Azərbaycanda 67 avtomobili olan müğənni kimdir?
Əməkdar artist Cavanşir Məmmədov "Xəzər" TV-də yayımlanan “Ay Zaur” proqramında maraqlı açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, müğənni bildirib ki, atası dünyasını dəyişdikdən sonra anasını yenidən evləndirmək istəyib:

“23 yaşımda anama dedim ki, ərə get. Cavab verdi ki, məsləhətini özünə saxla. Söylədi ki, sən başqa birinə ata deyə bilərsən? Məsələ bağlandı”.

C. Məmmədov qızının Türkiyənin tanınmış aktyoru ilə ailə qurduğunu bildirsə də, həmin şəxsin kimliyini açıqlamayıb:

“Oğluma qız axtarırdıq. Dostumun qızı ilə evləndirdim. Qızım isə Türkiyənin tanınmış aktyoru ilə evləndi. İndi hazırda Bakıdadır. Qızıma Nizami küçəsində ev almışam, onu kirayə verirlər. Hazırda onun pulu ilə yaşayırlar. Oğlan isə çəkiliş olduqca Türkiyəyə gedir. Təkcə qızıma yox, oğluma da ev almışam. İkisi də ali təhsillidir”.

İfaçı daha sonra indiyədək 67 maşın dəyişdiyini qeyd edib:

“Ən bahalı maşınım “Rolls Royce” olub. Bir az işlənmişdi, 480 min dollara aldım, sonra 150 minə satdım. Hər şeyin keyfiyyətlisini almaq istəmişəm. İndiyədək 67 maşın alıb- satmışam”.

Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü
Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

Şəhidin ailə üzvləri Unikal.org-a bildiriblər ki, Birinci vitse-prezidentin göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlanıb, onun müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:

“Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla, Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk.

Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

Bəhram Bağırzadənin səhhətiylə bağlı SON DURUM

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalır və heç bir dəyişiklik yoxdur”.
Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur


Müğənni Şəbnəm Tovuzlu həmkarı Damlanın ünvanına sərt sözlər deyib.

Sənətçi bu haqda "Ən yaxşısı" verilişində qonaq olarkən danışıb. Proqramda Damlanın verilişlərə tək getməyi tələb etməsi müzakirə olunub. Şəbnəm həmkarının buna haqqı olmadığını vurğulayıb:

"O cür insanlara qorxaq kimi baxıram. 10 ildir oxuyuram, 5 ildir sima olaraq tanınıram. Gündəmim də, ifalarım da, sevənlərim də yerindədir. Hara gedirəmsə, yaxşı qarşılanıram. Efirlərin birində aparıcı (Zaur Kamalı nəzərdə tutur - red.) Damlaya da, dedi ki, bir gün sizi birlikdə çağıracam. İkimiz də demişik ki, İnşallah.

Lap Damla yox, başqası olsun, Gülyanaq Məmmədovadan yüksək deyil. Gülyanaq xanımla eyni səhnəni paylaşmışam. Onun telinin bacardığını Damla bacarır? Mən, Damla heç onun telinin bildiyini bilmirik. Gülyanaq xanımla verilişdə olmuşam, muğam oxumuşam.

Deyirlər, Damlanın öz yolu var. Hamı eyni janrı oxuyur. Bizləri Röya və Aygün Kazımova ilə müqayisə etməyin, onların yolu fərqlidir. 

Bu gün efirə tək çıxmaq Xumar Qədimovaya, Aygün Kazımovaya yaraşır. İllərin sənətkarıdır, danışacaq mövzusu var. Onlara saatlarla vaxt lazımdır. Bu gün mən, Damla efirə tək çıxmalı deyilik". axşam.az

“Bəhram Bağırzadənin ECMO cihazında yaşam mücadiləsinin 5-ci günüdür. Məqsədimiz yaşamın davam etməsi üçün digər orqanların sağlamlığını təmin etmək, Bəhram müəllimin immun sistemini qaldırmaqla virusun ağciyərdə yaratdığı xəsarəti yox etməkdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin məsləhət və tövsiyələrinə uyğun şəkildə lazımi dərmanlar verilir. Amma xəstənin orqanizminin bu müalicəyə cavabının hansı şəkildə olacağını indidən demək çətindir”.

Bunu Modern.az saytınaaçıqlamasında “COVID-19” infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib

R.Mahmudov Bəhram Bağırzadənin əvvəlcədən ağciyərində problemlər olması fikrilə qətiyyən razılaşmayıb:

“Qətiyyən bu fikirlərin yayılması ilə razı deyiləm. İstənilən bir insanın ağciyərində, yaxud başqa orqanında özünün xəbəri olmadan problemi ola bilər. Amma 50 yaşlarında, sağlam həyat tərzi sürən, bir həftə əvvəl çəkilən rentgen müayinələri tamamilə sağlam olan bir insanın ağciyəri bir gecənin içərisində tamamilə yox olursa, buna tibbi nöqteyi-nəzərdən başqa ad qoymaq qəbul olunacaq həqiqət deyil. Bəhram Bağırzadənin ağciyərini sıradan çıxaran COVİD-19 virusudur, xəstəyə qoyulan diaqnoz budur və müalicəmiz də bu istiqamətdə gedir”.

Həkim həmçinin deyib ki, xəstə anlaqlı vəziyyətdə olsa da, ECMO cihazına bağlandığından davamlı olaraq süni şəkildə yatızdırılır:

“Müalicəyə uyğun olaraq ilk bir həftə ərzində yatızdırmaq göstərişi var”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi açıldıAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Bu barədə "Ölkə.Az"a AMEA-dan məlumat verilib.

Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.<ins'>

Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.

Bəhram Bağırzadənin SON DURUMU
“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır stabil olaraq qalır. Ötən gün ərzində onun vəziyyətində ciddi dəyişiklik baş verməyib”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadə süni ventilyasiya aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir: “Təyinat üzrə müalicə davam etdirilir”. 

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 

Karantin rejimi Əməkdar artistin qızı ilə kürəkənini
Aparıcı Zaur Kamal "5/5"də Əməkdar artist Mətanət İsgəndərlidən türkiyəli kürəkəni ilə canlı yayımda telefon əlaqəsi yaratmasını istəyib.

Milli.az xəbər verir ki, müğənni aparıcının istəyini yerə salmayıb.

Efirdə qızı Ülkərin həyat yoldaşı Engin bəyə zəng edən xanım sənətçi "Ülkər necə olacaq bəs? Bəlkə deyirəm gəlsin qalsın orada karantində" ifadələrini işlədib.


Müğənninin sözlərinə kürəkəni "Ayın 1-i açılacaq yollar İnşəAllah" cavabını verib. Mətanət İsgəndərli Enginlə "Allah sizi tezliklə qovuşdursun" sözləri lə vidalaşıb. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlandıqdan əvvəl Ülkər Bakıya anasının yanına gəlmişdi. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir.

Məlumat üçün bildirək ki, dünəndən etibarən Türkiyədə koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan olunub.

Xatırladaq ki, Ülkərlə Engin 2017-ci ildə ailə qurublar. Övladları yoxdur.

Bəhram Bağırzadə ilə bağlı həkimlər açıqlama verdi
Hazırki gedişatda mənfi dinamikanın olmaması, eləcə də laborator analizlərdə kiçik də olsa müsbət dəyişikliklərin olması, həkimlərin Bəhram Bağırzadənin müalicəsində uğur qazanacağına ümid yaradır.

Bu sözləri ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov “ATV Xəbər”ə açıqlamasında deyib:

“Bizim üçün hazırda əsas olan məsələ B. Bağırzadənin digər orqanlarının sıradan çıxmasının qarşısını almaqdır. Yəqin ki, bu mübarizə uzun çəkəcək”, - deyə R. Mahmudov bildirib. Daha

 

 Ətraflı videodan izləyin: