Son xəbərlər

28 dekabr 2021-ci il tarixində saat 19:00 da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Yeni ilə" həsr olunmuş "Qış nağılı" adlı konsert keçiriləcək.

Ardını oxu...

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhə nail olunmasına dəstək verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu ittifaqın Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Tvitter hesabında yazıb.

“Bu gün biz 30 ildən çox davam edən münaqişə nəticəsində həlak olmuş və zərərçəkmiş hər kəsi anırıq. Hərtərəfli və dayanıqlı sülh istiqamətində hərəkət etmək, Ermənistan və Azərbaycan xalqlarının birlikdə gələcəyə doğru addımlaması üçün həll edilməmiş məsələləri nizama salmaq lazımdır”, - o bildirib.

Nobel Sülh mükafatının laureatlarının adları açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Stokholmdakı Nobel Komitəsindən məlumat yayıb.

Mükafat Mariya Ressa və Dmitri Muratova verilib.

11:35

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillisin cəsədi Qətərdəki Əl Üdeyd aviabazasında aşkarlanıb.

Axar.az xəbər verir ki, Uillisin adı İranın qara siyahısında olub.

Belə ki, İran xüsusi xidmət orqanları onu general Qasım Süleymaninin qətlində əsas günahkarlardan biri hesab ediblər.

Ölümün səbəblərinin hazırda araşdırıldığı vurğulanıb.

Speys TV bu gün - 14 may saat 21:25-də Azərbaycan tarixində ilk dəfə “Doğma xalqıma” filmini nümayiş etdirəcək.

Kult.az xəbər verir ki, 1954-cü ildə çəkilən film Azərbaycanın kino tarixində ilk rəngli filmdir.

Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır.

Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi Gözəl”, “Qız Qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.

Filmin yaradıcı heyəti də kifayət qədər məşhur sənətkarlardır. Belə ki, filmin ssenari müəllifi Həsən Seyidbəyli, quruluşçu rejissorları Yan Frid, Hüseyn Seyidzadə, baş operatoru Əlisəttar Atakişiyev, bəstəkarı Niyazidir.

Çox maraqlıdır ki, bu film çəkiləndən sonra heç vaxt efirdə yayımlanmayıb.