O, bu barədə özü ARB-də yayımlanan “Ona qalsa” verilişində telefon bağlantısı zamanı açıqlayıb.
O, açıqlamasında ailəsi və vətənindən ayrı qaldığı üçün çox darıxdığını deyib.
“Moskvada həmvətənlərimizin otelində qalırdıq, vəziyyətimiz normal idi, amma hamıdan uzaq qaldığıma görə, çox sıxılırdım. Rəqsanə xanım bizə çox qayğı göstərdi, sağ olsun, evində bir gün qaldıq”,- deyə o, bildirib.
Daha sonra o, hazırda Bakı şəhərində karantində olduğunu qeyd edib.
“Hazırda Bakıda özəl otellərin birində karantin müddətini keçirəm, özümü yaxşı hiss edirəm. İnşallah, bu müddət tezliklə keçib gedər və mən də ailəmə, sevənlərimə qovuşaram”.
Qeyd edək ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya getmişdi.