Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.
Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.
Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış.
S. Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb.
Rusiyada yaşayan Azərbaycanın məşhur simaları şəhid olmuş hərbçilərimiz barədə paylaşım ediblər.
Xalq artisti Emin Ağalarov, məşhur bloqqer Hüseyn Həsənov, Jony (Cahid Hüseynli), Hammali (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Jah Khalib (Bəxtiyar Məmmədov), “Weel” (Vilayət Niftalıyev), “Ellai” (Elvin Əliyev), “Bahh Tee” (Bəxtiyar Əliyev), ELMAN (Elman Zeynalov) instaqramda post paylaşaraq Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı veriblər.
Sənətçilər şəhidlərə görə kədərləndiqlərini, sülh tərəfdarı olduqlarını bildiriblər.
Xalq hər an millətinin, ordusunun yanında olan ölkə başçısına öz təşəkkürünü bildirir və hər an döyüşə hazır əsgər kimi Ali Baş Komandanın əmrini gözlədiyini yazır.
Həmin məktubların bir qismini təqdim edirik:
Salyan rayonundan Amil Babayev yazır:
“Hörmətli cənab Prezident.
Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir.
Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi, əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm.
Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik”.
Qax rayon sakini Tələt Abbasov bildirir:
“Hörmətli cənab Ali Baş Komandan.
Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik!
Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan! #hərbirimizəsgərik”
Xaçmaz rayon sakini Aybəniz Ədilova qeyd edir:
“Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuzda olan ruh yüksəkliyi, peşəkarlıq, müasir hərbi texnika hər an torpaqlarımızı azad etməyə imkan verir. Biz YAP gəncləri olaraq, daim Sizin yanınızdayıq, Sizin əmrlərinizi gözləyirik! Allah Sizi qorusun!”
Masallı rayon Gəyəçöl kəndi sakini Məmmədqulu Həsənov yazır:
“Hörmətli cənab Prezident!
Sizin fəaliyyətiniz daim xalqımızın rifahının yüksəlməsinə, insanlarımızın qayğı və problemlərinin yerində həll olunmasına yönəlib. Xalqımızın firavan yaşayışı naminə atdığınız addımlar öz bəhrəsini verir.
Bu günlərdə kəndimizdəki köhnə, sıradan çıxmış elektrik dirəkləri yeniləri ilə dəyişdirildi. Bununla da, işıqla təminatımız xeyli yaxşılaşdı, fasiləsiz işıqla təmin olunduq.
Cənab Prezident,
Azərbaycan xalqının qayğısına qalaraq, onun problemlərinin həlli istiqamətində gördüyünüz əməli tədbirlərlə bağlı Sizə dərin təşəkkürümüzü bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq”.
Bərdə rayon sakini Nəsibə Kərimova bildirir:
“Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan!
Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq.
İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur.
Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik.
Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm”.
Siyəzən rayon sakini Bəxtiyar Seyidov qeyd edir:
“Cənab Ali Baş Komandan.
Məlum olduğu kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın mövqelərinə ağır artilleriya qurğuları ilə atəş açıb təxribat törədiblər. Bunun qarşılığında Azərbaycan Ordusu adekvat cavab verərək, düşməni susdurub, şəhidlərimizin qisasını aldı. Məhz Sizin Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi olaraq, bu gün düşmənə layiqli zərbə endirməyə qadir olan güclü Azərbaycan Ordusu var. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Ali Baş Komandan, YAP-ın Gənclər Birliyinin Siyəzən rayon Təşkilatının üzvü olaraq, Sizin əmrinizlə düşmənlə üz-üzə dayanıb, rəşadətli bir Azərbaycan əsgəri kimi döyüşməyə hazıram”.
Bərdə rayon sakini Şamxal Yaqubov yazır:
“Hörmətli cənab Prezident.
Siz hər zaman Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması üçün çalışırsınız. Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması məhz bu milli maraqların əsas qayəsidir. Sizin sayənizdə bu gün güclü orduya malik olan Azərbaycan Respublikası onun dövlət sərhədini pozmağa çalışan qüvvələrə anında elə sarsıdıcı cavab verir ki, təxribatçılar üçün onun təsiri illərlə davam edir. Ordumuz bizim qürur mənbəyimizdir.
Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Son aldığımız nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişiniz ilə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm”.
Xaçmaz rayon sakini Ülkər Lətifova bildirir:
“Cənab Ali Baş Komandan.
Bu gün Azərbaycan gəncliyi Sizin gördüyünüz işlərlə qürur duyur. Xüsusən də, ölkəmizin təhlükəsizliyi naminə gördüyünüz işlər, ordu quruculuğuna yetirdiyiniz diqqət göz qabağındadır. Artıq düşmənlərimiz vahimə içərisindədir. Sizin “Qarabağ Azərbaycandır və nida” sözünüz onların Qarabağı tezliklə tərk edəcəklərinə və məcbur köçkünlərimizin həmin torpaqlara qayıdacaqlarına böyük bir işarədir. YAP gəncləri daim Sizin ətrafınızda sıx birləşib və Sizin əmrinizi gözləyir. Biz Sizə inanırıq, cənab Prezident”.
Füzuli rayon sakini Aydın Rəşidli qeyd edir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son hadisələrdən sonra biz, Füzuli gəncləri, əldə silah Vətənimiz Azərbaycanın rahat, firavan, gözəl gələcəyi üçün döyüşmək istəyirik. Füzuli gəncliyi Sizə inanır və hər zaman Sizin yanınızdadır”.
‘’Necə möhtəşəm insanmışsan. Nə gözəl ürəyə sahibsənmiş. Məkanın Cənnət olsun. Nur içində yatasan’’.
Daha sonra o digər paylaşımında Azərbaycan və Türkiyəyə məxsus foto yayımlayaraq ‘’Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan’’ sözlərini qeyd edib.
Qeyd edək ki, iyulun 14-ü səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn edilib.
Xəbər verdiyimiz kimi, şəhid general-mayor Polad Həşimov dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, dəfn mərasiminə qatılan mərhum şəhidin oğlu atası ilə bağlı fikirlərini səsləndirib: “Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun övladına təhvil verilib.
Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.
Ötən gün Tovuz istiqamətində döyüşdə şəhid olan polkovnik İlqar Mirzəyevin anası dəfn mərasimində jurnalistlərə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, Gülnarə Mirzəyeva oğlunun qeyrətli övlad olduğunu bildirib: “Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan?!
İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”.
“Ölkə.Az” xəbər verir ki, adi insanlar kimi, məşhur simalar da cəbhə bölgəsində şəhid olan əsgərlərimizlə bağlı paylaşımlar ediblər.
Xalq artisti, müğənni Emin Ağalarov
Xalq artisti Aygün Kazımova
Xalq artisti Zülfiyyə Xanbabayeva
Xalq artisti Röya Ayxan
Müğənni İradə İbrahimova
Ruhi
Müğənni Gülay Zeynallı
Xalq artisti Fidan Hacıyeva
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizi ağır artilleriya atəşinə tutublar. Hücuma cəhd göstərən erməni dəstələri Azərbaycan Ordusunun şücaətli əsgərləri tətəfindən dəf edilərək, düşmən geri otuzdurulub.
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.
Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.
Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib.
Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var.
Bu barədə "Report"a TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.
O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.