Gülaydan Kamilin həbs olunmasına reaksiya
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı məsələ ilə bağlı jurnalistlərin suallarını cavabsız qoysa da, gecə “İnstagram”da foto yayımlayaraq, baş verənlərə reaksiya verib.

 O, əllərini göyə açaraq, dua edən qadın əllərinin görüntüsünü paylaşaraq bu sözləri qeyd edib.

“Allah qəlbləri görub,onu mukafatlandıran Allahdır.

Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb durduğunda, ona yolun sonuna kimi dözum verən Allahdır.

Allah dualarimizi qebul etsin”,- deyə, qeyd edib. İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.

Manaf Ağayev canlı yayımda göz yaşlarını SAXLAYA BİLMƏDİ
Müğənni Manaf Ağayev canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

 ATV telekanalında yayımlanan''Şou Atv'' verilişinin qonağı olan ifaçı maraqlı açıqlamalar edib. Daha sonra verilişdə Manaf Ağayev haqqında sujet yayımlanıb. Sujetdə Ağayevin bacısının onun haqqında səsləndirdiyi fikirlər ifaçını kövrəldib. 
O, Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasını, onların məcbur atalarının məzarını qoyub kəndi tərk etmələrindən söz açıb. Bundan başqa ifaçının bacısı 16 il qaçqın yataqxanasında yaşadıqları çətin günlərindən və analarının ağır xəstəliyindən də danışıb. 
Bunları dinləyən Ağayev kövrək anlar yaşayıb.

Xalq artistindən Mədəniyyət Nazirliyinə sərt sözlərXalq artisti Əli Nur Mədəniyyət Nazirliyi barəsində sərt fikirlər səsləndirib.

“Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, üzləşdiyi haqsızlıqdan danışıb.

“O nazirlik tərəfindən başıma gətirilən müsibətləri, heç 1937-ci ildə represiyaya düşən insanlar yaşamayıb. Onlar hər zaman mənə qarşı düşmən mövqeyində olublar. 30 ildir Nazirlik tərəfindən təqiblərə məruz qalmışam, əziyyət çəkmişəm. Bu barədə artıq heç nə deyə bilmərəm. Hazırda Dövlət Təhlükəsizlik Xidməti bu işlə məşğuldur, bizə də əlavə söz demək düşməz. İnanıram ki, bütün fəaliyyətləri xırdalığına qədər araşdırılacaq və hamı layiqli cəzasını alacaq”,- deyə o, fikrini tamamlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub.

Əbülfəs Qarayevin ŞOK GÖRÜNTÜLƏRİ
Yenilik.az xəbər verir ki, bu günlərdə DTX-nın Mədəniyyət nazirliyində əməliyyat keçirməsi və həbslər həyata keçirməsi bütün nəzərləri nazir Əbülfəs Qarayevin üzərinə yönəldib.



Nazirin fəaliyyəti ilə yanaşı onun bəzi çıxışları da tənqid hədəfindədir. Belə bir çıxışı isə xalq artisti İlhamə Quliyevanı şəhid adlandırması olub. Həmin çıxşı təqdim edirik:Yenilik.az xəbər verir ki, bu günlərdə DTX-nın Mədəniyyət nazirliyində əməliyyat keçirməsi və həbslər həyata keçirməsi bütün nəzərləri nazir Əbülfəs Qarayevin üzərinə yönəldib.

Nazirin fəaliyyəti ilə yanaşı onun bəzi çıxışları da tənqid hədəfindədir. Belə bir çıxışı isə xalq artisti İlhamə Quliyevanı şəhid adlandırması olub. Həmin çıxşı təqdim edirik:
Mərhum aktyoru efirə dəvət etdiər
Bəzi televiziya jurnalistləri 1990-cı ildə vəfat edən Xalq artisti Hamlet Xanızadəni efirə dəvət etmək istəyiblər.

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə bu barədə ona aktyorun qızı Aygün Xanızadə məlumat verib.

“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi, gəl, atamın adına açdığım feysbuk səhifəsinə göndərilən mesajları sənə oxuyum. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nolar, gəlin siz də iştirak edin. Hətta biri yazıb ki, mən Nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin”.

Sənətkarın qızı atasının 30 il əvvəl dünyasını dəyişdiyini bildirdikdə isə bu şəxslər Aygün Xanızadədən onların kimliyini heç yerdə açıqlamamasını  xahiş ediblər.

 “Aygün xanım bəziləri ilə sərt danışıb. Xahiş ediblər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün cavab verəndə ki mənim atam 1990-cı ildə dünyasını dəyişib, dərhal söhbəti fırladırlar: niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”,- deyə o, qeyd edib.

Xatırladaq ki, Xalq artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Görkəmli aktyorumuz 3 fevral 1990-cı ildə 49 yaşında, 20 Yanvar faciəsindən 13 gün sonra vəfat edib.

Prodüserin
Bu vaxta kimi Şəbnəm Tovuzlunu verilişində çəkmisən?

Milli.az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Tolik ilə səmimi" verilişində qonağı olan "ATV maqazin onlarla" verlişinin aparıcısı Afaq Gəncəliyə müraciət edib.

Xanım aparıcı "Kommersiya məqsədi ilə çəkmişəm. Pulunu ödəyib, pul müqabilində çəkmişəm" cavabını verib. 

Prodüserin "Bəs Üzeyir sizin verilişinizdə olub, yoxsa yox?" sualına Afaqın etirafı təəccübləndirib:

"Üzeyir verilişimdə olub. Amma onu qeyd edim ki, Üzeyir özü verilişimdə çəkilmək istəmir. Biri var Üzeyir mənə desin ki, məni çək, mən deyim ki, "Yox, sən mənim formatıma uyğun deyilsən. Belə bir şey olmayıb. Mənim özümün təklifim olub ki, "Üzeyir, səni çəkək". Üzeyir kameralardan qaçan insandır. İldə, ayda bir dəfə layihəsi olar çəkərik, olmaz belə".

Ağadadaş Ağayevdən şok açıqlama
Xalq artisti Ağadadaş Ağayev Xəzər televiziyasında yayımlanan “Ay Zaur” verilişinin qonağı olub.

O, proqramda maraqlı açıqlamalar verib.

“O zaman tələbə vaxtında yeni il ərəfəsində, Bakı şəhərində maqazin vitrinlərində bayram atributlarının şəklini çəkib 2000-3000 rubl pul qazanırdım. O vaxt üçün bu böyük məbləğ idi. Atamdan pul almaqdan xoşum gəlmirdi”,- deyə o, bildirib.

Manaf Ağayev karantin qaydalarını pozub dəbdəbəli villasında məşhurlara iftar süfrəsi açdı
Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.

Oxu.az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

“Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi - red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, - deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub.

"Yenə həkimin məsləhəti ilə kimya terapiya alacam. Məcburam. Artıq orqanizmim bu müalicələrə tab gətirə bilmir".

 "Bizimləsən" verlişi xəbər verir ki, Əməkdar artist Tünzalə Əliyeva yenidən "Xərçəng" xəstəliyinə tutulduğunu bildirib.

"Təəssüf ki, yenidən xərçəng xəstəliyinə yoluxmuşam. Bu dəfə böyrək damarlarımda Xərçəng törəmələri çıxıb. Yenədə ayaq üstəyəm. Çalışıram ki, yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Yenə həkimin məsləhəti ilə kimya terapiya alacam. Məcburam. Artıq orqanizmim bu müalicələrə tab gətirə bilmir. Qanım da aşağıdır. 1 ay içində 150 iynə vuruldu. O qədər ağır hallar keçirirəm ki, orqanizmim tab gətirmir. Hall hazırda vəziyyətim yaxşı deyil", - deyə əməkdar artist bildirib.