Əhməd Cavadın 130 illiyi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təkliflər hazırlanır.
Kult.az xəbər verir ki, bunu “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.
“Təklif planı hazır olandan sonra rəhbərliyə təqdim ediləcək və bununla bağlı işlər həyata keçiriləcək. Əhməd Cavadın Ev muzeyinin yaradılması məsələsinə də baxılacaq”, - deyə nazir bildirib.