Hindistan kinosunun məşhur səs ifaçılarından biri, bəstəkar, aktrisa, müğənni Lata Mangeşkar 92 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, sənətçi ötən həftə koronavirus səbəbindən yerləşdirildiyi Mumbaydakı xəstəxanada keçinib.
Qeyd edək ki, Mangeşkar “Avara” (1951), “Cənab 420”(1955) “Bobbi” (1973), “İntiqam və Qanun” (1975) "Qanq, sənin suların bulanıqdır” (1985) və bir çox başqa fimlərin musiqilərini ifa edib.
"Hindistan bülbülü" və "Melodiya kraliçası" adlandırılan aktrisa, 30-dan çox hind dilində, daha çox marati və benqal dillərində bir çox filmlər üçün mahnılar oxuyub.
2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat Ratna” ilə təltif edilib.