Azərbaycan yalnız hərbi yolla öz torpaqlarını qaytardıqdan sonra Cənubi Qafqazda sülh bərqərar ola bilər.
Kult.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı kinorejissor, “Oskar” laureatı Vladimir Menşov deyib.
Onun sözlərinə əsasən, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında 30 ildən sonra, nəhayət, sülh yaranmalıdır.
“Münaqişə, demək olar ki, 30 il ərzində həll olunmayıb. İndi Azərbaycanın öz torpaqlarını qaytarana qədər hərbi əməliyyatları davam etdirmək haqqı var. Biləndə ki, Azərbaycanda indi də təxminən 30 min erməni yaşayır, mən çox təəccübləndim. Dəqiqliklə deyə bilərəm ki, Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıbdır", - deyə rusiyalı kinorejissor qeyd edib.