları ilə deyil, erməni lobbisinin sifarişləri əsasında fəaliyyətlərini qururlar.

 

Sevinc Osmanqızı utanmadan "ha...ha..hi... hi.." edirsə...

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, xaricdəki bütün trollar Almaniyanın paytaxtında keçirdikləri beş-on nəfərdən ibarət aksiyanın miqyasını böyütməyə çalışırlar. Halbuki aksiya ciddi nəticə vermədi. Yəni, təxribat küçə uşaqlarının xuliqanlığından o yana getmədi. Sadəcə, trolların nəzarətində olan internet TV-lərdə aksiya haqqında və Almaniyanın paytaxtında baş verən dövlət tədbirləri haqqında ağzıgöyçəklik edilir, mənasız və əsassız açıqlamalar verirlər. Hətta bəzi hallarda arsızlıq etməkdən də çəkinmirlər. "Osmanqızı" TV- də çıxışında Manaf adlı trolun "qəhrəman"lığını S.Osmanqızı azərbaycanlı adına ləkə ola biləcək hərəkətlə "ha...ha..., hi...hi..." ilə cavab verdi. Bu isə ona dəlalət edir ki, təxribatın xaricdəki bütün antimilli ünsürlər tərəfindən dəstəklənməsi və yayılması barədə mərkəzi şəbəkə heyəti tərəfindən xüsusi tapşırıqlar verilib. S.Osmanqızının ABŞ-da dincələ-dincələ Almaniyada baş verənlərə reaksiya verməsi, hay-küyçü dəstənin boşboğazlığına özünəməxsuz formada münasibət bildirməsi tapşırığın çox ciddi olduğundan xəbər verir. Almaniya polisinin və ərazinin təhlükəsizliyinə cavabdeh olan güc strukturlarının azərbaycanlı mühacirlər Orxan Ağayevin, Manaf Quliyevin, Şirin Tire Abbasovun, Əfqan Muxtarlının və Qurkgenin, Arkın, Surenin və digər erməni lobbisinin nümayəndələri iştirak etdiyi təxribatlarına seyirçi qalmaları onu təsdiq edir ki, məsələnin arxasında Avropanın qaranlıq dairələrinin də əli var. Bu isə Avropanın özü üçün utancverici haldır. Çünki Azərbaycanın dünyanın güc mərkəzinə çevrilməsindən narahat olan Avropanın qaranlıq dairələri "sapı özmüzdən olan baltalar" vasitəsi ilə ölkəmizə təzyiq edə biləcəklərini düşünürlər. Lakin anlamırlar ki, heç bir qüvvə Azərbaycana qarşı dura bilməz. Azərbaycan dövləti xalqın öz lideri ətrafında sıx birləşməklə istənilən qüvvənin burnunu əzə bilər. Xaricdəki antimilli ünsürlər və onlara himayədarlıq edən erməni lobbisi olsa-olsa ayaqqabının altındakı toz ola bilər. O toz ki, istənilən vaxt zibilliyə atıla və ya havaya sovrula bilər.

16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış
15 May 2024 Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 İran polisi 4 bəlucu güllələdi
15 May 2024 Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
15 May 2024 İYİ-dən çevriliş açıqlaması: Dövlətin yanındayıq!
15 May 2024 Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək
15 May 2024 Zaxarova: Tiflis sizin dəyərlərinizlə yaşamalıdır?