Son xəbərlər

Avropa Birliyinin Rusiyaya sanksiyaları Almaniya iqtisadiyyatına zərər vurur, onları dərhal aradan qaldırmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Almaniya üçün Alternativ Partiyasının həmsədri Tino Krupalla deyib.

“Avropada və bütün dünyada sülh Almaniya üçün Alternativ Partiyasının əsas hədəflərindən biridir. Bu işdə vacib rolu Rusiya ilə yaxşı münasibətlər oynayır. Ona görə ki, Rusiya Avropaya məxsusdur. Sanksiya siyasətini dərhal dayandırmaq lazımdır”, – deyə o bildirib.

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı Rafiq Hüseynov dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.

Aparıcı-prodüser Tolikin (Tarix Əliyevin) atası vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə müğənni Sevil-Sevinc bacıları sosial media hesabında məlumat yayıblar.

Prodüserin atası Tahir Əliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Hazırda kino ilə bağlı qanun layihəsinin hazırlanması üzərində iş gedir. Əgər həmin qanun layihəsi yaz sessiya ərzində tamamlansa, müzakirəyə çıxarılacaq.

Kult.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, mədəniyyət abidələrinin qorunması, Qarabağda Mədəniyyət Muzeyinin yaradılması, Şuşanın statusu ilə bağlı məsələlərdə mədəniyyət aspektinin qabarılması istiqamətində qanunvericilikdə dəyişikliklər ediləcək:

“Yaz sessiyası bu məsələlərə baxılacaq”.

Hindistanın məşhur müğənnisi və bəstəkarı Qulam Mustafa Xan 89 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Mustafa Xan hələ gənc yaşlarında Şimali Hindistanın ənənəvi stilində mahnılarının bəstəkarı kimi məşhurlaşıb. Yaradıcılığı boyu bir çox titul və ordenlərə layiq görülüb.

O, hind musiqisinin ustadı kimi tanınırdı.

İndoneziya səfirliyinin təşəbbüsü ilə “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilmiş film 11 fevral tarixində “Netfliks” platformasında yayımlanacaq.

Kult.az xəbər verir ki, film azərbaycanlı oğlanla indoneziyalı qızın sevgisindən bəhs edir.

Qeyd edək ki, “Leyli və Məcnun” filmi İndoneziyanın paytaxtı Cakartada və Azərbaycanda çəkilib.

Filmin rejissoru Monti Tivadır. Baş rollarda aktyor Reza Rahadian və aktrisa Aka Septriasa çəkilib.