Bu barədə Almaniya Voleybol Federasiyasının “Facebook” səhifəsi məlumat yayıb. Tomsen öz rəfiqəsi ilə ailə həyatı qurub.
Qeyd edək ki, ötən il karyerasını başa vurmuş 34 yaşlı Liza Tomsen yalnız Azərbaycanda legioner karyerası yaşayıb. İki dəfə Almaniya millisi ilə Avropa ikincisi olmuş, üç dəfə ölkəsinin qızıl medallarını qazanmış libero 2013/14 mövsümündə “Azəryol” klubunda, bir mövsüm sonra isə Bakı “Lokomotiv”ində çıxış edib. O hər iki halda Azərbaycan çempionatının gümüş medallarını qazanıb. oxu.az
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı açıqlama verib.
“ATV aktual” proqramının qonağı olan millət vəkili səs yazısının aktyora aid olduğunu təsdiqləyib:
"Bəli, o Bəhram Bağırzadənin səsidir. Ancaq unutmamaq lazımdır ki, ayın 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin ayın 7-də aparılan Covid müayinəsi müsbət çıxıb. Ailəsinin dediyinə görə, həmin səs yazısı, böyük ehtimalla ayın 7-də dostlarına göndərdiyi səs yazısıdır".
R.Mahmudov deyib ki, Bağırzadə xəstəxanaya gətirildikdə belə virusa yoluxduğuna inanmaq istəmirdi:
"Bəhram müəllim ayın 10-da çəkilən kompüter tomoqrafiyasına qədər özünün xəstələndiyinə və Covid-19 xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi və xəstəxanada yatarkən də bununla razılaşmaq istəmirdi. Əfsuslar olsun ki, ayın 9-da ağciyərdə 5%-lik tutulmaya baxmayaraq, ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq tamamilə zədələndiyi, ECMO-ya bağlandığı və ECMO-ya bağlandıqdan sonra, hamıya məlum olduğu kimi, ayın 19-da ağciyərin 100%-dək hissəsinin zədələndiyi məlum oldu”. (BAKU.WS )
APA məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:
"Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.
Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Bu gün Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının liderlərindən biri Əbülfəz Elçibəyin doğum günüdür.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.
1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən, Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın çarçısı olub.
8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq olub. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırılıb. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulub. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizlənib. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edilib.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarılıb. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapıb. Onun dövründə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradılıb. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il - 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib.
Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevirilib. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradıb və ona başçılığı öz üzərinə götürüb. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilib (1997).
Əbülfəz Elçibəy "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarının müəllifidir. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A.Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O.Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. yazılıb.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşında Ankarada xərçəng xəstəliyindən vəfat edib. Mərhum prezident I Fəxri Xiyabanda dəfn edilib.
“Ölkə.Az” xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Show news” verilişində deyib. İfaçının bu qalmaqallı fikirləri bəzi gənc müğənnilərin etirazına səbəb olub. Gənc müğənni Nicat Şahmalıoğlunun bu fikirlərinin geridə qalmışlıq adlandıraraq, onu tənqid edib.
“Tacir müəllim bilməlidir ki, sözü ağızdan çıxaranda yüz ölçüb, bir biçmək lazımdır. Hər fikri söyləmək lazım deyil. Çünki hər bir insanın öz geyimi və yaşam tərzi var. O, hələ də kostyum dövründə qalıb. Mən onun fikirlərini geridə qalmışlıq kimi sayıram. Bizim bu dəqiqə şou-biznesdə gündəm də olan kişi müğənnilərimiz var- Ədalət Şükürov, Manaf Ağayev, Vasif Məhərrəmli, Abbas Bağırov. Tacir müəlimin onların kişiliklırinə hər hansı bir şübhəsi var ki, bu cür fikir bildirir?”
“Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”.
Bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir:
“Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”.
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Dörd il ABŞ-da yaşayan, bir müddət əvvəl isə vətəninə qayıdan müğənni İlhamə Qasımova ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunun qonağı olub.
İfaçı veriliş zamanı maraqlı açıqlamalar verib. O, şou-biznesdə dinləmədiyi müğənnilərin adlarını açıqlayıb.
“ Roza Zərgərlini, Üzeyir Mehdizadəni, Günel Ələkbərovanı dinləmirəm. Mətanət Əsdova da xalq mahnıları ifa edir, bir – iki dəfə eşitmişəm. Ancaq xüsusi olaraq, evdə, avtomobildə bu müğənnilərin mahnılarına qulaq asmıram. Rəqsanə xanımın ifalarını bilirəm, eşitmişəm. Hətta bir dəfə onun ”bifəva” mahnısını verilişlərin birində zarafatla oxumuşdum, buna görə məndən incimişdi, ismarıc da yollamışdı”,- deyə o, bildirib.
"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”.
Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Müğənninin buna görə 5500 manat borcu var. O bildirib ki, avtomobili əlindən alınıb və cərimə meydançasına götürülüb.
"Bizimləsən" proqramına gələn Seyidcahan hazırda taksidən istifadə etdiyini açıqlayıb:
"Canlı yayımlar, tədbirlər... Tıxaca düşəndə vaxtında çatmağa çalışırıq. Polislər bizə güzəşt etsələr də, radarlar etmir. Cərimələrin üstünə də sığorta və faiz gəlib, borcum 5500 manat olub. 3 min manat ödədim, qalıb 2500 manat. İndi karantin vaxtıdır, ödəyə bilmirəm. Məni başa düşməlidilər.
Çətindir, gündə dörd verilişə gedirəm, maşınım mənim üçün ev idi. Bütün geyimləri yığırdım içinə. Güzəşt etsinlər, az-az ödəyim".(axşam.az)