''Mən son bir həftə içində çox yorulmuşam''.
Bu sözləri ''Ölkə.Az''ın əməkdaşı ilə söhbəti zamanı Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aralarında baş verən qalmaqala fikir bildirərkən deyib:
''Artıq söz-söhbətlərə son qoyulur. Müdriyyət tərəf də, mən tərəf də tükənmişik. Mən sadəcə haqqımı tələb edirəm. Burada başqa söhbət yoxdu''.
Aktyor əməkdaşımızın ''Biletlərin üç aparıcı aktyora görə satılmasını dilə gətirməyiniz, digər həmkarlarınızda qıcıq yaradır?'' sualına da münasibət bildirib:
''Biz bu sözü müdir Əliqismət Lalayevin ağzından eşitmişik. Həqiqət olduğu üçün də, bunu danmaq olmaz. Mən də haqqımı tələb edərək demişəm ki, ''Əgər belədirsə onda nəyə görə mənim haqqımı yemisən?'' Elə yaxın keçmişdə də Hacıbaba Bağırovun, Nəsibə Zeynalovanın, Bəşir Səfəroğlunun adına biletlər alıblar. Mən uşaq vaxtından, gözümü açdığım gündən görmüşəm ki, adını saydığım aktyorların adına biletlər alırlar”.