Bu sözləri Əməkdar artist Çingiz Əhmədov ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda ekspert qismində iştirak edərkən deyib.
Sənətçi teatrda baş verən özbaşınalıqlara üsyan edib, Əliqismət Lalayevin ünvanına kəskin ittihamlar səsləndirib: “5-6 il o, teatra yaxşı direktorluq etdi. Amma sonra teatra, aktyorlara diqqət yetirməkdənsə, bu diqqəti özünü həsr etdi, özü ilə oynayır. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova, deyirsiz ki, mən 2008-ci ildə prezident mükafatı almışam. Ə.Lalayevin bundan xəbəri olmayıb. Zamanında nazirin (keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayev – red.) qapısına gedib, o mükafatı almışam. 2012-ci ildə Ə.Lalayevin xəbəri olmadan Əməkdar artist fəxri adına layiq görülmüşəm. Bunun üçün yenə də nazirin qapısını döymüşəm. 18-ə yaxın mükafat almışamsa, yenə də Ə.Lalayevin onlardan xəbəri olmayıb.
Ə.Lalayev son zamanlar aktyorların maaşını kəsir. Aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb cibinə qoyur. Bütün teatr direktorlarını ayağa qaldırıb demişəm ki, siz aktyorların maaşını tutursuz? Deyirlər ki, bu, cinayətdir.
Teatrda heç kim başını qaldırıb söz deyə bilmir. Kimsə Ə.Lalayev barədə nəsə xoşagəlməz bir söz deyəndə aparıb qoyurlar onun ovucuna. Belə hegemonluq etmək olmaz. Teatrın direktor müavini Vəfa xanıma Ə.Lalayev səlahiyyət verib ki, bax gör hansı aktyor məşqə gəlməyib, onun məvacibindən pul kəsəcəyəm. Novruz Qartalın 74 yaşı var, 400 manata kirayədə qalır. Üç nəvəsi var. Ə.Lalayev 81 yaşlı aktyora mükafat yazır, amma Novruza yazmır. Emil Heydərov rus bölməsinin aparıcı aktyorudur, ona da heç bir mükafat vermir. İllərlə bu teatrda çalışan aktyorlara mükafat vermir.
2019-cu ildə Ə.Lalayev dedi ki, mənim, Afaq Bəşirıqızının, İlham Namiq Kamalın adına kassadan bilet alırlar. Əgər mənim adıma tamaşaçılar bilet alırlarsa, bəs niyə mənə hörmətsizlik edirsən?” oxu.az
[center][img]https://www.bizimyol.info/az/wp-content/uploads/2020/06/Nadir.jpeg[/img][/center]
"Hamısına təşəkkür edirəm, həkimlər çox əziyyət çəkirlər. Sağ olsunlar. Xəstəxanada mənə çox yaxşı baxırlar".
Bu fikirləri "Report"a açıqlamasında koronavirusa yoluxan futbol məşqçisi Nadir Qasımov durumu barədə danışarkən deyib.
Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında olan 71 yaşlı mütəxəssis hər şeyin ikinci testin nəticəsinə əsasən müəyyənləşəcəyini bildirib. Qasımov bu gün ikinci dəfə testdən keçmə ehtimalının olduğunu söyləyib: "Artıq özümdə heç nə hiss etmirəm. İki gündür temperaturum yoxdur, öskürək də təmizlənib. Bunlar məndə elə də çox olmayıb. İnanıram ki, bu yaxınlarda evə buraxacaqlar".
Məşqçinin sözlərinə görə, virusa yoluxduğunu özü hiss edib: "Mən qanuna riayət edən adamam. Özüm hiss etdim ki, temperaturum artıb. 103-ə zəng etdim, baxdılar və nümunə götürdülər. Bir gündən sonra bilindi ki, koronavirusa yoluxmuşam. Həmin gün də təcili yardım gəldi və məni Mərkəzi Neftçilər Xəstəxanasına gətirdi. Artıq 8 gündür ki, buradayam.
Nə lazımdır, hamısını edirlər. AFFA da daim mənimlə əlaqə saxlayır, vəziyyətimi soruşublar. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Oktay Abdullayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov - hamısı mənimlə maraqlanır. İnanıram ki, bu yaxınlarda evə getməyə icazə verərlər, evimizə qayıdarıq".
Qasımov xəstəxanadan çıxmaqla bağlı qərarı həkimlərin verəcəyini sözlərinə əlavə edib: "Mən yalnız gözləyirəm, həkimlərə əmr verə bilmərəm. Amma özləri də görürlər ki, bütün tələblərə əməl edirəm. Dərmanları vaxtı-vaxtında qəbul edirəm. Sağlıq olsun, necə alınacağını görəcəyik. Hazırda həkimlər otaqları gəzir və xəstələrə baxırlar. Bəlkə, günortadan sonra mənə də yaxınlaşdılar.
Çox xahiş etdim ki, bu gün yenə test götürsünlər, nəticəyə baxaq. Özümə də maraqlıdır. 3 gün evdə, 8 gün isə burada olmuşam. Mənə müntəzəm olaraq yaxşı baxdılar. Hər gün sistemlər, dərmanlar qəbul etdim. Artıq mühit məni sıxır, buna alışmamışam. Həmişə sərbəst olmuşam, amma burada sərbəstlik yoxdur, hərəkətlərimiz məhduddur. Bu gün baxacaqlar, görək, nə deyirlər".
Sonda təcrübəli mütəxəssis Azərbaycan xalqına müraciət etməyi vacib sayıb: "Mən xalqıma müraciət etmək istəyirəm. Hansısa qüvvələr əhalini virusla bağlı başqa yönə istiqamətləndirmək, bu xəstəliyə inanmamalarını istəyirlər. Koronavirus həqiqətən də var, çox əziyyət verən xəstəlikdir və insanı hərtərəfli sıxır.
Xəstəliyə qalib gəlmək üçün ilk növbədə, iradə lazımdır. Gərək deyilənlərə əməl edəsən ki, istədiyinə nail olasan. Yox, əgər qulaqardına vursalar, nəticəsi pis ola bilər. Nə qədər həkimlərə kömək etsək, xəstəliyə qalib gəlmək mümkündür. Arzu edirəm ki, daha millətimizdən heç kim bu xəstəliyə tutulmasın. Həmişə sərbəst millət olmuşuq, təmiz havada olmağı xoşlamışıq. Amma xəstəxanada bir otaqda sıxılırsan. Əlbəttə, çox çətindir. Hamı özlərini və uşaqlarını qorusun, deyilən tələblərə əməl etsin".
Qeyd edək ki, Nadir Qasımov “Bakı fəhləsi”, “MKT-Araz”, “Avtomobilçi”, “Bakılı”, “Şuşa-Qarabağ” kimi komandalarda işləyib.
Bu sözləri məşhur rəqqasə və iş xanımı Fatimə Fətəliyeva "ATV Maqazin 10larla" proqramına müsahibə verərkən deyib.
Rəqqasə onun arxasınca danışan sənət yoldaşlarını heçə saydığını bildirib:
“Onlarda gərək ürək olsun ki, söz atanda adımı çəksinlər. Arxamca danışanları boş verirəm. Ən əsası susmaqdır. Susmağımla onları yandırıram”.
Şou-biznesin məşhur xanımı bir müddət öncə səhhətində problemlər yarandığı açıqlayıb:
“Neçə vaxt idi ki, xəstə idim. Soyuqlamışdım. Bununla bağlı analiz verdim. Şükürlər olsun ki, analizlərin cavabı yaxşı çıxdı. Ona görə əhvalım yaxşıdır”.
Müsahibəsi zamanı F.Fətəliyeva keçirdiyi plastik və estetik əməliyyatlardan əvvəl daha gözəl olduğunu söyləyib:
“Bu sənətə gəldiyimdə əməliyyatdan öncəki burnum mənə çox yaraşırdı. Efirdə isə burnu zırpı Fatimə idim. Amma həyatda elə deyil idim. Bədən şəkilləndirici əməliyyatı da ona görə elətdirdim ki, efirdə arıq görünüm. Çünki ekranda ətli-qanlı görünürdüm. Allah mənə hər şey verib, bir tək boydan başqa”. oxu.az
Qeyd edək ki, may ayının ilk günlərində F.Fətəliyevanın Zəhra adında qız nəvəsi dünyaya gəlib.
Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aralarında baş verən qalmaqala fikir bildirərkən deyib.
O, bu gün “ATV” telekanalında yayımlanan “Şou ATV” səhər proqramında Teatrın rəhbərinə qarşı sərt ittihamlar səsləndirərkən mikrafonun söndürülməsi məsələsinə də münasibət bildirib.
“Bəli, həqiqətən verilişdə mikrafonumu söndürdülər, mənə qarşı haqsızlıq etdilər. Əgər bura “Azad Azərbaycan”dırsa niyə qoymadılar ki, azad formada öz fikirlərimi səsləndirim. Verilişdən sonra mənə çox zənglər oldu, insanlar çox narahatdılar. Sadəcə, mən Lalayevdən mükafatımı kəsdiyi üçün haqqımı tələb edirəm. 12 ildir bu insan teatrda rəhbərlik edir. Bu illər ərzində Xalq artisti adını almağım üçün Nazirliyə bir təklif belə yollamayıb. Mən 1972 –ci ildən bu sənətdəyəm, televiziyada böyümüşəm. Mənim buna haqqım var. Dəfələrlə özü də bildirib ki, Afaq Bəşirqızı, İlham Namiq Kamal və Çingiz Əhmədova görə teatrın biletləri satılır. Bəs indi nə oldu? Məndən qat-qat cavan aktyorlar o adı alır, mənim 2 ildən sonra 60 yaşım olacaq, ancaq mən buna layiq deyiləm? Niyə axı siz mənim adımı təqdimata salmırsınız? Fəxri ad Prezident tərəfindən verilir, siz isə mənə bu işdə maneə törədirsiniz.
Mən Nəsibə Zeynalova, Eldəniz Zeynalov, Həsənağa Salayevdən tərbiyə almışam. Ustadım Əliağa Ağayev olub. Hər zaman xalqımı, dövlətimi sevmişəm. Əliqismət Lalayev, bəsdir illərdir orada oturub haqqımızı yedin”,- deyə, əməkdar artist fikrini tamamlayıb.
Musavat.com xəbər verir ki, Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib
E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun İnstaqramda etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.
E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb
"40 il ərzində ilk dəfə özümlə tanış oldum", - deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.
Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını bildirib.
O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.
Ə.Qarayev vəzifəsindən çıxarılandan sonra onun MDB və ya Avropa ölkələrindən birinə səfir göndərilə biləcəyi ehtimalı da var. Azərbaycanda "vurulmuş” kadrların səfir göndərilməsi praktikasını yada salanda bu xəbərlər bir az inandırıcı görünür. Amma onun "qara pulları”nın izinin Panama, Malta, Litva və Rusiyada üzə çıxması barədə yayılmış materiallar Qarayevin işinin yaxşı olmadığını təsdiq edir.
Ə.Qarayevin bir neçə ölkəyə, o cümlədən offşor adalara səpələnmiş çoxsaylı şirkətləri barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Belə məlum olur ki, Ə.Qarayevin ailə şirkətləri Azərbaycanla yanaşı, Rusiya, Litva, Panama və Maltanı da əhatə edir.
Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Qarayevin mədəniyyət pullarını necə taladığı haqda müəyyən təəssürat yaradırdı. İndi isə məlum olur ki, o, Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb. Belə ki, keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE” MMC-nin təsisçisidir. Bakı şəhəri, Səbayel rayonu, Müslüm Maqomayev küçəsi, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır. Həmin ünvanda 2006-cı ilin martında Ə.Qarayevin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "Yol+İlk elmi-populyar dərgi redaksiyası” MMC qeydə alınıb. O, "Jazz Dostları” ictimai birliyinin də təsisçisidir. Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən "KL Bodrum Emlak Ticaret ve Sanayi Limited Şirketi”ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.
Nizamnaməyə görə, Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatlarına sahib olmaq, işlətmək hüququ əldə edib. Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımının sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu "Kuum” hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "Triat Exire” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır. Ə.Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. "Qals” MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Fərid Oqtay oğlu Cəfərovdur. Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir.<ins'>
Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib. Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şifkəti isə Azərbaycandadır. "GALS Gallery” MMC 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur. Muzey Mərkəzi "Rus muzeyi” də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət Bakı şəhəri, Səbayel rayonu, Y.Məmmədəliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. Həmin ünvanda keçmiş nazirin xanımına məxsus "Gals Beauty and SPA” MMC isə 2013-cü il mayın 3-də qeydiyyatdan Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki "NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir. Ə.Qarayevin özü isə "otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib. 2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB” biznes mərkəzlərinin şərikidir.
Paytaxtda iki ünvanda - Neftçilər pr. 151-də PORT BAKU MALL-da və "Time” Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir. Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda "Green Farms Azerbaijan” MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o, "Green Farms International” şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir. Ə.Qarayevin nazir kimi nüfuzu sayəsində "Green Farms Azerbaijan” MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb. https://www.greenfarms.az/ Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Ə.Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub. İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Ə.Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-da DTX tərəfindən saxlanılıb. Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən "Green Farms İnternational LTD” 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib.
Maltadakı şirkətin təsisçisi isə Ə. Qarayevin Avstriya və Monako vətəndaşı olan qihumu İsgəndər Malekidir. O, 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin AS Limited-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində Adinotec LTD offşor şirkəti çıxış edir. İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. Onun xanımı Fatimə Maleki və Şəhriyar Maleki 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.
Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Ə.Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sothebys incəsənət auksionunun daimi müştəriləridir. Güman ki, Qarayevlərin Malekilərlə qohumluğu da buradan başlayır. Ümumiyyətlə, Sotheby’s hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var. (musavat.com)
Ana Vətən Partiyasının Mətbuat Xidmətinin Rəhbəri Tünzalə İsmayıllının
XəbərAl.az Saytına Ekiskuliziv Müsahibəsini Sizlərə Təqdim Edirik!
Sizi necə təqdim edək? – Necə tanıyırsınız?
Tanıdığınız kimi.
İlk dəfə hansı mətbuatda işləmisiniz?
– İlk iş yerim “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi olub. Mən özüm könüllü xüsusi müxbir olaraq getdim və bir müddət sonra orda da Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışdım.
Neçə ildir Fəzail Ağamalı ilə işləyirsiniz?Fəzail müəllimlə işləmək çətin deyil?
8 il xeyir. İşini bilən, məsuliyyəti olan üçün heç nə və heç kim çətin olmaz.
Bilirik ki, yeni övladınız dünyaya göz açıb.Bu sizin işinizə maneəçilik etməyəcək?
-Heç bir maneəçilik də yoxdur. İnanın səmimiyyətimə, əməliyyat otağından mətbuata məlumat ötürüb əməliyyata girmisəm. Bildiyiniz kimi bu mənim ikinci övladımdır. Yəni təcrübə var artıq.
Ana olmaq məsuliyyətlidir yoxsa mətbuat xidmətinin rəhbəri?
Ana, bütün vəzifələrdən məsuliyyətli və şərəfli bir hissdir. Heç bir vəzifə ömürlük verilimir. Anacaq valideylik ömürlük məsuliyyətdir.
İşinizə göz dikib maneə yaradanlar var?
– Qeyri-peşəkar jurnalistlər var, bu məni yorur. Başqa heç nə narahat etmir (gülür).
Bilirik ki, neçə ildir media sahəsində çalışsanız da, hələ də kirayədə yaşayırsınız. Bu sizə çətinlik yaratmır?
– Yaradır əlbəttə. Göydə uçan quşu belə Allah yuvasız qoymasın!
Əgər qız övladınız olsaydı, jurnalist və ya mətbuat xidməti rəhbəri işləməsinə icazə verərdiniz?
İstədikləri peşəni seçməyi özlərinə həvalə edərəm, ancaq mənə qalsa, icazə verməzdim.
Bildiyimiz qədər vaxtı ilə idmanla məşqul olmusunuz, niyə davam etdirmədiniz və oğlanlarınızın bunu davam etdirməsini istərdinizmi?
İdman mənim üçün peşə deyil, maraq olub. Şərt deyil idmancı, siyasətçı və ya jurnalıst olsunlar. Əsas vətənimizə layiq övlad olsunlar.
Gələcəkdə “Ana Vətən” partiyasının və sizin planlarınız?
-Onu gələcəkdə görərsiniz, inşallah.
Təşəkkür edirəm səmimi müsahibə üçün!
Çox sağ olun!
Milli.az xəbər verir ki, bu açıqlamanı "Şou ATV"də aparıcı Nanə Ağamalıyeva edib.
Verilişdə qonaq olan İzzət Bağırov aparıcının sözünü yarımçıq kəsərək sözügedən mahnı ilə bağlı maraqlı bir faktı açıqlayıb:
"Onda qoy bir dənə açıqlama verim: Nanə o vaxtlar ATV-də radioda çalışırdı. O mahnını gündə bəlkə bir 10 dəfə verirdi. Axırda ona görə töhmət aldı. Ay qız, bəsdir də. Bir müğənninin mahnısını gündə nə qədər verəcəksən?! Dedim "Nanə, etmə də. Elə bilərlər ki, mən sənə nəsə verirəm".