Son xəbərlər

Məşhur sovet aktyoru, SSRİ xalq artisti Oleq Basilaşvili koronavirusa yoluxub.

Kult.az xəbər verir ki, bu barədə aktyor özü məlumat verib.

 

“Artıq xəstələnmişəm, peyvənd də olunmuşam. İkinci dəfə yoluxdum. Bu barədə danışmaq istəmirdim, amma bir çəkiliş qrupu film çəkməyə gəlmişdi. Mən onlara dedim ki, yanıma gəlmək olmaz”, - aktyor bildirib.

Basilaşvili qeyd edib ki, xəstəliyi simptomsuz keçirir və buna görə də o və yaxınları özünü yaxşı hiss edir.