''Mən son bir həftə içində çox yorulmuşam''.
Bu sözləri ''Ölkə.Az''ın əməkdaşı ilə söhbəti zamanı Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aralarında baş verən qalmaqala fikir bildirərkən deyib:
''Artıq söz-söhbətlərə son qoyulur. Müdriyyət tərəf də, mən tərəf də tükənmişik. Mən sadəcə haqqımı tələb edirəm. Burada başqa söhbət yoxdu''.
Aktyor əməkdaşımızın ''Biletlərin üç aparıcı aktyora görə satılmasını dilə gətirməyiniz, digər həmkarlarınızda qıcıq yaradır?'' sualına da münasibət bildirib:
''Biz bu sözü müdir Əliqismət Lalayevin ağzından eşitmişik. Həqiqət olduğu üçün də, bunu danmaq olmaz. Mən də haqqımı tələb edərək demişəm ki, ''Əgər belədirsə onda nəyə görə mənim haqqımı yemisən?'' Elə yaxın keçmişdə də Hacıbaba Bağırovun, Nəsibə Zeynalovanın, Bəşir Səfəroğlunun adına biletlər alıblar. Mən uşaq vaxtından, gözümü açdığım gündən görmüşəm ki, adını saydığım aktyorların adına biletlər alırlar”.
TƏBİB-dən "Report"a bildirilib ki, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.
Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.
Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.
Bu barədə jurnalist özü “Facebook” səhifəsində məlumat verib.
“Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm”,- deyə o, qeyd edib.
N. Sadıqlı bu addımı səhhətində yaranan problemlərə görə atdığını vurğulayıb.
“Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.
Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyidir. Parlament Jurnalistləri Birliyi (PJB) bu münasibətlə silsilə tədbirlərə start verib. Tədbirlər ilin sonunadək davam etdiriləcək.
Bu barədə Modern.az-a açıqlamasında PJB-nin sədr müavini Aqil Camal bildirib.
Onun sözlərinə görə, yubiley tədbirlərinin başlanğıcı olaraq PJB üzvləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament mətbuatını təmsil etmiş tarixi şəxsiyyətlərin xatirələrini yad ediblər:
“AXC dövründə parlamentin mətbuat orqanı olmuş “Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir Hacıbəylinin, parlamentin stenoqramlarını yazmış Cəfər Cabbarlının, Əhməd Cavadın məzar və abidələri ziyarət edilib”.
PJB yubiley tədbirləri çərçivəsində “Xalq Cümhiriyyəti parlamenti milli mətbuat işığında” adlı media layihəsinə də başlayıb. İyulun ayının 22-dək bu mövzuda araşdırma yazıları hazırlanacaq və mediada geniş yayılanacaq.
PJB həmçinin, tanınmış beynəlxalq media təşkilatı olan Qlobal Qəzetçilər Konseyi (KGK) ilə birlikdə Azərbaycan Milli Mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi də razılaşdırıb:
“Sözügedən beynəlxalq media qurumunun sədr müavini, PJB sədri Elşad Eyvazlının irəli sürdüyü bu təklif artıq qəbul olunub. Konfransın xarici ölkələrdən birində keçirilməsi nəzərdə tutulub. Pandemiya səbəbindən hazırda konfransı keçirmək mümkünsüzdür. Amma il ərzində mümkün olacağı ilk fürsətdə xaricdə bu tədbir keçiriləcək. Bununla belə, bütün hallarda 22 iyul ərəfəsində KGK çərçivəsində onlayn şəkildə də olsa, beynəlxalq konfrans gerçəkləşdiriləcək”,- A.Camal bildirib.
PJB-nin təsis etdiyi “Şirməmməd Hüseynov” media mükafatı da yubiley günlərində açıqlanacaq. Hazırda, mükafatın təqdimatı ilə bağlı məsələlər müzakirə mərhələsindədir.
Mətbuat təmsilçilərinə sosial dəstək məqsədilə PJB tərəfindən bir neçə tibbi müayinə aksiyanın da keçirilməsi nəzərdə tutulur.
Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov “İncilər” şou verilişini bağlayıb.
Sözügedən televiziyada yayımlanan “İncilər” verilişinin yayımı dayandırılıb. Artıq Murad Dadaşovun qərarı işçilərə elan olunub.
Qeyd edək ki, sözügedən verilişin layihə rəhbəri Əli Həsənovun qaynı Azər Vəliyev olub.(unikal.org)
Möhtəşəm şounun böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatı başlayır.
Dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “Whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilər.