Son xəbərlər

Milli.Az Kulis.az-a istinadən mərhum aktyor Tələt Rəhmanov haqqında maraqlı faktları təqdim edir.

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.

***

Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

***

Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin, sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.

Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.

***

Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.

***

Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı - Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.

Gallery

Kəmalə xanım müsahibələrinin birində deyir: Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı - mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. "Tənha narın nağılı" filmində oynamaq üçün anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da "mənim icazəm yoxdur" deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu".

***

İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub evdəkilərə gətirib ki, sizsiz mənim də boğazımdan keçməz.

Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.

***

Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, "ay Tələt, bəsdi də aktyorluq elədin". Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişir.

***

Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.

İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 41 034 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 11 203 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 749 525 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 642 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 552 747 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,46 milyondan çox diaqnoz testi həyata keçirilib.

Heydər Əliyev Fondu Vatikandakı barelyefi bərpa etdi

Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini başa çatdırıb. 

“Qafqazinfo” xəbər verir ki, layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. 

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin də yerləşdiyi Müqəddəs Pyotr Kilsəsinin Bazilikası ilə də tanış olmuşdur. Bu məbəd italyan intibah memarlığının ən məşhur nümunələrindən biridir. 

Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. 

Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Erməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyan 86 yaşında ölüb.

Kult.az xəbər verir ki, bu məlumatı onun dostu Artur Soqomonyan yayıb. Onun bu gün səhər saat altıda öldüyü bildirilib.

Qeyd edək ki, Cigərxanyan azərbaycanlılarla erməniləri sülh şəraitində yaşamasına son bir neçə ildə çağırış edən nadir erməni ziyalılarından olub.

Nadir Qafarzadə: “Azərbaycan xalqı seçimində yanılmayıb"

Müğənni Nadir Qafarzadə də digər həmkarları kimi sosial şəbəkədə Qələbə sevincini paylaşıb.
Müğənni “İnstagram” səhifəsində paylaşdığı videoda bu sözləri deyib:

“Belə tez zamanda Qələbə sevinci yaşamağıma bir az tərəddüd edirdim. Amma qələbə bizimdir!

Cənab Prezident, mən bu Qələbəyə xəbərinə görə sizə təşəkkür edirəm. Siz tarix yazdınız! Ali Baş Komandan, yaxşı ki, varsınız. Azərbaycan xalqı seçimində yanılmayıb, düzgün seçim edib. Bu, sizin və Azərbaycan əsgərinin, zabitinin, xalqının  uğurudur. Var olsun Azərbaycan!”.

Koronavirusa yoluxan Şener Şen xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur aktyoru Şener Şen koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

 78 yaşlı aktyorun koronavirusa yoluxduğu məlum olub. Test nəticələri müsbət çıxan aktyor dərhal xəstəxanaya yerləşdirilib. Şener Şenin hazırda səhhətinin yaxşı olduğu bildirilir.

Türk filmi “Oscar”a namizəddir

Türkiyə istehsalı olan “7. koğuştaki mucize” filmi nüfuzlu “Oscar” mükafatına namizəd olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yayıb. Qeyd olunub ki, Mehmet Ada Öztekinin rejissoru olduğu ekran işi “ən yaxşı beynəlxalq film” nominasiyası üzrə yarışacaq. 

Xatırladaq ki, aktyor Aras Bulut İynemlinin baş qəhrəmanı olduğu layihə 5 milyon 316 min 933 nəfər insan tərəfindən izlənilib. Ən çox baxılan 8-ci film olaraq tarixə düşüb. 


“Mənim ürəyim Şuşa” təqdim olundu

Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. “Qafqazinfo” xəbər verir ki, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. 

Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.
Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib.

Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan müğənni Ülviyyə Salayeva ifa edib. Musiqi kompozisiyasının çəkilişlərində drijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

 

 

Azərbaycan yalnız hərbi yolla öz torpaqlarını qaytardıqdan sonra Cənubi Qafqazda sülh bərqərar ola bilər.

Kult.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı kinorejissor, “Oskar” laureatı Vladimir Menşov deyib.

Onun sözlərinə əsasən, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında 30 ildən sonra, nəhayət, sülh yaranmalıdır.

“Münaqişə, demək olar ki, 30 il ərzində həll olunmayıb. İndi Azərbaycanın öz torpaqlarını qaytarana qədər hərbi əməliyyatları davam etdirmək haqqı var. Biləndə ki, Azərbaycanda indi də təxminən 30 min erməni yaşayır, mən çox təəccübləndim. Dəqiqliklə deyə bilərəm ki, Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıbdır", - deyə rusiyalı kinorejissor qeyd edib.