“Hər kəs bu sənətdən vaxtı çatanda ayrılmalıdır. Necə deyərlər “hər aşığın öz dövranı var”. Bu sənətdə olan insanların mütləq ikinci peşəsi olmalıdır. Ona görə yaşım keçmədiyi üçün ali təhsil almaq istəyirəm”.

Bu sözləri ifaçı Türkan Vəlizadə ATV-də yayımlanan “7 canlı” verilişində deyib. Daha sonra o, vaxtilə universitetə qəbul olsa da, maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilmədiyi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mən Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşdum. Maddi imkansızlıqdan təhsilimi davam etdirə bilmədim. Çünki daxil oluğum fakultə  ödənişli idi. Sonradan təhsilimi davam etdirə bilmədiyim üçün çox peşman oldum . Atam fəhlə işləyib, məni oxudurdu.  Ancaq ailədə olan sıxıntıları gördükdən sonra, təhsilimi yarımçıq tərk etmək qərarına gəldim. Ailəm çox istəyirdi ki, mən ali təhsil alım”, - deyə, o, bildirib.

Daha sonra Türkan ailə qurmamasının səbəbini də açıqlayıb:

“Hazırda pul qazanıram, ailəmə baxıram. Mən də ailə qurmaq istəyirəm, ancaq indi bu mümkün deyil. Çünki ailəm qarşısında müəyyən öhdəliklərim var ”- deyə, o, vurğulayıb.

“Siz kimsiniz axı, yeni janr yaradasınız?”
Müğənni Əli Mirəliyev ifaçı Şəbnəm Tovuzlu və Üzeyir Mehdizadəni tənqid edib.

O, ARB-də yayımlanan “Ona qalsa” verilişinin qonağı olub. Proqram zamanı müğənni bir çox təzadlı məqamlara toxunub. Ə.Mirəliyev müğənnilərin ifa etdikləri musiqi janrından da danışıb.

“Şəbnəm Tovuzlu, Üzeyir Mehdizadə oxuya bilmirlər, səsləri yoxdur. Onlar “bazar” mahnıları ifa edirlər. Deyirlər, bu bizim janrımızdır, siz kimsiniz axı, yeni janr yaradasınız? Onlar xalqı aldadırlar. Gedirlər toya, 10.000 manat pul alırlar. Sən heç 10 qəpiklik oxuya bilmirsən. Bu müğənnilər əsl Azərbaycan musiqilərini ifa edə bilmirlər. Ona görə də başlayıblar “kitayski, monqolski” mahnılar oxumağa. Bütün bu mahnıları ifa edirlər, bir dənə bizim mahnıları ifa edə bilmirlər. Çünki musiqinin öz ölçüləri var. Bu zaman birinci səs gəlir, ikinci musiqi, üçüncü isə ritm, bunlarda isə hər şey tam əksinə olur. Onların ifa etdikləri mahnılara fikir versəniz, birinci ritmin, ikinci musiqinin axırda isə səsin gəldiyini görəcəksiniz. Belə, biz millət olaraq, musiqi dəyərlərimizi itiririk. Niyə axı siz özünüz üçün musiqiyə müdaxilə edirsiniz. Deyirlər Üzeyirə Özbəkistanda, Tacikistanda qulaq asırlar, həsəd aparırlar. Sənin nəyinə axı həsəd aparırlar, sən məgər musiqiçisən, oxuya bilirsən ki?”,- deyə o, vurğulayıb.

Qeyd edək ki, dünən müğənni Şəbnəm Tovuzlu “Ona qalsa” proqramında “Musiqidə mənim öz janrım, öz tərzim var” deyə açıqlama verib.

Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıbXalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır.

"Ölkə.Az" xəbər verir ki, bu barədə APA-ya Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, Z.Xanlarova sağ-salamatdır və Bakıdakı evində ailəsi ilə birlikdədir:

"Bu xəbəri yayanlara nə deyim, bilmirəm. Zeynəb Xanlarova haqqında bu cür sözlər yazıblar. O, sağ-salamat evindədir".

Zaur Baxşəliyevə mənzil bağışladığı deyilən iş adamı GÖRÜN NƏLƏR DANIŞDITanınmış teleaparıcı Zaur Baxşəliyevə ev bağışladığı deyilən iş adamı, "İnturavto" Açıq Səhmdar cəmiyyətinin sədri Aydın Heydərov "Ölkə.Az"-a danışıb. Heydərov əməkdaşımızla söhbətində sözgedən xəbəri təsdiq etməsə də, bir sıra xeyriyyə işləri gördüyünü diqqətə çatdırıb:

"Mən indiyə kimi onlarla insanı Həcc ziyarətinə gördərmişəm, amma bu barədə heç vaxt heç yerdə danışmamışam. Zaur Baxşəliyevə mənzil bağışlamağımla bağlı yayılan xəbərlərə bir söz deyə bilmərəm. Hər kəs öz istədiyini danışmaqda sərbəstdir".

Qeyd edək ki, Z.Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində yalnız bir mənzilinin olduğunu və həmin mənzilin də ona Aydın HEydərov tərəfindən bağışlandığını bildirmişdi:

 "Mənim bircə dənə evim var, onu da mənə dəyərli ağsaqqalımız Aydın Heydərov hədiyyə edib. Allah ona can sağlığı, uzun ömür versin. Ölənədək ona borcluyam".  

Hər il ənənəvi olaraq müxtəlif tədbirlərdə bir araya gələn və konsertlər verən TÜRKSOY ölkələrinin sənətçiləri pandemiya səbəbindən ertələnən “Türk dünyası mədəniyyət paytaxtı-2020”nin açılış tədbirində çıxış edə bilmədikləri üçün virtual bir layihəyə imza atıblar.

Tanınmış musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə klip hazırlanıb. Layihədə 10 ölkədən 18 musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı qərargahından distant yolla təmin olunub.

Qeyd edək ki, Xivə şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılışı mart ayının sonlarına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən təxirə salındı.

Mehparə SULTANOVA/Medeniyyet.az
Ankara

“Bu əmələ nə kor olmaq olar, nə də lal!”.

Bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində tanınmış idmançı Kamil Zeynallının həbs olunmasına münasibət bildirərkən deyib.

Xalq artisti Kamilin karantin qaydalarını poduğuna görə həbs olunmasına belə etiraz edib: “Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib. Düşündünüzmü, bu addımı atanda siz neylədiniz? Bu əməlinizlə bir daha məhkəmələrə, hakimiyyətə, dövlət başçısına olan inamı kölgə altına aldınız! “Karantin qaydalarını pozub” – tutaq ki, pozub. Nəyə görə pozduğunu olmaya bilmirsiniz?! Həyatını riskə atıb, balasını, ailəsini evdə qoyub günü-güzəranı ac insanların yardımına gedib. Görəsən, kimin yolunu kəsirdi, kimin “nüfuzunu” üstələyirdi ki, bu sifarişə qol qoyuldu? Kamil, bəlkə də, çoxlarına ayna idi. Əgər siz eybəcərsinizsə, aynanı sındırmağınız sadəcə acizliyinizdir.

Heç içiniz sızlamadı, o balasına deyəndə ki, “atan Turkiyəyə gedir, 10 günə qayıdacaq?!” Budur sizin ədalətiniz?! Torpaq qaçmadı ayağınızın altından? Niyə Kamil kimi oğlun bioqrafiyasında məhkumluq ləkəsi olmalıdır? Başqa qərar tapa bilmədiniz? Kimə dərs keçdiniz bu əməlinizlə? Siz tək onun anasını, xanımını, bir qız övladını gözüyaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri gözüyaşlı, ayaqyalın, ac qoydunuz! Yüzlərlə gözü yolda qalan ailələrin ümüdünü puç etdiyinizi, bilmədinizmi? Kamilin Kişiliyini özünə örnək bilənləri də onunla birgə həbs etdiyinizi, bilmədinizmi? Siz bu əməlinizlə birbaşa dövlətçiliyə, dövlət başçısının və xanımının xalqa müraciətində yardım edənlərə təşəkkürünə üz çevirmədinizmi?

Kişilik mərdlikdir, mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik vicdanlı olmaqdır! Təəssüf ki, belə situasiyada bu sütunlar əriyir!

Bilirsiz, məni ən çox üzən nədir? Kamilin tutulmağı deyil. Kamil kişi kimi girdi o türməyə, kişi kimi də çıxacaq. Kamil oraya bir girdisə, yüz çıxacaq. Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı, çəkingənliyi, balağaltından çıxmamağı aşıladınız! 80 yaşın içindəyəm. Qadınlığımla kimdənsə nə qorxacağım, nə də umacağım var! Amma görürərəm bu yaşımda məni vətəndaş kimi utandırmağı bacardınız!”.

Xatırladaq ki, Kamil Zeynallı karantin rejimi qaydalarını pozduğuna görə 10 sutka inzibati həbs edilib.  /Yeniavaz.com/

Azərbaycanlı müğənni Aygünlə Brilliantın bu fotolarını YAYDI
Müğənni Leyla Ramazanlı arxiv fotolarını yayımlayıb.

O, Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova ilə birgə çəkilən fotolarını “İnstagram” səhifəsində yayımlayıb.

İfaçı yayımladığı fotolarını “Uşaqlıq illərim” deyə şərh edib.

Vergidən yayınan vayner və bloggerlər necə pul qazanırlar?Onlar həyatımıza instagram yarandıqdan sonra daxil oldular desək yanılmarıq. Yada ki, onların tanınmasında İnstagram əsas rol oynadı . Söhbət bloggerlər vinerlər dən gedir. Hansı ki, onlar müəyyən mövzularda videolar çəkir bloglar hazırlayırlar. Və yetəri qədərdə izləyici sayı toplaya bilirlər. Son dövrlərdə isə bu işə əməlli başlı biznes kimi baxanlarda var. Cəmiyyətin nümayəndələrinin hər birinin bu insanlara qarşı fikirləri eyni deyil bəziləri onları daha asan yolla pul qazanmaqda günahlandırır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Mənsur Şərif – Aktyor, vayner: “Əlbəttə ki, bizim də iş əziyyətlidir, yəni burada oturub ideyalar fikirləşirsən. Bilirsiz efirlə sosial şəbəkənin bir fərqi var, efirdə insanlar fikir bildirə bilmir, amma sosialda bizim çəkdiymiz videolarda insanlar fikir bildirə bilir və sən orada o qədər ölçüb biçməlisən ki, hər bir insanın zövqünü oxşamalısan, orada sənə mənfi fikir gəlməməlidir”.

Sakin: “Milyonlarla insan əziyyətlə, zəhmətlə pul qazanır, onlar isə daha rahat yolla pul qazanırlar. Əslində mən onları qınaya da bilmərəm. Sadəcə onlar heç vergi ödəyicisi belə deyillər və bizdən dah açox imtiyaza sahibdirlər. Biz isə bu vəziyyətə sadəcə olaraq seyr edirik”.

Sakin: “Tanıdğım blogger var amma onları məxsusi olaraq izləmirəm”.

Lakib vayner bildirir ki, kimin yutub kanalı var, onlar qazana bilir,  instaqram üzərindən elə də böyük qazanclar olmur.

Mənsur Şərif – Aktyor, vayner:  “İnstaqram üzərindən qazanc yoxdur, ancaq restoran, obyekt, məkan reklamları olanda beşdən, üçdən qazancımız olur”.

Bəs bu insanlar ölkəmizdə vergiyə cəlb olunurmu?

Fərid Pərdəşünas – Texnoblogger: “İstər bloggerlər, istər infulunserlər belə bir əsas gətirirlər ki, internetdə qanunvericilik tənzimlənmir, reklam haqqında qanunvericilik interneti tənzimləmir. Ona görə onlar çalışırlar ki, vergidən yayınsınlar. Onlara sual verəndə ki, niyə vergi ödəmirsiz və yaxudda rəsmi fəaliyyətiniz var, ya yox belə  əsas gətirirlər ki, bəs Azərbaycanda bu tənzimlənmir”.

Sahə mütəxəssisləri bildirir ki,  əgər hər hansı bir şəxs infulunser və ya blogger kimi fəaliyyət göstərirsə onun ən azından fiziki şəxs kimi vöeni, dövlət qeydiyyatı olmalıdır .

Fərid Pərdəşünas – Texnoblogger: “Bu əsasla da siz hərhansısa bir müştəridən, bir şirkətdən sifariş qəbul etdikdə onlara rəsmi sürətdə ödəniş olunması üçün e-qaima göndərməlisiz. E-qaimədə isə fəaliyyət növü olaraq internet üzərində reklamı seçməlisiz, yəni bu vergilər nazirliyinin qanunvericiliyəndə var”.

Burada məsuliyyət şirkətlərində üzərinə düşür, çünki onlar öz balanslarından öz mühasibatlığından pul məxaric edəndə bunu rəsmi formada göstərməlidir. Əslində bunun şirkətlərə də xeyri var, çünki pulu rəsmiləşdirib məxaric edə bilirlər.

Qeyd edək ki, qardaş ölkə Türkiyədə artıq internet üzərindən reklam edən hər bir infuluncer 15/100 vergi ödəyir.

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, eləcə də ictimai qınaq və vətəndaş fəallığı müzakirə edilib.

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, bəzi məmurlar tutduqları vəzifəyə hörmət etməlidirlər: “Problem ondadır ki, məmurlar öz vəzifələrinə hörmət etmirlər. Göründüyü kimi, cənab Prezident onları təyin edəndə tapşırıq və tövsiyələrini birmənalı şəkildə verir. Məmurlar, eləcə də millət vəkilləri vətəndaşları dinləməli, o problemlərin həlli ilə məşğul olmalıdırlar”.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bəzən vətəndaşların hüquqlarını bilməməsi məmurlara daha rahat hərəkət etməyə imkan verir: “Xüsusilə regionlarda vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu da həm də onunla bağlıdır ki, bölgələrdə əhalinin çox hissəsinin başı daha çox kənd təsərrüfatı işlərinə qarışıqdır, sosial şəbəkələrdən bir qədər uzaqdırlar və s. Ancaq biz problemin həlli yollarını axtarmalıyıq. Bəzən müraciətin, şikayətin təkrar olaraq şikayət olunan yerli quruma qaytarılması vətəndaşda məyusluq yaradır”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, ictimai nəzarət üçün vətəndaşın informasiyaya çıxışı təmin olunmalıdır: “İcra hakimiyyətləri hesabatlarını saytlarında yerləşdirməlidir. Gəlin, baxaq görək, nə qədər icra hakimiyyəti strukturu bunu edir?!”

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar: “Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik”.