Erməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyan 86 yaşında ölüb.
Kult.az xəbər verir ki, bu məlumatı onun dostu Artur Soqomonyan yayıb. Onun bu gün səhər saat altıda öldüyü bildirilib.
Qeyd edək ki, Cigərxanyan azərbaycanlılarla erməniləri sülh şəraitində yaşamasına son bir neçə ildə çağırış edən nadir erməni ziyalılarından olub.