Axşam.az saytında sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Ariflə əlaqə saxlayıb.
“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.
O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:
“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.
İfaçının anası vəfat edib. Bu barədə Xalq artisti “İnstagram” səhifəsində paylaşım edib. O, mərhum anasının fotosunu paylaşaraq bu sözləri qeyd edib:<ins'>
“Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu etsin, İnşallah, Amin”.
Qeyd edək ki, Xalq artistinin anası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Metbuat.az xəbər verir ki, Mehman hazırda İsveçrədə müalicə alır.
Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov açıqlamasında bildirib ki, həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər:<ins'>
"Ən kiçik qardaşım Mehman Hüseynov ağır xəstədir. Bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimləri nəhayət xərçəngə təklifli şiş diaqnozu qoymuşdular. Xoşbəxtlikdən həkimlər Mehmana təyin olunan müalicə kursunu ən qısa müddətdə başlaya biləcəyi təqdirdə bu xəstəliklə mübarizə şansının olduğunu söylədi. Müalicə mərhələlərlə aparılacaqdır. Birinci mərhələyə 30.000 CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) başa gələcək 5-6 həftəlik radioterapiya kursu daxildir.
İkinci mərhələ şüanın cərrahi yolla çıxarılmasıdır ki, bbu əməliyyat 12 000 CHF-ə başa gələcəkdir. Əməliyyatın dəyəri 44.000 CHF-ə yüksələ bilər. Ümumiyyətlə, qardaşımın xəstəxanaya yerləşdirilməsi, müalicəsi və əməliyyatı üçün cəmi 74 min CHF lazımdır".
"Ölkə.Az"-ın əldə etdiyi xəbərə görə, sənətkar paytaxtdakı özəl klininkaların birinə çatdırılıb. Tağıyev bağırsağından əməliyyat edilib. Xalq artisti müalicəsini evdə davam etdirir.
Qumral instaqram hesabında həyat yoldaşı ilə birlikdə görüntüləndiyi video paylaşıb. Videoda həyat yoldaşının Qumralın başına vedrə ilə su tökməsi diqqətə səbəb olub.
Onların görüntüləri gülüşə səbəb olsa da izləyicilər arasında Qumral tənqid edənlər də olub. big.az
Uzun müddətdir gizli sevgi yaşayan cütlük, bir müddət əvvəl yaşadıqları münasibəti açıq şəkildə elan ediblər. Daha sonra tez-tez mediada görünən sevgililər, birlikdə restoran açmaq qərarına gəliblər.
Cem Yılmaz restoran üçün artıq torpaq sahəsi də alıb. O, sevgilisi Sarıkaya ilə birlikdə əraziyə baxmağa getdiyi zaman çəkilən fotosunu “İnstagram” səhifəsində yayımlayaraq, bu sözləri qeyd edib:
"Şəhərin səs-küyündən uzaqda, təbiətin bizə bəxş etdikləri... Satıb başladıq, bir "xeyirli olsun" sözünüzü alaq".
Xəzər TV xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub
Daha bir aktyor koronavirusa yoluxub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.
Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da amma onlardan alınan testin cavabı neqativ çıxıb.
Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.
Bu gün Azərbaycan milli bayramını - Respublika gününü qeyd edir. 102 il əvvəl əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə müsəlman Şərqində qurulan ilk respublika - Azərbaycan Cümhuriyyəti şanlı tarix yazdı. Bu gün hər birimiz həmin hadisəni qürurla anırıq. Sabah da nacağıq, 100 il sonra da...
Bu yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tardan bəhs edirik. O tar ki, Rəsulzadə ailəsinin yadigarı olaraq qalıb və gümüzədək gəlib çatıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı - Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar...
Modern.az-ın məlumatına görə, bu tar Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Azər oğlu Rəsulzadə tərəfindən qorunub, saxlanılıb.
M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılıb. Ehtimal olunur ki, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olub və sonra kiçik oğlu Azər Rəsulzadəyə yadigar qalıb. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən 2019-cu ilə kimi çalınmadığı üçün təmirə ehtiyaclı olub. Rais Rəsulzadə tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, onun xahişi ilə tarın təmiri-bərpası ötən il Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilib. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən 2019-cu ilin oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunub. Hazırda alət ifa üçün tam yararlı vəziyyətdədir. Ötən ilin sonlarında Bakı Musiqi Akademiyası Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan bu tara təqdimat mərasimi də keçirib və orada tar çalınıb.
Rais Rəsulzadə deyir ki, bu tar atası ilə birlikdə sürgün həyatı yaşayıb. Baba yadigarı olan bu tar hazırda onun ailəsinin ayrılmaz, əziz üzvüdür. Tar hətta vaxtilə Gəncə həbsxanasına da düşüb.
R.Rəsulzadənin sözlərinə görə, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda 16 yaşı vardı.
"Özləri ilə çox şey götürməyə icazə verilmədi. Atam özü ilə yalnız bu tarı götürüb. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşayıb. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Atam Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram. Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".
Bu tarda ifa edən Azər Rəsulzadənin ən çox sevdiyi muğam Bayatı-Şiraz olub. Azər bəy qürbətdə bu tarla nəfəs alıb.
O, bu barədə özü ARB-də yayımlanan “Ona qalsa” verilişində telefon bağlantısı zamanı açıqlayıb.
O, açıqlamasında ailəsi və vətənindən ayrı qaldığı üçün çox darıxdığını deyib.
“Moskvada həmvətənlərimizin otelində qalırdıq, vəziyyətimiz normal idi, amma hamıdan uzaq qaldığıma görə, çox sıxılırdım. Rəqsanə xanım bizə çox qayğı göstərdi, sağ olsun, evində bir gün qaldıq”,- deyə o, bildirib.
Daha sonra o, hazırda Bakı şəhərində karantində olduğunu qeyd edib.
“Hazırda Bakıda özəl otellərin birində karantin müddətini keçirəm, özümü yaxşı hiss edirəm. İnşallah, bu müddət tezliklə keçib gedər və mən də ailəmə, sevənlərimə qovuşaram”.
Qeyd edək ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya getmişdi.