Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mebel yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 24-də rayonun Cavad-Zəngənə kəndi yaxınlığında yerləşən kanalda baş verib. Balıq tutmağa gedən Anar Cəfərov və Fərahim Mikayılov axşam saat 20 radələrində qamışlıqdan meyit tapıblar. Onun həmin kanalda balıq tutmağa gedən Elmi Əliyev olduğu müəyyən edilib.
İlkin ehtimala görə, E.Əliyev balıq tutarkən yıxılaraq kanala düşüb və boğularaq ölüb. Meyit üzərində xəsarət izləri akşar edilməyib, araşdırma aparılır.
Balakən rayonunun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.
Milli.Az bildirir ki, qafqazinfo xəbər verir ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Gəncədə ruhi əsəb xəstəliyindən əziyyət çəkən qadın itkin düşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 12, mənzil 47 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Abdullayeva Çinarə mayın 21-i heç kimə xəbər vermədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Ç.Abdullayevanın anası Natella Abdullayeva Gəncə Şəhər Polis İdarəsinə müraciət edib.