![]() |
![]() |
Artıq 2020-ci ilin bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz ildə sənət aləminin bir çox siması dünyasını dəyişib.
Milli.Az axşam.az-a istinadən 2020-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.
Əməkdar artist Almaz Mustafayeva bir neçə gün əvvəl 71 yaşında vəfat edib.
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib.
Xalq artisti Səfurə İbrahimova uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.
Bu il dünyasını dəyişənlər arasında şair, bəstəkar İsmayıl Dadaşov da yer alıb.
Əməkdar artist Atabala Səfərov 71 yaşında vəfat edib.
Ağır xəstə olan meyxanaçı Vüqar Biləcəri bu ilin avqustunda vəfat edib.
"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov 42 yaşında dünyasını dəyişib.
Klarnet ifaçısı Fikrət Əşrəfoğlu iyulda vəfat edib. O sirrozdan əziyyət çəkirdi.
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov da 2020-ci ildə itirdiklərimiz sırasındadır.
AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasından vəfat edib.
Xalq artisti Teymur Mustafayev də bu il dünyasını dəyişən sənət adamlarındandır. Teymur əmi koronovirus infeksiyasına yoluxub.
"O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.
Xalq artisti Rafiq Əliyev bu il vəfat edib. Aktyor 70 yaşında həyatla vidalaşıb.
Xalq artisti Rafael Dadaşov da 2020-ci ildə dünyasını dəyişib. Aktyor uzun müddət xəstə olub.
2020-ci ildə itirdiklərimiz arasında Xalq artisti Ağaxan Salmanlı da var.
Əməkdar artist Adil Zeynalov da bu il dünyasını dəyişib.
Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi “Müzəffər sərkərdə” adlı layihə təqdim olunub.
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, vəzifəyə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı gətirilib.
Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun “Gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib. Vyana Diplomatik Akademiyasında Avropa Araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib. ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Azərbaycan Respublikasının Sivilizasiyalararası Alyansda iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.
2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin müvafiq medalları ilə təltif olunub.
2010-cu ildə Koreya Respublikasının Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və Gələcək” mükafatına layiq görülüb.
Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.
İngilis, rus, fransız və ispan dillərini bilir.
Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov dünyasını dəyişib.
Kult.az Report-a istinadla xəbər verir ki, A.Səfərov bu gün səhər saatlarında 71 yaşında vəfat edib.
Qeyd edək ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olub, özünü tamaşaçılara sevdirə bilib.
1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Birgünlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.
A.Səfərov 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
O, görkəmli aktyor Bəşir Səfəroğlunun yaxın qohumudur.
"Ulduz döyüşləri" filminin qəhrəmanı Ceremi Bullok vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində "Boba Fett" obrazı ilə məşhurlaşan britaniyalı aktyor uzun müddət əziyyət çəkdiyi parkinson xəstəliyindən 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ceremi kariyerası boyunca 100-dən çox filmdə rol alıb.
Bütün dünyanı cənginə alan koronavirus epidemiyasından Azərbaycanda da təəssüf ki, yoluxan və ölənlərin sayı artmaqdadır. Hazırda ölkə ərazisində ümumi yoluxma sayı 146679, sağalan 88497, 1632 ölüm halı və 56550 aktiv koronavirus xəstəsi var.
Milli.Az baku.ws-ə istinadən Azərbaycanda koronavirusa yoluxan məşhurların siyahısını təqdim edir:
Koronavirusa yoluxan Xalq artisti Teymur Mustafayev 11 iyunda dünyasını dəyişib.
AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVİD-19-un qurbanı olub.
Xalq artisti Arif Babayev koronavirusa yeni yoluxub. 82 yaşlı xanəndə ev şəraitində müalicəsini davam etdirir.
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub, xəstəxanada müalicə olunan ifaçı epidemiyaya qalib gəlib.
Əməkdar artist Bəhram Bağırzadə koronavirusu ağır keçirən insanlar siyahısında olub. Uzun müddət aparatla nəfəs alan aktyor sonda virusa qalib gəlib.
Əməkdar artist Lalə Məmmədova da koronavirusa yoluxub. L.Məmmədova ilə yanaşı anası və övladları da virusa yoluxublar. Ev şəraitində müalicə aldıqdan sonra normal həyatlarına geri dönüblər.
Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub. Simptomları özündə hiss edən N. İslamzadə ev şəraitində müalicə alır.
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva və ailə üzvləri koronavirusa yoluxublar. Onlar müalicələrini davam etdirir.
Uzun illərdir xərçənglə mübarizə aparan tele-aparıcı Hacı Nuran da epidemiyaya yoluxanlar siyahısındadır. O ev şəraitində müalicəsini davam etdirir.
Müğənni Manaf Ağayev və ailəsi koronavirusa yoluxub. Onlar uzun müddətdir ki, müalicələrini davam etdirir.
Müğənni Xatun Əliyeva da koronavirusa yoluxub. O ev şəraitində müalicə alır.
Aparıcı Aydan Axundova da koronavirusa yoluxanlar sırasında olub. O müalicə olunduqdan sonra normal həyatına qayıdıb.
İş xanımı Ruhi Əliyeva da koronavirusa yoluxub. O müalicəsini ev şəraitində davam etdirir.
Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi dövründən doğma tamaşaçıları ilə ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir. Artıq xeyli müddətdir ki, virtual repertuar planımızla üzərimizə düşən missiyamızı yerinə yetiririk. Yaradıcılıq prosesinin dayanmaması üçün rejissorlar məşqləri onlayn şəkildə aparır. Belə vəziyyətlərdə yaradıcı heyət daha çox kamera əsərlərinə, monotamaşalara üstünlük verir.
Teatrın baş rejissoru Xalq artisti Firudi Məhərrəmovun gənc yazar Ülviyyə Heydərovanın "Uşaqlıq" əsəri əsasında hazırladığı eyni adlı monotamaşanı istedadlı aktrisa İlahə Səfərova ifa edir. Tamaşa sirk artisti olan və sənətini dəlicə sevən qadının bətnindəki körpəsi ilə xəyali söhbəti üzəridə qurulub. Gərgin psixoloji məqamların fonunda gənc qadının çırpınışları, kritik seçim qarşısında qalışı İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə maraq doğurur.
Sözügedən səhnə əsərinin 13 dekabr, saat 18-də onlayn premyerası keçiriləcək.
Türkiyənin “Qurdlar vadisi pusu” serialının aktyoru Zəfər Algöz Yutubda yayımlanan verilişlərin birində qonaq olarkən Ermənistan Baş naziri Nikol Paşinyanı ələ salıb.
Kult.az xəbər verir ki, o, söhbət əsnasında Prezident İlham Əliyevin dillər əzbəri olan məşhur ifadəsini sitat gətirib.
“Nə oldu, Paşinyan?! Yol çəkirdin, hə?! Rəqs edirdin, Paşinyan, nə oldu?” - Z.Algöz deyib.
Sonuncu dəfə "Hakan Muhafız"da çəkilən aktyor Çağatay Ulusoyun yeni ekran işi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə "Yeşilçam" adlı filmdə rol alacaq. Ekran işində hadisələr 1960-cı illərdə Türkiyədə cərəyan edir.
Film 2021-ci ildə nümayiş olunacaq.