Aparıcı Zaur Kamal "5/5" verilişində sənət adamları haqda qalmaqallı açıqlama verib.

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, o, xanım ifaçıların evli kişilərlə gəzdiyini deyib:

"Ailə lazımdır. Amma bizim müğənnilər gedib evli kişilərlə gəzir. Arvadı, uşağı olan kişini gətirib otuzdurur yanında. Görür başqa qadının həyat yoldaşıdır, amma əhəmiyyət vermirlər. Müğənnilərin əksəriyyəti kiminsə evini dağıdır. Çünki pulu var, onu saxlayacaq".

"Xaricdən günü 30 min avroya aktyor dəvət edirlər, öz aktyorumuza isə 200 avro ödəyirlər" — Xalq artisti "OD PÜSKÜRDÜ"

“Heç aktyoru da gündəlik 20-30 manata filmə çəkərlər?” – Xalq artisti od püskürdü Son zamanlar aktyor və aktrisaları aşağı qonorarla film və seriallara dəvət edən rejissorlar tənqid olunur. Bu mövzuyla bağlı Xalq artisti Əli Nurla əlaqə saxlayıb, bu mövzuda onun fikirlərini öyrənməyə çalışdıq.
“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, aktyorların məvacibinin az olmasından gileyləndi:

“Dünyanın bir çox ölkəsində incəsənət nümayəndələri tam təmin olunur. Onların şəraiti, filmlərdən, tamaşalardan qazandıqları qazancları çox yüksəkdir. Deyirlər, “Pul əl çirkidir, ancaq həqiqətdə bu, belə deyil. Pul hər şeyi olmasa da, çox məsələləri həll edir. Aristotel öz dövründə“Pulsuz insan, şərəfsiz qoldur”,-deyib. Bununla da bütün o, bir kəlmə ilə hər şeyi açıq şəkildə izah edib”.

Xalq artisti rejissorluq peşəsi ilə məşğul olub, lakin sənəti tam qavramayanlardan da söz açıb:

“Azərbaycanda bütün çəkilən seriallar naşı adamların əlindədir. Naşı adamlar əyalətçi olur, orta əsrlər, daş dövrü düşüncələri ilə yaşayırlar. Məsələn, filmlərdə kastinqlərdən çıxmış, aktyor və aktrisalar çəkilməlidir. Həmçinin uşaqlar da min dəfə sınaq çəkilişlərdən sonra filmə çəkilməkləri təsdiqlənməlidir. Ancaq çox təəssüf ki, biz bunu görmürük. Bu çəkiliş meydançalarında sənətkarlara qiymət verilmir. Filmə çəkilmək üçün artistə elə bir qonarar verilir ki, vallah, adam deməyə xəcalət çəkir.

Heç aktyoru da gündəlik 20-30 manata filmə çəkərlər? Mənim fikrimcə, aktyor bir çəkiliş gününə 1000 manat almalıdır. Rol oynamaq bəyəm asandır? Rol oynamaq həm çətin, həm də böyük məsuliyyətdir.

Akademik çıxır səhnəyə əl - ayağı əsir, dili quruyur onu dinləyənlərin qarşısında, 10 dəqiqə çıxış edə bilmir. Siz indi düşünün, aktyorluq necə çətin sənətdir. Aktyor səhnədə tamaşaçı ilə canlı ünsiyyətdə olur. O, 3-4 saat sənət göstərir, tamaşaçıya oynadığı rolu yaşadır. Onda yeni fikirlər, təfəkkür yaradır. Ancaq əfsuslar olsun ki, akyorlara lazımı qiymət verilmir”.

Akyor filmlərə ayrılan pulların doğru yerə xərclənmədiyini də bildirib:
"O zamanlar rejissorlar maaşa işləyirdi, film üçün ayrılan pullara əllərini uzada bilməzdilər, buna ixtiyarları çatmazdı. Ancaq indi elə deyil, hamı öz kefindədir. Məsələn, bir filmə 500.000 manat pul ayrılırsa, onun 400.000 manatı mənimsənilir. Bir də görürsən ki, katibə və ya şou-biznesdə olan, amma istedadı olmayan xanımlar 300-500 minlik, yarım milyonluq avtomobil sürür. Kimi sevgilisinə ev alır, kimi avtomobil, kimi özünə bağ alır. Sözsüz ki, yerdə qalan pula isə ortaya ancaq keyfiyyətsiz işlər qoyulacaq. Burada hansı sənətdən danışmaq olar? Ancaq baxırsan illərin Xalq artistləri, sənətkarları avtobus, metro ilə işə gedir. Vallah, bəzən onların maaşı ayın sonuna qədər yol puluna da çatmır. O qədər problemlər var ki, danışdıqca, bitən deyil. Mən inanıram ki, bu problemlər zamanla öz həllini tapacaq. Buna vaxt lazımdır. Ancaq bu vaxt axımında bizim nəsil çox əzab çəkdi”,- deyə Xalq artisti əlavə edib.

Sənətkar gənc rejissorları debata çağırmaq istəyini də dilə gətirib:

“Mən istəyərdim ki, o serialları çəkən rejissorları debata çağırım. Onlara serial, film necə çəkilir başa salım, master- klass keçim. Bu çəkilişləri naşı, pinti adama tapşırmaq olmaz. Hərə öz sevgilisini, qohumun, məşuqəsini dəvət edib filmə çəkir. Ayıbdıraxı, biabırçılıqdı vallah. Sənəti bu dərəcədə ucuzlaşdırmaq olmaz. Sonra rejissorlar şikayət edirlər ki, niyə seriallara baxmırsınız? Ay qardaş, sən rolu düz bölmürsən, tamaşaçının burada nə günahı var? Rolun bölgüsü rejissorun estetik zövqüdür. Siz “O, olmasın, bu olsun”filminə baxırsınız, görürsünüz orada rollar necə düzgün formada bölünüb. Digər köhnə filmlərimizdə də rejissorların necə zövqlə işlədiyinin şahidi oluruq. O rejissorlar güclü məktəb keçmişdilər, daima öyrənirdilər”.
Xalq artisti filmlərin mütləq peşəkarlar tərəfindən lentə alınmasının vacibliyini də vurğulayıb.

“Baxın, o zamanlar Sovetlər birliyində Rusiyada film çəkəndə 200 aktrisa seçimlərə iştirak edirdi. Birdə görürdün ki, rejissor heç birini bəyənmirdi. Başqa ölkədən xüsusi ilə aktrisa dəvət edirdilər. Çünki, o işdə bir sənət vardı. Sən Tolstoyun, Dostoyevskinin əsərinə necə zəif aktrisanı çəkə bilərsən?
Ancaq əfsuslar olsun ki, bizdə belə deyil. Kim nəyi necə bacarırsa, kimi istəyirsə çəkir. Təsəvvür edin film gedir, ancaq danışıqdan ibarətdir, hadisə yoxdur. Çünki, hadisəni çəkə bilmirlər”.

Sonda peşəkar aktyor öz qonararını da açıqlayıb:

“Mənim bir çəkiliş günümün qonararı 500 manatdır. Reissorlara açıq – aşkar demişəm ki, bu məbləğdən 1 qəpik aşağı versəniz, gələn deyiləm. Mən ac, rolsuz qalaram, ancaq aşağı məbləğə çəkilmərəm. İnsan gərək birinci özünə dəyər versin ki, ətrafdakılar da onun qiymətin bilsin. Necə olur film çəkirlər, Gürcüstandan aktyor dəvət edirlər. Əcnəbi aktyorun hər çəkiliş gününə 30.000 avro, azərbaycanlı aktyora isə 200 avro ödəyirlər. Məgər bizim aktyorlar onlardan istedadsızdırlar? Ayıb deyil? Biz özümüzə nə zaman qiymət verməyi bacaracağıq?”
Sumqayıtda 60 il sonra yeni kinoteatr...

Sumqayıtda 60 il sonra yeni kinoteatr fəaliyyətə başlayacaq.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yayıb. O, bildirib ki, artıq binada görülən işlər yekunlaşmaq üzrədir.

E. Qocayev bundan öncə də verdiyi açıqlamada üç zaldan ibarət olacaq kinoteatrın şəhərin 70 illiyi ərəfəsində kinosevərlərin ixtiyarına veriləcəyini qeyd etmişdi: 

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilib. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək”.

Qeyd edək ki, ötən ay Sumqayıt bazarı ətrafında yerləşən, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli də oradan sökülərək sözügedən yeni kinoteatrın qarşısında ucaldılıb. 

Günel Hacı

 

 
Xuraman 4-cü uşağı üçün Afrikada qurban kəsdirdi

Bir neçə gün bundan əvvəl ana olan müğənni Xuraman Şuşalı Afrikada qurban kəsdirib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.

O, yeni doğulan qızı Məryəm üçün Afrikada qurban kəsdirib. Xuraman sosial şəbəkədə qurbanın kəsilmə anının görüntülərini paylaşaraq aparıcı Turan İbrahimova təşəkkür edib. İfaçı aparıcının vasitəsi ilə belə addım atdığını qeyd edib.

Qeyd edək ki, X. Şuşalı Elçin adlı şəxslə ailəlidir, onun bu nikahdan 4 övladı var. 

 

 
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilir.
Mərasimdən əvvəl İcra Hakimiyyətinin binası qarşısında hərbi parad olub. Paradda Azərbaycan bayrağı hərbçilərin çiynində aparılıb, Dövlət Sərhəd Xidmətinin Çevik hərəkət bölməsinin şəxsi heyəti əlbəyaxa döyüş fəndlərini nümayiş etdiriblər.
Qeyd edək ki, 1949-cu ilin 22 noyabr tarixində əsası qoyulan Sumqayıt şəhərinin 70 illiyinin təntənəli keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin tərəfindən Sərəncam imzalanıb.
Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblərBakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.

"Ölkə.Az" Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülik sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.

Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər.

Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.

Narkotikdən istifadə etmiş MƏŞHURLARIMIZ
Əsrin bəlası sayılan "ağ ölüm" - narkotik asılılığı insan həyatını bütövlüklə məhv edir. Bu vərdiş günü-gündən öz qurbanını zəiflədib, rəzil edərək öz çirkli girdabına yuvarladır. Bu qorxunc vərdişdən demək olar ki, təkcə adi insanlar deyil, xeyli məşhurlar da əziyyət çəkir. Narkotik maddə məşhurluğun gətirdiyi səs-küydən bəzən qəhramanını hər şeydən qaçıb uzaqlaşmağa, onu necəsə sakitləşməyə xitab edir. Bəs, yerli şou- biznesdə bu bəla kimi özünə kimi təslim edib, kim onun caynaqlarından canını qurtaraq azad olub?

“Ölkə.Az” bu mövzu ətrafında apardığı kiçik araşdırmanı təqdim edir.

Image result for hüseyn Derya

Mərhum repçi Hüseyn Dərya narkotik istifadə edən məşhurlardan olub. Elə bu səbəbdən də onun ailəsi dağılıb, həbsə düşüb. "Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm",- deyə illər öncə o, etiraf edib.

Image result for anar nağılbaz

 Digər mərhum repçi Anar Nağılbaz da “ağ ölüm”ün qurbanlarından olub. Repçi haqqında mətbuatda bir neçə dəfə yazılar getsə də, ifaçı bunu özü heç vaxt etiraf etməyib.

Image result for Rəmiş

Xalq artisti Rəmişin dediyinə görə, o, uzun müddət narkotik istifadəçisi olub. 
İfaçı müsahibələrinin birində:

 "Uşaqlıqdan narkotik istifadə edirəm. "Kubinka"da, "Dağlı məhəlləsi"ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi",- deyə qeyd edib.

Image result for Elçin Cəlilov

Mərhum müğənni Elçin Cəliovun da bu asılılıqdan əziyyət çəkdiyi iddia olunur. İddialara görə, məhz bu qorxunc vərdiş, onun ölümünə səbəb olub.

Image result for Elşad Xose

Reper Elşad Xose də narkotikdən istifadə edən məşhurların siyahısındadır. Hətta  bir zamanlar o,  narkotik gəzdirdiyinə görə həbs olunsa da, sonradan sərbəst buraxılıb.

Image result for Natiq Nuriyev

Skipka ifaçısı Natiq Nuriyevin də gənc yaşlarında narkotik asılılığının olduğu iddia olunub.

Image result for Samir Bagirov

Estradamızın estravaqant müğənnisi Samir Bağırovun da bir zamanlar bu narkotik vərdişi olduğu bildirirlir. O, müsahibələrinin birində bunu etiraf edərək, müalicə aldığını da bildirib. 

Image result for Zahid Sabirabadlı

Mərhum klarnet ustadı Zahid Sabirabadlı da uzun müddət  narkotik maddələrdən istifadə edib. Lakin ölümündən bir neçə həftə öncə bu vərdişindən əl çəkdiyini bildirib.

Image result for skripka ifaçısı Ramin

Digər skripka ifaçısı Ramin isə etirafında narkotik aludəçiliyindən dəfələrlə əl çəkmək istədiyini dilə gətirib.
“O zəhrimardan istifadə etməyə başlayandan dəfələrlə olub ki, tərgitmişəm. Amma müəyyən vaxtdan sonra yenə də qayıtmışam”,- deyə ifaçı bildirib.

Hazırladı: Vüsalə Balayeva

ATV-nin məşhur aparıcısının canlı yayımda milçəklə sınağıAzad Azərbaycan Televiziyasının (ATV) sevilən aparıcısı Lalə Azərtaş canlı yayımda çətin vəziyyətə düşüb.

"Ölkə.Az" baku.ws-ə istinadla xəbər verir ki, Xəbərlər proqramının aparıcısını canlı yayım zamanı milçək sınağa çəkib. 

Aparıcının başına qonan milçək süjet efirə gedənə kimi orada qalıb. Bir müddət sonra milçək studiyadan kənarlaşdırılıb. 

Məşhur aktrisa Pərvin Abıyeva AZXEBER.COM-a müsahibə verib.

– Pərvin ən çox müzakirə edilən aktrisasız. Sizcə bunun səbəbi nədir?
– Mən olduğum hər yerdə müzakirə edilirəm, bu təkcə aktrisalıqla bağlı deyil. Özümü gözəl hesab etmirəm. Ancaq çox sanslıyam ki, Allah mənə hər bir şey verib. Əgər belədirsə, niyə də özümü gözəl deməyim? Amma özüm də bilirəm ki, cazibə qüvvəm var. Mənim qəşəng bir də şarmım var. Çox cəlbediciyəm (gülür)

– Bəzi məşhurlar gözəl qalmaq üçün estetik əməliyyata üstünlük verirlər. Bəs siz necə?
– Bədənimdə estetik əməliyyat demək olar ki, yoxdur. Burnumda və dodağımda var. Botoks və üz dartma kimi şeylərim də yoxdur. Dodağımda da iz olduğu üçün kosmetoloqla məsləhətləşib, etmişəm.

– Özünüz məşhur olsaz da ailənizi hər zaman mediadan kənar tutursuz. İndiyə kimi onları görən olmayıb…
– Seçdiyim sənətdən dolayı, məndə özgüvən çoxdur. Bir az da ruhumda azadlıq var, bunu gizlətmirəm. Bundan dolayı insanlar hər zaman məni qınayırlar, pis mənada qələmə verirlər. İçimi, məni bilib tanımadan qınayırlar, söyürlər. Əgər bu gün cəmiyyətimiz bu vəziyyətdə olmasaydı, hamını daş-qalaq edib, şər atmasaydılar, babal yumasaydılar ailəmi gizlətməzdim. Mən düşünərdim ki, niyə ailəmi gizlədim. Mənim işimi və özümü gözəl qəbul edirlərsə, nəyə görə mənim ailəmi qəbul etməsinlər. Mənim valideynlərimə nələrin deyildiyini, nələrin yazıldığını bilirsiz. Bir sözlə, məni iyrəndiriblər. İstəmirəm mənə görə onların adlarına söz gəlsin. Ailə mənim yaralı yerimdir. Bu gün mənə desələr ki, qardaşın üçün canın ver, heç düşünmədən verərəm. Qardaşım ali təhsillidir. Öz savadı ilə universitetə girib, hətta xaricdə təhsil alır. İnformasiya Texnologiyaları üzrə mütəxəsisdir. Bildiyiniz kimi o sahədə pul və ya tapşırıq keçmir.

– Qardaşınız da çox vaxt müzakirə olunur…
– Mən özüm onu buralardan uzaq tuturam. Səbəb bir az mən, bir az da insanların düşüncə tərzidir. Qardaşım 11-ci sinifi bitirdikdən sonra şəhəri tanıyıb. Qardaşımı efirə çıxartsam onun üstündə dava, qırğın olacaq. Filmlər, reklamlar, kliplər və model təklif alacaq. O çox yaraşıqlı və istedadlıdır.

– Adınız daha çox məmur övladları ilə hallanır…
– Tanınmışlar içində ən çox mənim adım məmur övladları ilə hallanır. Mən bununla qürur duyuram. Sevinirəm ki, məni məmur övladları ilə bir tuturlar. Daha demirlər ki, Pərvinin məmur sevgilisi var, “həci”si var və ya 40-50 yaşlı biznesmenlə sevgilidir. Qoy desinlər ki, məmur övladı və ya biznesmən övladı ilə sevgilidir. Çünki bu adamlar öz pullarını yox, atalarının pulllarını yeyir. Deyə bilməzlər ki, Pərvinə pul vermişik, nəsə almışıq. Bu kimi sözlər mənə yaddır. El dili ilə deyə bilərəm ki, heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm. “Maşın” şounun ikinci iştirakımdan sonra çox tanınmış məmur tərəfindən zəng gəldi ki, sizə bahalı avtomobil hədiyyə edir. Qəbul etmədim, həmin an sevdiyim insan da yanımda idi. Bu mənim xatekterimə uyğun deyil.

– Bəs münasibətdə nəyə üstünlük verirsiz?
– Həddində artıq həssas insanam. Mala, mülkə önəm verən insan deyiləm. Mənim üçün əsas diqqət, qayğı və nəvazişidir.

– Son vaxtlar sosial şəbəkələrdə çox passivsiz…
– Bilirsiz niyə? Çünki indi kimə baxırsan hamı blogger, model və aktrisa olub. Adamın əsl aktrisa və modellərə ürəyi ağıyır. Sosial şəbəkələr mənə çox maraqsız gəlir, artıq ora çox az-az daxil oluram”.

“Mənim paltarımı kimsə qaldırıb baxmayıb ki, orda alt paltarımı görsün”.

Minval.info Teleaparıcı-aktrisa Könül Yusifqızının Azmedia.az-a müsahibəsin təqdim edir:

– Könül, səhv etmirəmsə əməliyyat olunmuşdunuz. Mədəkiçiltmə idi yoxsa?

– Bəli, əməliyyat olunmuşam. Bu Elvin doktorun peşəkarcasına etdiyi bədən şəkilləndirmə və Orxan doktorun peşəkarcasına etdiyi dodaqdan süni dolğunun çıxarılması əməliyyatıdır.

– Süni dolğunu dodağınıza vurduğunuza peşiman olub, bu əməliyyata razılıq verdiniz?

– Sözün düzü bunu çoxdan etmişdim. Hamı gedirdi, mən də getdim. Küyə düşmüşdüm. Zaman keçdikcə deformasiyaya uğramışdı, bir az da naşi kosmetoloqun müdaxiləsindən sonra yığıb-yığışdıra bilmirdim. Öz təbii dodaqlarım üçün darıxmışdım.

– Hər zaman açıqlamalarınızla gündəm olursuz. Sizə elə gəlmir ki, açıqlamalarınızla “yatan kişi”ləri də oyadırsız? Bəlkə də buna görə qadınların nifrətini qazanmısız..

– “Səs salma yatanlar oynara qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyatsın”(gülür). Xeyr, bu mümkün deyil ki, hamı birmənalı şəkildə məni sevsin. Əlbəttə ki, sevənlər də olacaq sevməyənlər də. Amma mənim çılpaq açıqlamalarımdan sonra toplum məni “qamçılayandan” sonra yol açlılır və bir çox məhşurlar mənim danışdıqlarımdan danışırlar.

– Məncə hamı sizin qədər açıqsözlü deyil…

– Biz cəmiyyət olaraq pərdələrə alışmışıq. Azad ruhlu insanlar çox azdır və bu azad ruhlu insanlar cəmiyyətdəki natamam və bərbad ruhlu insanların içində ağ qarğa kimi görünürlər.

– Bir müsahibənizdə demisiniz ki, erotik rolda çəkilərəm, daha çox pul versələr hətta soyunaram. Yenə də həmin fikirdəsiz?

– Bəli, yenə də həmin fikrimdəyəm. Burada qeyri-adi heç nə yoxdur.

– Hamının bir “Həci”-si var. Sizin bəs?

– Həcc ziyarətinə daha çox imkanlı adamlar gedir və yəqin ki, qadın çoxluğundan tövbə edib, birini sevəcəyinə and içirlər. Pullu Həcilər adətən 2-ci xanımlarını şan-şöhrət üçün səhnədən seçirlər. Burda qəbahət yoxdur, hansısa Həci hansısa səhnədə olan xanıma sahiblənirsə nə xoş. Məndə təbii ki, yoxdur.

– Heç “Həci”-lərdən evlilik təklifi almısınız?

– Mənim qızımın atası həcidir.

– Keçmiş yoldaşınız?

– Bəli.

– Bu qədər açıqlamalar verirsiz, gümdən yaradırsız. Rejissorlar sizi filmlərə niyə az çəkir?

– Ali hələ də məni doğru -düzgün bir obraza çəkə biləcək rejissor yoxdur. Pula görə çəkilirəm, pula görə “yox” demək şansım yoxdur. Amma hələ elə bir rejissor cıxmayıb qabağıma ki, məni bir aktrisa kimi açsın, göstərsin.

– Bir dəfə canlı efirə alt paltarsız çıxmışdınız. İndi nisbətən qapanmısız. Olmaya qadağa qoyanın var?

– Xeyr, nə qadağa? Mənim qarşıma nə hələ elə bir rejissor çıxmayıb ki, məni fərqli yönümdən çəkib göstərsin, nə də elə bir kişi çıxmayıb ki, mənə qadağalar qoysun. Hər ikisinin də arzusundayam.

– Şou-biznesdən kiminlə sevgili olmaq istəyərdiniz?

– Heç kimlə. Nə sevgili olmaq istəmərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm də, mənə kənardan adam lazımdır.

– Həə, geyimdə qalmışdıq…

– Bu geyim söhbəti cəmiyyətin bir toplumunu üstümə qaldırdı. Bir çox toylarımdan oldum. Google adımı yazan kimi “lüt”, “alt paltarsız” və s. kimi başlıqlar çıxır. İnsanlar yalnız başlığı oxuyurlar deyə nə dediyim onlar üçün önəmli deyil. Mən cəmiyyətin fikri ilə yaşayan biri deyiləm. Cəmiyyətin xəstə düşüncəsi mənə lap vız gəlir. Siz əminsiniz ki, efirə hamı alt paltarı ilə çıxır? Hansını qaldırıb baxıblar? Mənim də paltarımı nə qaldırıb, nə də çıxarıb baxan olmayıb.

– Geyi sevə bilərsiz?

– Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir. Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən! Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını gündəndən nə kişi?

– Könül, əsəbi insanlara bu dəfə nəyi məsləhət görürsüz?

– Bax deyəcəm, yenə məni daşqalaq edəcəklər (gülür). Deyəcəyəm əsəbləşəndə spirtli içki için, olmur axı. İçib açarlarını itirib, evdə arvad-uşağı bezdirəcəklər. Deyəcəm ki, siqaret çəkin, ziyandır, həkimə gedib bir ətək pulları çıxacaq, deyim ki, səyahət edin pul çatdırmayacaqlar. Ən optimal variant sekslə vəhşicəsinə məşğul olmaq deməyimdir (gülür). Bizim cəmiyyətdə qorxduqları sözlər var ki, bu da həmin sözlər silsiləsindəndir. Qorxmayın, zatən məşğul olduğunuz bir işdir, yeni bir şey demirəm.

– Qorxmursunuz ki, sizə deyərlər ki, hamıya məsləhət görürsüz. Siz də bir az əsəbisiz?

– Çox nadir hallarda əsəbləşirəm, amma bu artıq müsibət olar. Yarım olsa nadir hallarda da olmaz vallah (gülür).