Rusiyanın əməkdar artisti Natalya Nazarova 72 yaşında vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Natalya "Mexanik Qavrilovun sevimli qadını" və "Mexanik fortepiano üçün yarımçıq parça" filmlərində canlandırdığı rollarla məşhurlaşıb. O, həmçinin "Gənc qadın", "Köhnə yeni il", "Son qaçış", "Milyoner xanım" kimi filmlərdə də rol alıb.