“İşçilərimin maaşını vermək üçün 3 maşınımı satdım”

Xalq artisti, “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov karantin dövründə üzləşdiyi iqtisadi problemlərdən danışıb.

O, instaqramda “Chez Next” proqramına qonaq olarkən koronavirusun səbəb olduğu böhrandan söz açıb:

“Konsert salonları, bir çox mağaza və restoran bağlandı. Sərgi mərkəzində isə koronavirus infeksiyası olan xəstələr üçün xəstəxana qurduq. Dövlət bunun üçün 1 milyard rubl ayırsa da, bu, şirkətə heç bir gəlir gətirmədi. Bu pulun bir hissəsini aldıq, xəstəxana tikdik. Hər şey hesablandıqdan sonra yoxlamalar olacaq və bu məbləğin qalığını alacağıq”.

Ağalarovun sözlərinə görə, COVID-19 pandemiyasının yaratdığı böhranın nəticələri 6-12 ay sonra hiss olunacaq: “Biz rüsumlarımızın 90% -ni itirdik. Gündən- günə itkilərimiz olur və karantin yumşaldıqdan sonra azaldığını söyləyə bilmərəm. Çünki ticarət mərkəzlərimizdə icarədarlar kirayə haqqını ödəyə bilmirlər. Biz onlara güzəşt edirik”.

İş adamı üç avtomobilini satdığını, lakin 15 min işçinin maaşını ödəmək üçün kredit götürməli olduğunu açıqlayıb: “Sonuncu maşınlarımı da satsam, bu, işçilərin məvacibinin heç 10 faizi etməyəcək”.

Onu döyən sevgilisini polisə şikayət etdi

Məşhur aktyor Ozan Güvenlə sevgilisi Deniz Bulutsuz arasında gərgin anlar yaşanıb. Belə ki, 45 yaşlı aktyor sevgilisinə şiddət göstərib.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd edilib ki, kiçik mübahisə zamanı Bulutsuza hücum edən aktyor ona zərbələr endirməyə başlayıb.

Gənc xanımın gözünə qan sağılıb, göyərtilər yaranıb. Həkimdən ekspertiza rəyi alan Deniz polisə gedərək Ozandan şikayətçi olub

Həkimindən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

“Bəhram Bağırzadənin ümumi vəziyyəti stabil-ağır olaraq qalır”.
Bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, Əməkdar artistin səhhətində az da olsa, müsbət irəliləyişlər müşahidə edilir:

“Əvvəlki dövrlə müqayisədə, Bəhram Bağırzadənin vəziyyətində müşahidə edilən hər xırda müsbət irəliləyiş bizim üçün ümiddir. Ümumi vəziyyət stabil-ağır olaraq qalır. Əlimizdən gələni edirik ki, Əməkdar artist qısa zamanda öz sağlamlığına qovuşsun”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Məşhur aktyor evini ailəsinə bağışladı, özü kirayə ÇIXDI
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ evini ailəsinə bağışlayıb.

Kıvanş Tatlıtuğ Türkiyənin Bodrum şəhərində yerləşən evini valideynlərinə bağışlayıb. Özü isə həyat yoldaşı Başak Dizerlə birlikdə kirəyə tutduqları evə köçüblər. Məlum olub ki, o valideynlərinin və ailə üzvlərinin rahatlığı naminə bu addımı atıb. Aktyorun evini ailəsinə bağışlaması pərəstişkarlarının marağına səbəb olub.


 

Nadir Qafarzadə fermer oldu
“Səhər durub inəyi sağıram, toyuq – cücəyə yem veirirəm”.

 Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “7 canlı” verilişində deyir.

O, bağ evində olan heyvanlara özünün qulluq etdiyini, bunun insanı çox sakitləşdirdiyini vurğulayıb.

“Bilsəniz bu insana necə rahatlıq verir. Səhər ayılanda toyuqlar elə bil hiss edir ki, mən oyanmışam. Tez səs-küy salmağa başlayırlar. Onlara dən verib, yumurtaları yığmaq mənə xüsusi zövq verir. İnəyi də özüm sağıram, burada çətin bir iş yoxdur”,- deyə o, bildirib.

Günay İbrahimlinin son paylaşımı başına BƏLA OLDU
Müğənni Günay İbrahimlinin son paylaşımı tənqid edilib.

İfaçı uzun, ayağı yarıq libasda olan fotosunu ''İnstagram'' hesabında yayımlayıb. Lakin foto izləyicilər tərəfindən heç də bəyənilməyib. Onlar müğənnini görünüşünə görə tənqid ediblər. ''Ayağınız niyə o günə düşüb?'' ''Mənim diqqətimi çəkən ayaqqabının yekəliyi oldu''. ''Ayaqlarınız böyük və qırış-qırış görünür'', -deyə izləyiciləri qeyd ediblər. 

dinsta

Həyatın dəryasında batan Hüseyn Dərya

Bəlkə də sonuncu yazımdır kim bilir, 

Odur ki, hələlik, sözümüz bu qədər...                                                                  

Bu insan öz həyat yolunu sanki başqaları üçün yaşadı. Öz doğruları, yanlışları ilə qısa bir ömür sürən Hüseyn Dərya. Bu gün onun ad günüdür. 

Muradov Hüseyn Cahangir oğlu 1975-ci il 29 iyunda Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Beş övladlı ailənin sonbeşiyi olan Hüseyn ilk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Hüseynin tələbəlik illəri Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, təhsilini yarımçıq qoyaraq könüllü   cəbhəyə yollanır. Dörd il 4 ay hərbi xidmət keçdikdən sonra Bakıya-evinə qayıdır.

Hüseyn Dərya ona sahib çıxmamışdı, o isə... - FOTO

Hərbi xidmətdən qayıtdıqdan sonra isə Dərya təxəllüsü ilə rep ifaçısı kimi öz musiqi karyerasına başlayır. Musiqi təhsilinin olmamasına baxmayaraq, mahnılarını özü bəstələyirdi. Hüseynin bəstələdiyi repləri, özünəməxsus xırıltılı səsi qısa müddətdə onu populyarlığın zirvəsinə qaldırır. O zamanlar onun bəstələdiyi bütün replər insanlar tərəfindən sevilərək, dillər əzbərinə çevrilir. Muğamla repi sintez edən, repə ikinci nəfəs verən Hüseyn Dərya insanların qəlbini fəth etməyi bacarırdı. 

Bir zamanlar bizdən biri olan Hüseyn Dərya var idi - Hüseyn ...

Bir günün içində tanınan, söylədiyi hər bir sətri dillər əzbərinə çevrilən Hüseyn bir müddət keçdikdən sonra narkotik maddə aludəçisi olur. Bu isə onun qısa zamanda zirvədən enməsinə səbəb olur. Dərya səhnədən uzaqlaşır. Özünə qapanıq olan bu insan həyatının bu çətin günlərini çox ağır keçirir. Bir müddət məhbusluq həyatı yaşayan repçiyə bir zamanlar onu sevən pərəstişkarları, dostları biganə olurlar. Hər kəs ondan üz çevirir.

Bütün bunlara baxmayaraq, özündə güc tapan Dərya həyatında yeni, təmiz bir səhifə açmaq istəyir. Özündə güc tapıb yenidən mahnılar bəstələməyə başlayır. Lakin bu dəfə də həyat ona qucaq açmaq istəmir. O, 15 mart 2014-cü ildə avtomobil qəzasına düşərək, bu dünyadan əbədi olaraq köç edir. 
Hüseyn Dərya iki dəfə ailəli olub. Onun Aişə adlı qızı və Cahangir adlı oğlu var.

Məşhədi, kərbəlayi Hüseyn Dərya... - Foto

Müsahibələrinin birində Dərya deyirdi:

“Bilirsiz, mən öləcəyimə sevinən insanam ”.

Bəlkə də o, həyatı boyu xoşbəxt olacağı bir dünya axtarışında idi...

“Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb”ATV-də yayımlanan “Bizimləsən” proqramında qonaq olan Xalq artisti Şamil Süleymanlı qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Oxu.az xəbər verir ki, aktyor koronavirusun yayılmasının bizim etdiyimiz günahlar, səhvlər olduğunu bildirib.

Aktyor kişilərin görüşərkən öpüşməsini, yas məclislərində baş tutan sövdələşmələri tənqid edib:

“Əgər keçmiş əsərlərdə kişilərin həyatına baxsanız, görərsiz ki, onların görüş yeri teatrlar olub. İndikilərin görüş yeri isə yaslardır. Yasda dost tapırlar, övladına qız bəyənirlər, yaltaqlıq edirlər. Kişi də kişini qucaqlayıb öpər? İndi öp görüm, necədir? Son vaxtlar kişilərin öpüşməsi dəbə düşmüşdü”.

Verilişin aparıcısı Zaur Baxşəliyev aktyorun sözlərinə düzəliş etmək istəsə də, Şamil Süleymanlı fikrindən dönməyib.  

Könül Kərimova bu fotosunu paylaşıb ÖZÜNÜ TƏRİFLƏDİ
Əməkdar artist Könül Kərimova sosial media paylaşımı ilə diqqət çəkib.

''Ölkə.Az'' xəbər verir ki, müğənni ''İnstagram'' hesabında arxiv fotosunu yayımlayıb. O əvvəlki görünüşünün ona çox yaraşdığını deyərək özünü təriflərib. ''Gül kimi cici qız olmuşam, xəbərim olmayıb. Yenidən bu halıma qayıtsam...''- deyə, o qeyd edib. İzləyiciləri Kərimovanın ünvanına xoş sözlər yazaraq sarı saçlarının ona çox yaraşdığını bildiriblər.

Sözügedən fotonu təqdim edirik:

 

dinsta

Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.