"Yeşilçam"ın məşhur aktyorları Şener Şen və İlyas Salman arasındakı inciklik bitib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İ.Salman sosial media hesabında həmkarı ilə səmimi fotosunu paylaşaraq "Qırx altı illik dostum gəlib" şərhini yazıb. Şəklin arxa fonunda İ.Salmanın illərdir qazandığı mükafatlar yer alıb.
Foto qısa zamanda çox sayda bəyənmə toplayıb.
Xatırladaq ki, aktyorlar "Banker Bilo", "Çiçək Abbas", "Kibar Feyzo", "Şekerpare" və "Çöpçüler kralı" kimi ekran işlərində birgə rol alıblar.
Qeyd edək ki, aktyorların siyasi fikir ayrılığı səbəbindən küsülü olduğu və bu müddət ərzində Şener Şenin İlyasın adını belə çəkməyi qadağan etdiyi iddia olunmuşdu.