“Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır”.

Bu sözləri açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib. 

İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb.

 “Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən “otxod” adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür”. 

Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb.

“Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var  “Doğru söz danışanı yüz kənddən qovarlar”.  Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş - qalaq olunublar.  Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara”. 

“Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz” sualına isə ifaçı belə cavab verib.

 “Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər. Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə  cavab vermək lüzumsuzdur.  Çünki, mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb”. 

İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb.

“Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki, biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də  naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə. Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə “qılınc müsəlmanı” deyirlər. 

Nadir Qafarzadə Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala da münasibət bildirib. 

“Düşünürəm ki, Xalq artisti Afaq Bəşirqızına olan sosial hücum bir təxribatdır. Biz bildiyimiz elə məsələlər var ki,  tamaşaçılar bilmir. Çünki televiziya işçiləri bilir ki, canlı efirlə studiya bağlantısının arasında 5 dəqiqə fərq olur. Əgər o efirdə həqiqətən də söyüş olmuşdusa,  həmin sözlər efirə necə gedib? Mən belə düşünürəm ki, bu ya bilərəkdən baş verib, ya da sifariş olunub. Afaq xanımın sənəti mənim üçün böyükdür. Söyüşə gəldikdə isə hamı söyüş söyür. Adi axmaq sözünü belə işlətməyən yoxdur. Ola bilər ki, həmin anda Afaq xanım əsəbi olub. Unutmayın ki, biz də insanıq. Ancaq yenə də fikrimin üzərində dayanıb deyirəm ki, həmin ifadələr Afaq xanıma aid deyil. 

Bizim cəmiyyətdə belə bir düşüncə var ki, birinin uğurunu, yüksəlişini görəndə onu yıxmaq istəyirik. Axı biz niyə bu dərəcədə bir-birimizə düşmən kəsilməliyik? Afaq xanım dövlətin bütün mükafatlarına layiq görülüb. Xalqın sevimlisidir, incəsənət tarixinə düşəcək aktrisadır. Onun bundan sonra itirəcək bir şeyi yoxdur. Heç kim bilmir ki, onun başına nə gələcək. Əksinə çalışmaq lazımdır ki, yıxılanı ayağa qaldıraq. Təəssüf ki, bəzi insanlar yıxılanın əlindən tutmaqdansa, ayağından aşağı çəkir. Çox təəssüf ki, bəzi insanlar başlarından düşünmək üçün istifadə etmirlər. Bədən üzvü kimi çiyinlərinin üzərində gəzdirirlər”.

Dünyasını dəyişən Nur Yerlitaşın evinə şou-biznes nümayəndələri axın etdilər
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş 64 yaşında dünyasını dəyişib.

64 yaşında vəfat edən modelyerin cənazəsi Nişantaşındakı evindən çıxarılıb.

Bu vaxt Nurun yaxın dostu Sibel Canın tabutun arxasından göz yaşı tökdüyü görüntülənib. İki il əvvəl beyin xərçəngi diaqnozu qoyulan Nur Yerlitaş bu müddətdə iki ciddi əməliyyat keçirib.

O, bu gün günorta saatlarında evdə vəfat edib. Modelyerin yaşadığı evə Türkiyənin məşhur simaları axın ediblər. Nur Yerlitaşla çalışan bir çox tanınmış şəxslər onunla birlikdə çəkilmiş şəkillərini sosial media hesablarında paylaşaraq, yaxınlarına baş sağlığı veriblər. oxu.az

 

Xoşqədəm Hidayətqızı Rafael Dadaşovdan YAZDI
Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti Rafael Dadaşov haqqında paylaşım edib.

Aparıcı ''İnstagram''da 16 martda vəfat edən Xalq artistinin səs yazısını yayıb. Hidayətqızı paylaşımını belə şərh edib:

''Rafael Dadaşov mənim sevdiyim üç aktyordan biridir. Fuad Poladov, Rasim Balayev ve Rafael Dadaşov. İkisini itirdik. Qalan Rasim Balayevdir , Allah ona can sağlıgı versin. İki gün öncə ölümündən 40 gün ötən böyük aktyorumuz, sənətkarımız, səsiylə, yaraşığı ilə, insanlığıyla milyonların qəlbində taxt quran Rafael Dadaşov haqqında indi yaza bildim. Ölüm xəbərini eşidəndə sanki öz doğmamı itirmişdim, boğulurdum. Adı heç vaxt qalmaqallarda , iyrənc hadisələrdə hallanmadı, hansısa cinayətkar qrupla adı çəkilmədi . O sənətiylə sevildi və yaddaşlarda qaldı. Bu səs yazısı yaxşı ki qalmışdı. Mən də bu gün paylaşıram. Siz də yenidən o möhtəşəm insanın səsini dinləyin. Nərmin olayları dönəminə təsadüf edən doğum günümdə məni təbrik etmək üçün efirə bağlanmaq istəmişdi, istəmədim. O da bu səs yazısını mənə göndərmişdi. Allah sənə rəhmət eləsin , böyük sənətkar. Məkanın cənnət olsun, mənim sevdiyim aktyor''.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Xalq artisti R.Dadaşov martın 16-da vəfat edib.

Azərbaycanlı Professor vəfat etdi
Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Xələfov vəfat edib.

A.Xələfov gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olub.

A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanıb. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilib, o, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

Xatırladaq ki, A.Xələfov Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun qardaşıdır.

Allah rəhmət eləsin!

Afaq Bəşirqızıyla bağlı QALMAQALIN PƏRDƏARXASI
Əməkdar artist Tahir İmanov son günlər Afaq Bəşirqızı ətrafında yaranmış qalmaqala münasibət bildirib.

 İmanov "Ölkə.Az"-a açıqlamasında yaranmış vəziyyətdən təəssüfləndiyini dilə gətirib:

"Çox təəssüf ki, bizim jurnalistlər yoldan ötən müğənnilərlə Afaq Bəşirqızını səhv saldılar. Unutmaq lazım deyil ki, o, bizim teatr sənətimizin brendlərindən biridir. Guya hansımız söyüş söymürük ki? Nəzərə almaq lazımdır ki, bu söhbət iki nəfər arasında olub və efir vaxtı baş verməyib. Bildiyimə görə sözügedən video verilişdən iki gün sonra sosial şəbəkəyə yüklənilib. Deməli, bu, Afaq xanıma qarşı təxribatdır".

Tahir İmanov jurnalistikanın hazırki vəziyyətindən də danışıb:

"Yadınızdadırsa, mən iki il əvvəl televiziyalarımızın, jurnalistikamızın durumuyla bağlı danışanda demişdim ki, vəziyyət yaxşı deyil. O vaxt televiziyaların nümayəndələri demişdilər ki, Tahir İmanovun çörəyi dizinin üstündədir. Halbuki onlar heç vaxt mənə çörək verməyiblər. Mənə çörəyi dövlətim və Allahım verib. Bu məsələdə də jurnalistlərin böyük səhvi var. Onlar Afaq xanımı hansısa müğənniylə səhv saldılar. Təəssüfləndirici bir məqam da ondan ibarətdir ki, peşəkar jurnalistlərin əksəriyyəti bu məsələdə susur. Çox istərdim ki, susmasınlar. Biz bu gün bir qrup sənət adamı Afaq xanıma dəstək olduq və olmalıyıq". 

Afaq Bəşirqızından sərt sözlər
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan "Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.

Sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu iddia edilib. 

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət öncə Teatr Xadimləri İttifaqının 14-cü konfransını yarımçıq tərk etmişdi. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid etmişdi.

Həmin görüntüləri təqdim edirik: /sfera.az


Əməkdar artist Tahir İmanov Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Əməkdar artist "Ölkə.Az"-a açıqlamasında dünən ki, hadisəylə bağlı bunları deyib:
''Təəssüf edirəm ki, təxribat təkcə Afaq xanıma yox, bir çox tanınmış simalara aiddir. Çoxları bilərəkdən bir mövqedə dayanaraq qalmaqal yaradır. İstənilən sözü kontekstdən çıxarıb, mövzunu şişirir və özünün xoşuna gəldiyi formada təqdim edirlər. Məlumdur ki, bununla da qalmaqal yaranır. Eyni vəziyyət bir neçə ay öncə mənim dostum, həmkarım Murad Dadaşovla bağlı da yaranmışdı. Neftlə bağlı olan ifadəsini kontekstdən çıxarıb, düzgün formada təqdim etməmişdilər. Afaq xanım da dəfələrlə qeyd edib ki, siz mənim sözlərimi düzgün təqdim etmirsiniz. Dünəni mövzuya gəlincə, etiraf edim ki, mövzudan xəbərim yoxdur. Xəbərim olmadığı üçün də öncə Afaq xanımla əlaqə saxlayıb, hər şeyi özündən öyrənməliyəm''.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.

Aprelin 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.

Təqdim olunmuş dərman preparatları “Cırtdan” adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. “Biz birlikdə güclüyük!” şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.

Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə “Cırtdan” meqaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.

Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.

(axar.az)

Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16:00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Yenilik.az həmin anın videosunu təqdim edir:

“Karantində başa düşdüm ki, bir də ərə gedəcəm”
“Eurovision” müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov İTV-də yayımlanan “Gəl, qonaq ol” layihəsinədə onlayn qonaq olublar.

Axşam.az xəbər verir ki, aparıcı Saleh Bağırov N.Camala “Karantin günlərində özündə nəyi kəşf etdin” deyə, sual ünvanlayıb. Bu zaman müğənni verdiyi cavabla hər kəsi güldürüb.

“Karantin rejimində başa düşdüm ki, bir də ərə gedəcəm. Ona görə ki, bütün günü evdəyəm. Yemək bişirirəm, yığışdırıram, yuyuram. Evdar xanım olmuşam. Bu, daha maraqlıdır. Eldar nə vaxt elçi göndərsə, ondan sonra tarixi deyərəm. Beşinci mərtəbədən səkkizinci mərtəbəyə gəlin köçəcəm” deyə, sənətçi bildirib.

Qeyd edək ki, N.Camalın evliliyindən iki qızı var. O, illər öncə həyat yoldaşından boşanıb.