Gələn il Azərbaycanın ilk tammetrajlı animasiya filmi təqdim ediləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
"Təəssüf ki, bu sahə uzun illər diqqətdən kənara qalıb. Bizim də ana xəttimiz var. Milli mənəvi dəyərlərə söykənən animasiya filmlərinin çəkilməsini istəyirik. Bu alətdən biz istifadə etməliyik ki, kənar təsirləri azaldaq.
Bu istiqamətdə bəzi layihələrimiz var. Animasiya film müsabiqəsi də keçirilir. Gələn il tammetrajlı ilk animasiya filmi təqdim ediləcək.
Digər tərəfdən "Davranış mədəniyyəti" adlı layihəmiz var. Burada bizim dəyərlərimiz öz əksini tapır.