Son xəbərlər

Dəhşətli avtobus qəzasında ölən və yaralananların ADLARI



Yevlax rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Trend bildirir ki, hadisə nəticəsində Yevlax rayon sakinləri, 2006-cı il təvəllüdlü İmanzadə Sevindik Temerlan oğlu və Musayeva Səadət Məzahir qızı dünyasını dəyişib.

Hadisə nəticəsində 24 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü Salmanlı İlahə Ramil qızı, sürücü Şərifov Xudaverdi Qəmbər oğlu və 1980-ci il təvəllüdlü İmanov Gülnurə Adil qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, Məmmədli Aygün Azər qızı (təvəllüd 1994), Behbudov Murad Hüseyn oğlu (təvəllüd 2002), Məhərrəmova Güllər Vidadi qızı (təvəllüd 1989), İbrahimov Şahlar Abbas oğlu (təvəllüd 1999), Əkbərov Əziz Əkbər oğlu (təvəllüd 2001), Cəfərova Fizzə Murtuz qızı (təvəllüd 1959), Hüseynova Aynurə Adil qızı (təvəllüd 1977), Alxanov Elşən Rövşən oğlu (təvəllüd 2000), Qədirli Aytac Teymur qızı (təvəllüd 2002), Nəcəfli Aysu Azər qızı (təvəllüd 2002), Həsənov Ümid İsmayı oğlu (təvəllüd 2001), Nəsibli Ülviyyə Ədalət qızı (təvəllüd 2000), Məmmədova Nigar Azər qızı (təvəllüd 1999), Məmmədova Rüfanə Hüseyn qızı (təvəllüd 1993), Cəbrayılov Elzamin Pərviz oğlu (təvəllüd 2003), Mustafayev Murad Arif oğlu (təvəllüd 2003), 1936-cı il təvəllüdlü İsmayılova Güllər , 2003-cü il təvəllüdlü Əsgərov Müzəffər və Gəncalə adlı xanım isə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Qadınlara qarşı zorakılıq qarşısı alına biləcək fenomendir. Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu, həm Azərbaycan hökumətinin, həm də əhalinin böyük uğuru və nailiyyəti olar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq halları ailədə baş verəndə daha təhlükəli olur: "Bu mövzu yalnız hüquqi müstəvidə həll olunmalı deyil. Zorakılığın ciddi iqtisadi nəticələri var. Zorakılıq qurbanlarına pulsuz səhiyyə, sığınacaqlar təşkil olunur, lakin əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Bir qətli bir ailənin faciəsi kimi qəbul edirik, lakin hər bir itirilmiş həyatın ümumi daxili məhsul baxımından iqtisadi ekvivalenti, zorakılıqdan zərər çəkmişlərin müvəqqəti olaraq əmək fəaliyyətini itirməsi, əlilliklə nəticələnən zorakılıq halları və bunun əmək məhsuldarlığına təsiri haqqında məsələlər diqqətdən kənarda qalır. Nəhayət, bu şəxslərin itirilmiş mülkiyyət və gəlirləri, başqa mənzil və ya sığınacaq axtarışına sərf etdiyi vəsait, psixoloji və digər oxşar xidmətlər üçün etdiyi ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlar sırasındadır".

F.Babayev bildirib ki, bu hallar baş verən zaman zərərçəkmişlərin hüquqların sosial müdafiəsinin təmini hər bir normal cəmiyyətdə prioritet məsələdir.

Tələbə qız öldü, 10 nəfər yaralandı - Daha bir faciəvi qəza



Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Azerinfo.az-ın məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs Musayeva Səadət Məzahir qızıdır. O, Mingəçevir Turizm Kollecinin tələbəsi olub. S.Musayeva hadisə nəticəsində ağır bədən xəsarətləri alıb, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan daha iki yaralı - 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Yevlaxdan Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfərdən artıq sərnişin isə xəsarət alıb.
Maşının qarşısını kəsdi, özünü döydü, avtomobilini əzdi – Paytaxda olay



Bakıda sürücü döyülüb, avtomobili isə əzilib.

ONA-nın xəbərinə görə, hadisə Nizami rayonu, Ziya Bünyadov prospektində baş verib.

90-BR-939 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili idarə edən Mahir Əliyevin qarşısını digər avtomobil kəsib. Avtomobildən düşən naməlum sürücü M.Əliyevi döyərək ona xəsarət yetirib. Daha sonra ona məxsus “Mercedes” markalı nəqliyyat vasitəsi küt alətlə əzilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində Xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Xuliqanlıq törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.
“Oğlumun epilepsiyası yox idi, döyə-döyə öldürüblər” - Tələbənin atası



Bir neçə gün öncə Nərimanov rayonunda tələbənin restoran həyətində ölməsi ilə bağlı mərhumun atası Kamal Əskərov Baş prokuror Zakir Qaralova və Bakı Şəhər prokuroruna müraciət edib.

K.Əskərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu Qalib Əskərov mayın 14-ü, saat 12:29 radələrində Nərimanov rayonunda yerləşən “Şüa” restoranının qarşısında öldürülüb: “Cinayəti törədən şəxslər məlum olsa da, həmin şəxslər barəsində qanuna müvafiq hüquqi tədbirlər görülməyib. Mənim oğlum həmin gün Balabəyov Cümşüd İlham oğlu və qeyriləri tərəfindən öldürülüb, lakin Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanıb və yalnız Cümşüd Balabəyov cinayət məsuliyyətinə cəlb olunub.

Həmin maddə ilə cinayət işinin başlanması tamamilə qanunvericiliyin tələbinə ziddir. Oğlum Rusiya Federasiyasının vətəndaşıdır, Bakıda İdarəetmə və Texnologiya kollecinin ikinci kursunda təhsil alırdı. O, mütəmadi olaraq Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidmətində tibbi yoxlanışlardan keçib, habelə yaşadığı ərazi üzrə sağlamlıq haqqında arayışları olub. 

Qalibin epilepsiya və hansısa ürək xəstəliyinin olması haqqında şayiələr yayılıb. Hadisənin baş verdiyi gün Qalib Əskərovun meyiti daxili və xarici müayinə olunub, həmin gün mən ekspertlə söhbət edən zaman o, Qalibin heç bir epilepsiya xəstəliyinin olmamasını, meyitin dilinin yuvada olmasını, yəni dil qatlanma kimi hallarının olmamasını bildirib”.

Tələbənin atası qeyd edib ki, baş verənlər yaxınlıqdakı təhlükəsizlik kamerasının yaddaşına da düşüb: 

“Hadisənin baş verdiyi ərazidə “Şüa” restoranına məxsus müşahidə kamerasının qeydə aldığı videodan görünür ki, oğlum və onu öldürən şəxslər həmin əraziyə başqa yerdən, yəni kollecin həyətində dava edərək gəliblər. Belə ki, restoranın qarşısına gələn zaman oğlumun həmin gün üzərində olan ağ köynəyinin cırılması, şalvarında dava izlərinin olması aydın müşahidə olunur. Oğluma qarşı həmin şəxslər tərəfindən kollecin qarşısında fiziki zor tətbiq edilməsinə baxmayaraq kollec rəhbərliyi, habelə orada fəaliyyət göstərən mühafizəçilər tərəfindən heç bir tədbir görülməyib.

Kollecin direktoru Faiq Şahbazov hadisənin baş verdiyi gün oğlumun dərsə gəlmədiyini bizə dedi. Daha sonra istintaqla müəyyən olundu ki, Qalib dərsdə olan zaman həmin Cümşüd Balabəyov və digər şəxslər onu kollecdən bayıra çağıraraq döyüblər. 

Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın hal-hazırkı gedişatı bizi qanə etmir. Oğlumun ölümündə təqsirli olan bütün şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.
Məcburi köçkünlərin binasında yanğın olub


Beyləqan rayonunun Birinci Şahsevən kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

FHN xəbər verir ki, ümumi sahəsi 290 m² olan birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ekspert “can alan” ciddi problemlərin həllindən danışdı: “Təcili olaraq…”



“Ölkəmizin küçə və yollarında piyadaların təhlükəsizliyinin təmin edilməsi zərurəti hər zaman aktual olub. Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistikanı nəzərə alıb piyada təhlükəsizliyinin təmin edilməsi üçün piyadaların şüurunda və dünyagörüşündə “ÖZÜNÜ QORU!” prinsipinin möhkəmləndirilməsi istiqamətində maarifləndirmə, təbliğat və təşviqat işləri aparılmalıdır”.

Minval.info xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, bu qızıl prinsip hər kəsin həyat tərzinə çevrilməlidir.

“Nəinki bərbad yol şəraitində, hətta yol hərəkətinin ən mükəmməl təşkil edildiyi, əla infrastruktur olan yerdə də özünü qorumayan (məsələn, dəmir arakəsmədən keçib hərəkət hissəsinə çıxan, qırmızı işıqda yolu keçən, qəflətən keçidə daxil olan, qulaqlıqla ətrafdan təcrid edilmiş vəziyyətdə hərəkət hissəsi ilə gedən və s.) piyadaların avtomobillə vurulması ehtimalı çox yüksəkdir” – ekspert vuğulayıb.

Ə.Hüseynovun sözlərinə görə, küçə və yolların qaranlıq vaxtı işıqlandırılması təmin edilməlidir: “Əlimdə rəsmi statistika olmasa da, təxmini hesablamalarıma əsasən, yollarda hərəkətliliyin yay vaxtı, təxminən 20%-i, qış vaxtı isə 30-35%-i sutkanın qaranlıq vaxtına düşür. Amma piyada vurulması hadisələrinin, təxminən 50%-i məhz qaranlıq vaxtı baş verir. Bu tərs mütanasibliyin əsas səbəbi qaranlıq küçələrdir”.

“Piyada təhlükəsizliyinin ikinci qızıl prinsipi piyadanı sürücü üçün görünən etməkdir. Bunun da ən yaxşı yolu qaranlıq vaxtı yolları işıqlandırmaqdır. Ona görə də təcili olaraq ən ucqar yaşayış məntəqələrində də küçə və yolların tam olaraq işıqlandırılması təmin edilməlidir. Ən azından ilk mərhələdə bütün piyada keçidlərinin işıqlandırılmasına nail olunmalıdır” – hüquqşünas diqqətə çatdırıb.

O əlavə edib ki, bəzi yerlərdə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün səki yoxdur: “Nəinki ucqar kəndlərin, hətta Bakıətrafı kənd və qəsəbələrin, rayon mərkəzlərinin də xeyli küçələrində səki sadəcə olaraq nəzərdə tutulmayıb. Hətta paytaxtın bəzi küçələrində də səki ya yoxdur, ya da hərəkət üçün yararsızdır. Belə olanda piyada yolun hərəkət hissəsi ilə getməyə məcburdur. Bu isə azacıq mürəkkəb hərəkət şəraitində, diqqətsiz və naşı sürücünün məsuliyyətsiz piyada ilə rastlaşdığı hallarda qaçılmaz qəza deməkdir. Ona görə də piyada hərəkəti olan bütün küçə və yollar boyu rahat səkilər salınmalı, yararsız səkilər bərpa olunmalıdır”.

Hüseynov qeyd edib ki, piyadalar üçün hərəkətin təşkilində, xüsusən keçidlərin siqnallaşdırılmasında yeni metodlara keçmək lazımdır: “Bunun üçün müvafiq yeniliklər ilk olaraq qanunvericilikdə təsbit edilməli, daha sonra intensiv sürətdə tətbiq edilməlidir. Məsələn, hazırkı qanunvericilikdə nəzərdə tutulan keçidlərin yalnız sağda və solda nişan, asfaltda isə “zebr” kimi tanıdığımız xətlənmə ilə işarələnməsi artıq köhnəlib”.

“Təhlükəsizliyə yüksək diqqət yetirilən ölkələrdə keçid nişanının 3 nöqtədə – sağda, solda və yolun üstündə tətbiqi, avtomobillərin sürətini azaltmağa yönələn müxtəlif effektlərin yaradılması, çoxzolaqlı yollardakı keçidlərin hər bir halda svetoforla nizamlanması və s. tətbiq edilir və uğurlu nəticələr də var” – ekspert yazıb.

Onun sözlərinə görə, piyadaların hərəkətinə nəzarət hər yerdə olmalıdır: “Piyada qismində yollarda olan hər kəs bilməlidir ki, onu qayda pozarkən təkcə paytaxtın 40-50 nöqtəsində deyil, ən ucqar qəsəbənin yollarında da DYP əməkdaşı saxlaya bilər. Söhbət total nəzarətdən getmir, bunu təmin etmək də mümkün deyil. Amma təxminən sürücülər barəsində olduğu kimi nəzarət təmin edilməlidir. Sürücü kimi piyada da bilməlidir ki, onun qaydalara zidd hərəkəti hər yerdə qeydə alına bilər. Başqa məqamlara da toxunmaq olar. Amma hesab edirəm ki, ən aktual olanı bunlardır. Göstərilən istiqamətlərdə təxirəsalınmaz işlər görmək lazımdır”.
Neftçalada dəhşətli qəza - 4 ölü, 2 yaralı


Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Müəllimin vəhşicəsinə döyülməsinə görə polis hərəkətə keçdi – Hadisənin təfərrüatı


Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.