Son xəbərlər

“Fəlakət” kimi tanınan aktyor Elşən Orucov boşanması barədə yayılan xəbərləri təkzib edib.

Minval.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Jurnalistləri yalan xəbər yaymaqda ittiham edən aktyorun paylaşımının fotosunu təqdim edirik.

Müğənni Nigar Camal paylaşdığı video ilə diqqət çəkib.

Minval.info xəbər verir ki, cazibədar müğənni son günlərdə dəb halını alan Reymenin “Ela” mahnısı altında kollaj düzəldib və yay tətilindən olan görüntüləri oraya əlavə edib.

Bu paylaşım qısa müddətdə minlərlə baxış toplayıb.

Həmin görüntüləri təqdim edirik:

“Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir”

Aktyor Allahverdi Yolçuyevin səhhəti ağırlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran öz “Instagram” hesabında paylaşım edib. O bildirib ki, tanınmış aktyor Parkinson xəstəliyindən əziyyət çəkir. Yolçuyev müalicə üçün maddi imkanının olmadığını vurğulayıb. Səhhətində yaranmış problemlə bağlı məlumat əldə etmək üçün aktyorun özü ilə əlaqə saxladıq.

– Allahverdi müəllim, hal-hazırda vəziyyətiniz necədir? Müalicəniz evdə, yoxsa xəstəxana şəraitində davam edir?

– Evdəyəm. Özümü elə də yaxşı hiss etmirəm. Parkinson xəstəliyinin başlanğıcıdır. Artıq 2 ilə yaxındır ki, bu xəstəlik var məndə. Həkimlərə getmişəm, bu müddət ərzində nə qədər dərman qəbul etmişəm.

– Həkimlər nə deyirlər?

– Həkimlər söyləyirlər ki, qarşısını almaq lazımdır, yoxsa o biri əl və ayaqlara keçə bilər. Bunun dünyada müalicəsi yoxdur. İrana da getmişəm. Orada da eyni fikri söylədilər. Məndə vaxtı ilə depressiv nevroz var idi. Güclü stres keçirmişəm. Həkimlər deyirlər ki, bu, ya şəkərə çevrilir ya da Parkinson xəstəliyinə.

– Hacı Nuran sizə köməklik edilməsi ilə bağlı müraciət edib.

– Əvvəllər vəziyyətim yaxşı idi. Mən demirəm, kimsə mənə pul versin. Heç olmasa, təqaüd ayrılsın. Hansısa şirkət dərmanlarıma köməklik etsin. Çünki mən teatrda da işləmirəm. Əlim əsir. Dublyaj hərdənbir olur. Serial da payızda nəzərdə tutulub. Evdə övladlarım da işləmirlər. Evimi sata bilərəm. Demirəm, acından ölürəm. Amma maddi dəstəyə ehtiyacım var.

– Mədəniyyət Nazirliyinin bu haqda məlumatı varmı və ya müraciət etmisinizmi?

– Mən heç yerə müraciət etməmişəm. Bir Hacı Nurana dedim. Görürəm, heç kəs mənim haqqımda maraqlanmır. 40 ildir, sənətdəyəm, nə fəxri ad verilib, nə də qiymətləndirən olub. Unudulmaq çox pis şeydir.

Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir.

– Əvvəl Gənc Tamaşaçılar Teatrında idiniz.

– Axırıncı tamaşanı orada oynamışam. 60 illik yubileyim münasibəti ilə Nicat Kazımov Əziz Nesinin “Öldür məni, canikom” əsərini səhnələşdirib. Sonuncu tamaşam o olub.

– Aktyor dostlarınızdan maraqlanan olubmu?

– İlk maraqlanan şəxs Xalq artistimiz Valeh Kərimov oldu. Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sevinc Əliyeva, tanınmış musiqiçilər, müğənnilər də zəng ediblər.

– Son zamanlar çəkildiyiniz “Niyə?” serialında fəaliyyətinizi davam etdirə biləcəksiniz?

– Mən elə o vəziyyətdə serialda çəkilirdim. Əlimin əsməsi efirdə də görünürdü. Görək başımıza nə iş gəlir.

Qeyd edək ki, Allahverdi Yolçuyev bir çox film və tamaşalarda rol alıb. Xüsusi ilə dublyaj sahəsində tanınıb. Onun ən yaddaqalan rol səsləndirməsi məşhur fransız aktyoru Lui de Fünesin yaratdığı obrazlar olub.

Azərbaycanlı model Aysel Telmanqızı paylaşdığı fotolara görə tənqid edilib

Minval.İnfo xəbər verir ki, gənc model çimərlik geyimində çəkdirdiyi fotoları özünün “İnstagram” hesabında paylaşıb. Amma buna peşman olub.

Belə ki, fotolarına olduqca mənfi rəy gələn, geyiminə görə tənqid edilən Aysel növbəti paylaşımında izləyicilərinə cavab verib.

“Sözüm mənim fotolarıma mənfi rəy yazanlaradır. Siz hovuz kənarında qalın geyimlə gəzirsiniz? Onunla günəşlənirsiniz? Göz önündəyəm deyə hər şeyi böyüdürsünüz” – deyən modelə izləyiciləri, “Biz də çimərliyə gedirik, amma arxamızın fotosunu çəkib paylaşmırıq. Çünki məqsədimiz qaralmaq və əylənməkdir”, “Bu məntiqlə tualetə gedəndə də foto çəkdirmək lazımdır” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Aysel daha əvvəl də geyiminə görə tənqid edilmişdi.

Ayselin tənqidə məruz qalan fotolarını təqdim edirik:

 

 

 

 

Türkiyəli aktrisa Hilal Altınbilek Azərbaycandan reklam təklifi alıb.

Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan çərəz şirkəti reklamda oynamaq üçün aktrisaya 3 milyon lirə təklif edib.

Qeyd edək ki, H. Altınbilekin adı son olaraq aktyor Kubilay Aka ilə anılır. İddialara görə, aktrisa Akanı 3 illik sevgilisi Miray Danerdən ayırıb.

O son olaraq “Bir zamanlar Çukurova” serialında rol alıb.

“Son dövrlər İTV və İctimai radionun müsbət istiqamətdə xeyli dəyişdiyi göz önündədir. Lakin bu günlərdə İTV-nin xəbər buraxılışında İctimai radionun bu vaxtadək özəl radioların efirində yayımlanmış ən populyar və reytinqli iki layihəni öz efirinə cəlb etməsi ilə bağlı xəbər müəyyən qədər düşünməyə əsas verir”.

Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Burada qanunsuz bir şey olmadığını bildirən Dadaşov qeyd edib ki, İTV-nin İctimai radionun reytinqli layihələri öz efirinə gətirməsi telekanalın reytinq uğrunda mübarizəyə qoşulacağını açıq şəkildə elan edir.

“Bu isə o deməkdir ki, İctimai radio həm də özəl yayımçılarla rəqabət aparacaq. Bu gün özəl yayımçılar reytinq üçün nə edir, bunu geniş şəkildə xırdalamağa gərək yoxdur. Konkret olaraq, Manpası və yaxud Avtostop-un reytinq üçün istifadə etdiyi üsulları xatırlamaq kifayətdir. Deməli, bütün bunları artıq İTV-nin efirində də müşahidə etməli olacağıq. İctimai radionun proqram direktorunun dedikləri də bunu təsdiq edir. O, İTV-nin xəbər buraxılışına açıqlamasında bildirib ki, həmin layihələr İctimai radionun efirində də əvvəlki xarakterini qoruyub saxlayacaq”.

Təvəkkül Dadaşovun sözlərinə görə, bu verilişlərin ötən mövsümlərdə aparılmış monitorinqləri zamanı aparıcıların nitqlərinin sərtliyi, hətta bəzən tamaşaçı ilə ünsiyyətdə efirə uyğun gəlməyən üsluba yer vermələri, dinləyicini ələ salma, sətiraltı qeyri-etik məzmunlu mövzular və ifadələrə yer verilməsi və s. hallar müşahidə edilib:

“Əgər İctimai radionun efirində də bu cür üslubdan istifadə etməyə davam ediləcəksə, bu, ən azından kanalın ictimai nüfuzuna və missiyasına ziyan gətirmiş olacaq. Nəzərə almaq lazımdır ki, İctimai radio özəl radiolardan fərqlənməyə borcludur. Özəl radioların, yeri gələndə, reytinq və reklam bəhanəsi varsa, İctimai radionun belə “əsas”lara haqqı çatmayacaq. Çünki o, dövlət büdcəsindən maliyyələşir. Bütün bunlarla yanaşı, inanmaq olar ki, həmin verilişlərin aparıcıları İctimai radio efirinin məsliyyətini dərk etmiş olacaqlar və əvvəlki çatışmazlıqlar yeni mövsümdə İctimai radio kimi mötəbər bir media qurumunun efirində yer almayacaqdır. İctimai radioya, “Avtostop” və “Manpası” layihələrinə yeni mövsümdə uğurlar”.

Qeyd edək ki, “Avtostop”da maarifləndirmə elementləri olsa da, “Manpası” daha çox şou-əyləncəli verilişdir.

Məşhur “Maşa və Ayı” cizgi filminin seriyalarından birinin “Youtube” portalında baxış sayı 4 milyardı keçib. Bununla da film “Ginnesin rekordlar kitabı”na düşüb.

Bizimyol.info xəbər verir ki, 2012-ci ildə çəkilmiş “Maşa+kaşa” seriyasına indiyə qədər 4 milyard 5 milyon dəfədən çox baxıblar. “Youtube” portalının izləyicilərindən 6 milyon nəfər seriyanı bəyəndiyini uyğun düyməyə basmaqla bildirib.

“Maşa və Ayı” cizgi filminin daha iki seriyası “milyardlıq” statusu qazanıb. “Nuş olsun” epizodunu 1,3, “Böyük təmizlik” seriyasını isə 1,1 milyard dəfədən çox izləyiblər.

“Maşa və Ayı”nın ilk seriyası 2009-cu ildə ekranlarda peyda olmuşdu. Cizgi filmi 36 dilə tərcümə olunub və dünyanın 100-dən çox ölkəsində göstərilir.

Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı — TAPŞIRIQ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilmiş qəzalı binanın sökülməsi ilə bağlı məsələni nəzarətə götürüb.
Oxu.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürülmə işlərinin tez bir zamanda həyata keçirilməsi, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib, məsələ nəzarətə götürülüb”.

İ.Kərimov bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə əlaqədar deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir.
Bundan başqa, İ.Kərimovun açıqlamasına görə, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olublar.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.

30 iyul - Beynəlxalq Dostluq Günüdür30 iyul – Beynəlxalq Dostluq Günüdür.

Bu gün 2011-ci ildə BMT-nin Baş Məclisi tərəfindən Paraqvayın təşəbbüsü ilə təsis edilib. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə edib.

Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulayıb.

Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görüb.

Şou-biznesin məşhur xanımlarının təkqollu sevgililəriSon günlərdə Azərbaycan şou-biznesin bəzi qadın nümayəndələri sevdiyi şəxslərlə gündəmə gəlir.

“Qafqazinfo” xəbər verir ki, kimisi ərinin, kimisi də münasibətini rəsmiləşdirmədiyi sevdiyi bəyin fotosunu paylaşır.

Amma onlar bunu sanki bir trendə çeviriblər. Belə ki, paylaşılan fotolarda izləyicilər şou-biznesin xanım nümayəndələrinin sevdiyi şəxsin simasını görə bilmirlər. Şəkillərdə sadəcə kişilərin yalnız bir bədən üzvü düşür ki,  o da xanımın sarıldığı ya qoldur, ya da tutduğu əl… Buna görə onları sevdiyinin başını “kəsən” şou-biznes nümayəndələri də adlandırmaq olar.

“Təkqol” trendinə son zamanlarda daha çox üstünlük verən müğənni Şəbnəm Tovuzludur.  İzləyiciləri ifaçının həyat yoldaşı olan və israrla hamıdan gizlətməyə çalışdığı Hacısının yalnız sol qolunu görüblər.

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini fərqli üslubda oxuyaraq gündəmə gəlməyi bacaran Afət Fərmanqızı da “qonşudan qalma dala” prinsipinə əməl edərək, izləyicilərinə sevdiyi bəyəfəndinin yalnız sol əlini çəkib göstərib. Deyilənə görə, Afətin də əri Hacıdır…

Uzun zamandır sevgilisiz qalan aktrisa-model Pərvin Abıyeva da son paylaşımı ilə gündəmə gəlib. O da naməlum kişinin sol qoluyla şəkil paylaşaraq izləyicilərini düşündürməyə vadar edib. Deyilənə görə, bu şəxs Pərvinin sevgilisidir və cazibədar aktrisa onu ictimaiyyətdən gizlətməyə çalışır.

Müğənni Günah İbrahimli də sevgilisini ictimaiyyətdən gizlətməyə üstünlük verən şou-biznesin xanım nümayəndələri arasındadır. O da vaxtı ilə “təkqollu” paylaşımları ilə diqqət çəkib.

Rəqsanə İsmayılova da əvvəllər Rusiyada yaşayan ərini kimliyini gizlətməyə üstünlük verib. Lakin sonradan onun həyat yoldaşının fotoları mediada yayılıb və ifaçının “sirri” hamıya bəlli olub. O, Fazil adlı şəxslə ailəlidir.

 

Rəqqasə Fatimə Fətəliyeva da uzun müddət evli olduğu bəyin kimliyini ictimaiyyətdən gizli saxlayıb. O, bunun səbəbini ərinin işi ilə əlaqələndirib. Fatimə Fətəliyeva hazırda Xəyal adlı bəylə evlidir.

Bir sözlə, şou-biznesin əksər xanım nümayəndələri münasibətdə olduqları şəxslərin gizliliyinin saxlanılmasına çox önəm verirlər. Təbii ki, bu da onların şəxsi həyatı, şəxsi seçimləridir.