Bəhram Bağırzadənin son telefon danışığı
"Bəhram Bağırzadə reanimasiyaya düşmədən əvvəl mənə zəng etmişdi, telefonda özünü nə qədər gümrah göstərməyə çalışsa da, səsindən xəstə olduğu hiss olunurdu".

Redaktor.az xəbər verir ki, bu sözləri teleaparıcı Nərgiz Cəlilova AzTV-nin efirində qonaq olarkən deyib.

Daha ətraflı videodan izləyin:

Bəhram Bağırzadənin vəziyyəti necədir?“Əməkdar artist Bəhram Bağırzadə hələlik traxeostoma vasitəsilə süni tənəffüs aparatının köməyilə nəfəs alır”.

Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, xəstənin klinik vəziyyətində müsbət dinamika davam edir:

“Ağciyərlərin və ümumilikdə, bədənin reabilitasiyasına başlanılıb. Hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

Həkim eyni zamanda bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmayaraq, Bəhram Bağırzadənin timsalında xəstəxanada müalicə alan yüzlərlə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xəstələrin və xəstəxana kollektivinin adından sonsuz təşəkkürünü bildirib.

Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olunduBu gün daha bir şəhid ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sosial media hesabında məlumat paylaşıb. 

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından ailə ödənişi etməkdə çətinlik çəkirdi. Sözügedən təşkilata müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirib.

Təşkilat tərəfindən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.oxu.az

Bu gün daha bir şəhid ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sosial media hesabında məlumat paylaşıb. 

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından ailə ödənişi etməkdə çətinlik çəkirdi. Sözügedən təşkilata müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirib.

Təşkilat tərəfindən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.oxu.az

Nura Suridən AzTV-yə sərt sözlər -

“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV sənə qadağa qoyub”.
Yenicag.az xəbər verir ki, bunu müğənni Nura Suri özünün “Facebook” səhifəsində yazıb.

Nura Suri bildirib ki, Hüsniyyə Məhərrəmovanı da işdən çıxarıblar:
“Mənə dedilər ki, bir çox tədbirlərə dəvət almayacaqsan. Niyə? Hüsniyyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz. Prezident çıxışında dedi ki, mənə düzgün məruzə etmirlər və bir çox problemlərdən sosial şəbəkələrdən xəbər tuturam”.

Göyçək Fatimə dəniz kənarında belə DİNCƏLDİ
''Göyçək Fatimə'' ləqəbli rəqqasə Fatimə Fətəliyeva oğlu ilə birlikdə fotosunu yayımlayıb.

Rəqqasə dəniz kənarında çəkdirdiyi fotoları ''İnstagram'' hesabında izləyiciləri ilə bölüşüb. O oğlu ilə birlikdə olan fotosunu ''Xoş bir gün övladlarımla'' sözləri ilə şərh edib. İzləyiciləri Fatiməni tərif etsələr də, bəziləri onun karantin müddətində dənizə necə getməsi barədə sual ünvanlayıblar.

Sözügedən fotonu təqdim edirik:

dinsta

Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bu barədə Emin Ağalarov öz “Instagram” səhifəsində status paylaşıb.

 

“Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”, - E.Ağalarov yazıb.

Leyla Əliyevanın doğum günüdür

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb. 

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. 

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. 

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib. 

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

Aygün Kazımovadan cazibədar RƏQS
Xalq artisti Aygün Kazımova cazibədar rəqsi ilə gündəmə gəlib.

O, evində rəqs edərkən çəkilən videogörüntüsünü ''İnstagram'' hesabında yayımlayıb. Qısa şortikdə rəqs edən ifaçının bu görüntüləri izləyiciləri tərəfindən çox bəyənilib. Əsasən əks cinsin nümayəndələri Kazımovaya çox cazibədar və gözəl olduğunu yazıblar.

Sözügedən görüntünü təqdim edirik:

Bəhram Bağırzadə komadan ayılıb

Koronavirus infeksiyası ilə mübarizə aparan məşhur aktyor Bəhram Bağırzadə komadan ayılıb və həkimlərin suallarını cavablandırıb.
Bu barədə “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov açıqlama verib.

Onun sözlərinə görə, Bəhram Bağırzadənin müalicəsində müsbət dinamika davam edir və bütün tibbi göstəricilər normaldır.

Bundan əvvəl Bəhram Bağırzadənin ECMO aparatından ayrıldığı barədə xəbər vermişdik.

Xatırladaq ki, 13 iyun tarixində Bəhram Bağırzadə daha əvvəl müalicə aldığı xəstəxanadan Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Ona ağciyər toxumasının 90%-dən çoxunun zədələnməsi diaqnozu qoyulub.(Haqqin.az)

Dörd aydır qızımı GÖRMÜRƏM

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Almaz Ələsgərli olub.
Müğənni karantin səbəbindən qızını görə bilmədiyini deyib.
''Böyük qızım illərdir xaricdə yaşayır. İkinci dəfə ana olduqdan sonra kiçik qızım da avropaya getdi. Mən də karantin müddətində tək qaldım. Artıq dörd aydır ki, nə qızımı, nə də yeni doğulan nəvəmi görə bilmirəm. Qızım da deyir ki, gəlsəm, bu dəfə çamadanımı yığıb, birdəfəlik gedəcəm''.