Müğənni Səidə Sultan vətənpərvərlik mövzusunda mahnılar oxuyub, hərbi geyimdə fotolar çəkdirən həmkarlarını tənqid edib.
O, bu barədə “İnstagram” səhifəsində yazıb.
"Bilirsiz ətim nəyə tökülür? Dırnaqarası vətənpərvər müğənnilərə: Biri hərbi paltar geynir, biri əlinə silah alır, biri tez fürsətdən istifadə edib vətən mahnıları oxuyur... Elə bilirsiz qıraqdan görmürlər sizi? Ondansa qorxaq, yaltaq olmayın. Allah bir daha ətinizi töksün, müharibə "veteranları".
Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan mayor Anar Novruzovun ailə üzvləri onun haqda xatirələrini bölüşüb.
Şəhidin həyat yoldaşı Nailə Novruzova, oğlu Nihad Novruzov və digər doğmaları şəhidin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqla şəhid olmasından danışıblar.
“Qafqazinfo” Unikal.org-un şəhidin anadan olduğu Masallı rayonunun Ərkivan qəsəbəsindən hazırladığı videoreportajı təqdim edir:
Baku TV şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub.
Ömür gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq, vətən uğrunda qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir. Anar Novruzovun toyunda vağzalı əvəzinə “Əsgər marşı”nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu.
Anar evə-eşiyə sığmazdı. O, cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac iki övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.
İndi artıq övladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.
Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, illər dəyişir, ancaq nə qəhrəman xalq, nə də namərd millət dəyişmir.
Ana övladını, oğul atasını, qadın həyat yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürurla, fəxrlə şəhid olan övlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və iki övladı yadigar qaldı bizə.
Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olan Anar Məmmədxanlı 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı seçilib.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də infarkt səbəbindən dünyasını dəyişib. Onun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.
Xalq artistinə açar dövlət başçısı tərəfindən təqdim edilib.
Xalq artisti dövlət başçısına təşəkkür edib:
''Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusi ilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma, mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı Möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm''.
Qeyd edək ki, Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə (iyulun 16-da) hədiyyə edib.
Xatırladaq ki,V.Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.
O, 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına, 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.
Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.
Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.
Müğənni Roza Zərgərli koronavirusa yoluxub. R. Zərgərli COVİD 19 əlamətlərini hiss etdiyini, daha sonra evdə müalicə aldığını bildirib.
Sənətçi vurğulayıb ki, bütün ailə üzvləri bir evdə qalsa da, təkcə virus onda özünü biruzə verib. İfaçı səhhətinin qaydasına düşdüyünü, dadbilmənin yerinə gəldiyini qeyd edib.
Azərbaycanın Eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ildə bir qrup zabiti Türkiyəyə hərbi təhsil almağa göndərir.
Təhsil almağa gedənlərin içində General-mayor Polad Həşimov və Polkovnik-leytenant Raquf Orucov da var.
Xatırladaq ki, General Polad Həşimov 2020-ci iyulun 14-də Tovuz istiqamətində olan döyüşlər zamanı şəhid olub.
Polkovnik-leytenant Raquf Orucov isə 2016-cı il aprelin 2-də “Aprel döyüşləri”ndə şəhid olub.
Hit.az
Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ona göstərdiyi diqqət və qayğısına görə təşəkkürünü bildirib.
Bu barədə B.Bağırzadə instaqram hesabında yazıb:
““Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə - gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…
Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Lakin amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin Birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
O, xəstəxanadan foto yayımlayaraq bunları qeyd edib.
“Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”
Belə ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Onun ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.